Bencamin Edvard Mira Stiller () — Amerikalı aktyor, komediyaçı və rejissor. O, komediya ustaları Cerri Stiller və Enn Miranın oğludur. Stiller "Frat Pack" kimi tanınan məşhur komediya aktyorlarından ibarət olan qrupdandır. Stillerin çəkildiyi filmlər Kanada və ABŞ-dən 2,6 milyard dollardan çox gəlir əldə edib, hər filmi orta hesabla 79 milyon dollar gəlir gətirib. Uğurlu karyerası boyunca o, "Emmi", çoxsaylı "MTV Film" mükafatları, "Britanniya" və "Yeniyetmələrin Seçimi" mükafatı da daxil olmaqla çoxsaylı mükafatlara layiq görülmüşdür.

Həyatı Bencamin Edvard Mira Stiller 30 noyabr 1965-ci ildə Nyu-York şəhərində doğulub. O, şəhərin Yuxarı Qərb tərəfində () böyüyüb. Onun atası komediyaçı Cerri Stillerin valideynləri Polşa və Qalisiyadan ABŞ-ə köçmüş yəhudilərdir. Stillerin anası Enn Mira İrlandiya katoliklərindədir və onun atası ilə evləndikdən sonra İudazim dinini qəbul etmişdir. Onlar dindar olmasa da, Hanukka və Milad bayramlarını qeyd edirdilər. Stiller yəhudi ənənəsinə uyğun olaraq 13 yaşında Bar Mitsva mərasimini keçirmişdir.Stated on Inside the Actors Studio, 2001.

Filmoqrafiya Günəş imperiyası (1987) Meet the Parents (2000) Zoolander (2001) The Royal Tenenbaums (2001) Orinc qraflığı (2002) Anchorman: The Legend of Ron Burgundy (2004) Meet the Fockers (2004) Madaqaskar (2005) Muzeydə gecə (2006) Tropic Thunder (2008) Madaqaskar 2: Afrikaya qaçış (2008) Night at the Museum: Battle of the Smithsonian (2008) Submarine (2010) Little Fockers (2010) Tower Heist (2011) The Watch (2012) Madaqaskar 3: Avropanın ən çox axtarılanları (2012) Volter Mittinin qeyri-adi həyatı (2013) Night at the Museum: Secret of the Tomb (2014) Zoolander 2 (2016)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Prodüserlər Kateqoriya:Ssenaristlər Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:ABŞ televiziya aktyorları Kateqoriya:Uşaq aktyorlar