Port Lui () — Mavrikinin əsas şəhəri, əsas portu və paytaxtı. Hind okeanının sahilində yerləşir.

Əhalisi 156 720 nəfər ( 2010-ci il siyahıyaalması). World Gazetteer

Tarixi Şəhər 1735-ci ildə fransızlar tərəfindən Ümüd Burnunu keçən gəmilərinin dayanacaq yeri kimi salınıb. Kral XV Lüdovikin şərəfinə adlandırılıb.

Əhalisi Şəhər əhalisi əsasən XIX əsrdə Hindistandan gəlmiş fəhlələrin nəticələridir. Ondan əvvəl XVIII əsrdə bura Fransa və Böyük Britaniya müstəmləkiçiləri tərəfindən zəncilər gətirilirdi. Hazırda əhalinin 75 faizi hind, çinli, afrikalılar və avropalılarn qarışığından ibarətdir.

İqtisadiyyat Şəkər, yağ və tütün sənayesi müəssisələri vardır. Şəhərdə universitet və bir neçə muzey vardır.

İstinadlar

Kateqoriya:Mavriki şəhərləri Kateqoriya:Afrika dövlətlərinin paytaxtları