Bəylər Məmmədov () — filoloq, pedaqoq.Mustafa Çəmənli. Redaktordan. Bəylər Məmmədov. Qarabağın baməzə adamları. Bakı, 1992

Həyat Bəylər Ağalar oğlu Məmmədov 1924-cü ildə Şuşa şəhərində anadan olmuşdur. İxtisasca stomatoloqdur. Filologiya sahəsində dissertasiya müdafiə etdiyi üçün filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. Alim hekayə və şeirlər yazmışdır

Bəylər Məmmədov 15 fevral 1991-ci ildə Bakıda vəfat etmiş, vəsiyyətinə görə Şuşada dəfn edilmişdir.

Yaradıcılığı Bəylər Məmmədov XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Xurşidbanu Natəvanın həyat və yaradıcılığının tədqiq etmişdir. Alim ilk dəfə olaraq Natəvanın şair qohumları haqqında da məlumat vermişdir. O, "Natəvanın şair qohumları" kitabında şairənin anası Bədircahan bəyimin, dayıları Kəlbəli xan Müsahibin, Fətəli bəy Halinin, bibiləri Ağabəyim ağa Ağabacının, Gövhər ağanın, əmisi Əbülfət xan Tutinin, əmisi oğlu Cəfərqulu xan Nəvanın, bibisi oğlu Qasım bəy Zakirin yaradıcılıqlarından bəhs etmiş, nümunələr göstərmişdir. Tədqiqatçı Natəvanın övladları Mehdiqulu xan Vəfanın, Mir Həsən Ağa Mirin, Xanbikə xanımın analarının poetik üslubunu davam etdirdiklərini, orijinal qəzəllər qələmə aldıqlarını yazmışdır.

Əsas elmi əsərləri Xurşid Banu Natəvan. Bakı, 1983 Natəvanın şair qohumları. Bakı, 1989 Qarabağın baməzə adamları. Bakı, 1992

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Ədəbiyyatşünaslar Kateqoriya:Filologiya üzrə fəlsəfə doktorları Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Şuşa alimləri