Yevstax və ya eşitmə borusu () — keçmişdə ona deyilirdi. Orta hesabla 3,3 sm uzunluğunda boru olub, təbil boşluğunu udlağın burun hissəsi ilə birləşdirir; istiqaməti bayır tərəfə, dala və yuxarıyadır; üfüqi səthi ilə 40° və orta səthlə təxminən 45° bucaq təşkil edir. İki dəliyi vardır: 1) təbil boşluğuna açılan dəliyi — təbil boşluğunun ön divarında yerləşir və 2) udlağa açılan dəliyi — udlağın burun hissəsinin yan divarında, aşağı burun balıqqulağının dal uc səviyyəsində olur; burunun udlaq dəliyi, adətən. qapalı olur, hər udma aktında açılır. Eşitmə borusu iki hissəyə bölünür: sümük hissə — və qığırdaq hissə — , Sümük hissə gicgah sümüyündə olan təşkil edir; uzunluğu burunun 1/3 hissəsini təşkil edir. Qığırdaq hissəsinin divarları qalın qığırdaqdan () və qismən lifli zardan () təşkil olunmuşdur. Sümük hissəsinin qığırdaq hissəsinə keçən yeri dardır. Borunun selikli qişası kirpikli epitellə örtülüdür və özü də limfoid toxuma və selikli vəzilərlə () zəngindir.
Mənbələr İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh. 337–338, UB-999,
Kateqoriya:Orta qulaq Kateqoriya:Anatomiya Kateqoriya:Eşitmə üzvü Kateqoriya:Otologiya