Tia Karrere (; 2 yanvar 1967) — ABŞ aktrisası, model və ifaçıdır. 2011-ci ildə "Ən yaxı Havay Albomu" olan "Huana Ke Aloha" albomuna görə "Qremmi mükafatı"na layiq görülür. Asia Karreraya bənzərliyi vardır.
Həyatı Tia Karrere 2 yanvar 1967-ci il tarixində ABŞ-nin Havay adasının paytaxtı Honolulu şəhərində Filippin, İspan və Çin əsilli ailədə anadan olmuşdur. 1986-cı ildən etibarən film və televiziya seriallarında iştirak etməyə başlayır. 1986-cı ildə "Zombi qarabasması" filmində Emi rolunu ifa etmişdir. 1990-cı ildə Dolf Lundqren və Brendon Li ilə birgə Kiçik Tokioda mübahisə filminə çəkilir. 1992-ci ildə Elia Samaha ilə evlənmiş və 2000-ci ildə ayrılmışdır.1994-cü ildə Arnold Şvartseneqqer ilə "Yalan doğru" filmində çəkilmişdir. 2002-ci ildə Simon Ualkelin ilə ailə həaytı qurur. Ondan Bianka Ualkelin adlı övladı dünyaya gəlir. 2003-cü ildə onun fotoları "Playboy" jurnalında çıxmışdır. 2010-cu ildə Simon Ualkeldən ayrılır.
Albomlar
Dream (1993) Hawaiiana (2007) 'Ikena (with Daniel Ho, 2008) He Nani (with Daniel Ho, 2009) Huana Ke Aloha (2010)
Seçilmiş filmoqrafiya 1986 — Zombi qarabasması 1989 — Qızıl axtarışı 1991 — Kiçik Tokioda mübahisə 1994 — Yalan doğru 2005 — Stiç: Film 2005 — Aloha, Skubi-Du 2005 — Lilo və Stiç 2 2006 — Lero və Stiç
Xarici keçidlər
Rəsmi sayt
Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:ABŞ fotomodelləri Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Uşaq aktyorlar