right|thumb|Şeyx Səduqun "Kəmalu'd-din və Tamamu'n-Nimə" əsərinin əlyazmasından bir səhifə

Şeyx Səduq () və ya İbn Bəbaveyhi (tam adı: Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi əl-Qummi; ) — Ulu babasının adı olan İbn Bəbaveyhi nisbəsi ilə də tanınır — IV əsr məşhur şiə ilahiyyatçı-mühəddis alimi.

Həyatı Məhəmməd ibn Əli ibn Bəbaveyhi M. 923, H. Q. 306-cı ildə Qum şəhərində dünyaya gəlib. Atası Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi cəfəri şiələrin 11-ci imamı Həsən əl-Əskəri və 12-ci imamı Məhəmməd ibn Həsən əl-Mehdinin zamanında yaşamış və öz dövrünün məşhur alimlərindən olmuşdur. 991-ci ildə Rey şəhərində vəfat etmiş və orada Əbdüləzim Həsəninin yanında dəfn olunmuşdur. 1919/1920-ci illərdə şiddətli yağışlar nəticəsində məzarı dağılmış və sonradan yenidən bərpa olunmuşdur.

Təhsili Uşaq yaşlarında ikən ilk təhsilini Qum şəhərində öz atasından almışdır. Bir sıra elmləri atasından mənimsədikdən sonra təhsilini davam etdirmək üçün çoxsaylı səfərlər etmişdir. Hədis toplamaq üçün Bəlx, Buxara, Kufə, Bağdad (M. 966/967), Məkkə, Mədinə və başqa şəhərlərə səfər etmişdir.

Müəllimləri Şeyx Səduqun müəllimləri çoxdur. Şeyx Əbdül Rabbani Şirazi bunlardan bəzilərinin adlarını qeyd edib :

atası Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi Şeyx Kuleyni Şeyx İbrahim ibn Cəfər ibn Əhməd Həmədani Şeyx Məhəmməd ibn İdris Vəlid Məhəmməd ibn Həsən Qumi Əhməd ibn Əli ibn İbrahim Qumi Əli ibn Məhəmməd Qəzvini Cəfər ibn Məhəmməd bin Şazan Cəfər ibn Məhəmməd bin Quluyəh Qumi Əli ibn Əhməd ibn Mehryar Əbül Həsən Xəluti Əbu Cəfər Məhəmməd ibn Əli ibn Əsvəd Həbib ibn Hüseyn Kufi Təğləbi Hüseyn ibn Məhəmməd ibn Ömər Şeyx Səəd ibn Abdullah əl-Əş'arî Hüseyn ibn Musa Kəluzəni

Tələbələri Şeyx Müfid qardaşı, Hüseyn ibn Əli ibn Musa ibn Bəbaveyhi Qumi qardaşı oğlu, Şeyx Həsən ibn Hüseyn ibn Əli ibn Musa ibn Bəbaveyhi Harun ibn Musa Tələkbəri Hüseyn ibn Abdullah Qəzairi Həsən ibn Məhəmməd Qumi Əli ibn Əhməd ibn Abbas Nəcaşi Zəkəriyya Məhəmməd bin Süleyman Əbu Həmrani Seyid Mürtəza Ələmül-hüda

Dini fəaliyyəti 300-ə yaxın kitabın müəllifidir."əl-Əlam", c. 6, səh. 264 Şiə rical alimi Şeyx Nəccaşi "ər-Rical" kitabında 189 kitabın adını çəkmişdir.Şeyx Nəccaşi, "ər-Rical"

Əsərləri

Tərcüməsi Şeyx Səduqun "əl-Xisal" əsəri Müşfiq Mehdibəyli və Mikayıl Əlizadə tərəfindən tərcümə edilərək "Xislətlər" adı ilə 2013-cü ildə "Qədim Qala" nəşriyyatı tərəfindən nəşr edilib.Şeyx Səduq, Xisal, Bakı, "Qədim Qala" Nəşriyyat evi, 2013, 208 səh., ISBN 978-9952-8190-5-2

Şeyx Səduqun "Uyunu əxbar ər-Rza" əsəri Hilal Ağamoğlanov tərəfindən tərcümə edilərək "İmam Rzanın (ə.s.) hədis çeşməsi" adı ilə 2013-cü ildə "Elm və Təhsil" nəşriyyatı tərəfindən nəşr edilib.Şeyx Səduq ibn Babuveyh, İmam Rzanın (ə.s.) hədis çeşməsi, Bakı, "Elm və təhsil", 2013, 327 səh., ISBN 978-9952-8024-1-2

Haqqında deyilənlər

"Ey mənim şeyxim, (Şeyx Səduqun atası: Əli ibn Hüseyn) etimad etdiyim və fəqihim…! Allah-taala səni Özünü razı olduğu işlərə müvəffəq etsin və sənin nəslində saleh övladlar qərar versin… Səni səbirə və Fərəcin (12-ci imamın) intizarına dəvət edirəm!… Elə isə səbir et və bütün şiələrimi də səbir etməyə çağır!…"Muhəddis Nuri, "Xatəmətul Mustədrək", c. 3, səh. 277Mirzayi Nuri, "Ğənaimul Əyyam", c. 1, səh. 30Şuştəri, "Məcalisul Muminin", c. 1, səh. 453Şeyx Abbas Qumi, "Tətimmətul Muntəha", səh. 402Seyid Həsən Sədr, "Təsisuş Şiə", səh. 331

"… Şeyx Səduqun atası (Əli bin Hüseyn) öz əmisi qızı ilə ailə həyatı qurmuşdu. Amma qocalmasına və bu məktubdan illər ötməsinə baxmayaraq övladı olmurdu. Bir gün onun yolu Bağdad şəhərinə düşdü. Bu zaman İmam Zamanın (ə) 3-cü naibi Şeyx Əbul Qasim Hüseyn bin Ruh Bağdadda idi. Əli bin Hüseyn onunla görüşdükdən sonra İmam Zamana (ə) məktub yazır və məktubda İmamdan (ə.c) istəyir ki, İmam onun üçün övlad duası etsin. Və məktubu 3-cü naibdən İmamın (ə.c) hüzuruna göndərir. Bir müddətdən sonra İmamdan (ə.c) belə bir cavab məktubu gəlir:

"… Allah-taala tezlikə sənə Deyləmli qızından iki xeyirli, əməli-saleh və fəqih (alim) oğlan bəxş edəcəkdir…". Bu duadan sonra Əli bin Hüseyn iki və onlardan sonra da bir oğlana sahib oldu (Məhəmməd – Həsən – Hüseyn) ki, hər üçü alim və zahid idilər. Belə ki, Məhəmməd (Səduq) hədis əzbərləməkdə öz zamanında misilsiz idi. Və həmişə iftixar edir və deyirdi ki, mən İmam Zamanın duası ilə dünyaya gəlmişəm!"Şeyx Tusi, "Əl-Ğeybə", səh. 308–320Şeyx Səduq, "Kəmalud-Din", c. 2, səh. 502/ bab: 45Ravəndi, "Əl-Xəraic, c. 2, səh. 706Təbərsi, "Əlamul-Vura", səh. 451

" Səduq alicənab, hədislərə əzbər və rical elminə yiyələnmiş bir insan idi. Qum alimləri arasında elmi baxımdan ondan üstünü yoxdur. Şeyx Səduqun əsərlərinin sayı olduqca çoxdur."Şeyx Tusi, "əl Fihrist", Məşhəd, (H. Ş.) 1351, səh. 303

" Səduq bizim fəqihimiz idi. O (h.q.-red) 355-ci ildə Bağdada səfər etdi. Bağdad böyükləri onun elmindən faydalandılar."

"Şeyx Əbu Cəfər Məhəmməd ibn Əli ibn Babivəyh elə bir şəxsdir ki, onun elmi və düzgünlüyü hamı tərəfindən qəbul olunur…"

" Səduq hədisçilərin rəisi, dinin əsaslarını dirildən, fəzilətlər və kəramətlər sahibi idi. O və qardaşı imam Əsgəri və imam Mehdinin duaları ilə dünyaya gəliblər."Şeyx Əsədullah Şuştəri, "Məqabis əl-Ənvar"

" Məhəmmməd ibn Əli üç yüzdən çox kitab yazıb. İslam alimləri arasında onun misli yoxdur."

" Şeyx Səduq adı ilə tanınmış Məhəmməd ibn Əli Qum alimləri arasında misilsizdir."Xeyrəddin Zərkəli, "Əl-Əlam"

" Həzrət Höccət onun barəsində belə deyib: Pak Allah onun vasitəsilə xalqa fayda verəcəkdir."

İstinadlar

Mənbə Kərim Uçar, "Şiə alimlərinin bioqrafiyası", Berlin-2007, 1. cild,

Həmçinin bax Dörd kitab Şiə alimlərinin siyahısı

Xarici keçidlər Ibn Bābawayh EBN BĀBAWAYH (2)

Kateqoriya:Qumda doğulanlar Kateqoriya:Reydə vəfat edənlər Kateqoriya:Hədis alimləri Kateqoriya:Ravilər Kateqoriya:Şiəlik Kateqoriya:Şiə din xadimləri Kateqoriya:İran şəxsləri Kateqoriya:Farslar