Ağuz — sağmal heyvanlar bala verdikdə ilk sağılan südAzərbaycan dilinin izahlı lüğəti, Dörd cilddə. Şərq-Qərb Nəşriyyatı, Bakı 2006. I cild, səh.72..
Ağuz heyvanların ilk bala vermə anından - onlardan sağılan süddür. Lakin ağuz adi süddən sarı rəngi və qatılığı ilə seçilir. Ağuz qatı olduğundan süzmək olmur. Ona görə də sağılacaq heyvanın süd vəzləri (yelini və əmcəkləri) yaxşıca yuyulduqdan sonra sağılır. Ağuz bişirildikdə qatılaşır, çox dadlı olduğundan yavanlıq kimi istifadə olunur. Ağuz südündən suluq, qıyma çörəyi, kətəməz, şan-şan, bulama və s. hazırlayırlarArif Mustafayev, Azərbaycanın maddi mədəniyyət tarixi. «Bakı Universiteti» nəşriyyatı , Bakı-2009, səh.177.
İstinadlar
Kateqoriya:Süd məhsulları Kateqoriya:Azərbaycan içkiləri Kateqoriya:Döş əmizdirmə Kateqoriya:Heyvan məhsulları Kateqoriya:Biotexnologiya Kateqoriya:Qazaxıstan mətbəxi Kateqoriya:Bioloji mayelər