Pik saatı () — 1998-ci ildə Brett Ratner tərəfindən çəkilən ABŞ filmi. Filmin distribütori New Line Cinema kompaniyasıdır. Filmin kostyum üzrə rəssamı Şeren Devisdir.

Məzmun

Honq Konqun Britaniya hakimiyyəti altında qaldığı son illər. Müfəttiş Li mafiya başçısı Cuntaonun qarşısını almaq niyyətindədir. Cuntaonun adamı Senq qaçmağa nail olsa da, oğurladığı bir çox sərvətlər Müfəttiş Linin sayəsində hökumətə geri qaytarılır. Bu uğura görə Çin Konsulu Solon Han və Britaniya polislərinin müfəttişi Tomas Qriffin Lini təbrik edir. Solon Han ABŞ-də yeni diplomatik vəzifəsini yerinə yetirmək üçün Los-Anceles şəhərinə yola düşür, lakin bu müddətdə gözlənilmədən Cuntaoya işləyən Senqin sayəsində Hanın qızı Su Yunq ilk məktəb günü ərəfəsində girov götürülür.

Su Yunqu qaçıranlar Solon Handan böyük miqdarda pul tələb edirlər. Bu səbəbdən FTB bu mafiyanı tapmaq məqsədilə ən yaxşı polislər axtarmağa başlayır, lakin Han bu işin öhtəsindən yalnız peşəkar polisin yetirəcəyini bilərək dostu Müfəttiş Lini Honq Konqdan ABŞ-yə dəvət edir. Bu müddətdə isə FTB-də çalışan ən yaxşı polislərdən birini tapır. Həmin polis isə çox da peşəkar olmayan Ceyms Karterdir. Ceyms Karter Li ilə Beynəlxalq Los-Anceles Aeroportunda qarşılaşır. Bir müddət sonra iki polis birlikdə axtarışa başlayır. Bu zaman onlar arasında çoxlu macəralar baş verir.

Bu müddətdə konsulluq, banda heyətinin təklif etdiyi $50 milyon dollar pul ilə razılaşır. Bir müddət sonra Karter və Li Çin məhəlləsində yerləşən restoranların birində nahar edən zaman onlar banda heyətinin burada olduğunu bilərək, onlarla mübarizə aparırlar, lakin mafiya başçısı və dəstəsi buradan qaçmağa nail olurlar. FTB isə Karter ilə Lini, polis heyətinin işinə mane olduqlarına görə vəzifələrindən uzaqlaşdırırlar. Li ABŞ-ni tərk edən zaman onu yerinə yetirəcəyi vəzifəyə döndərmək üçün Karter Liyə israr edir və məqsədinə nail olur. Karter və Li düşünürlər ki, mafiya başçısı Cuntao Tomas Qriffindir və Solon Hanın qızını məhz o oğurlayıb.

Bir müddət sonra onlar Çin mədəniyyətinə aid nümunələr nümayiş etdirilən "Los Angeles Convention Center" adlı sərgiyə qonaq kimi dəvət edilirlər. Bu zaman Li sərgidə iştirak edən Tomas Qriffinə gözlənilmədən Cuntao adı ilə çağırır və Tomas Cuntao olduğunu bildirərək, onları Su Yunqun jiletinə bağlanılan bombanı partlatmaq ilə hədələyir. Atış zamanı Karter Su Yunqu tapır və kömək üçün Los-Anceles Polis Departamentində bomba üzrə mütəxəssis olan müfəttiş Tanya Consonu çağırır. Tanya bombanı zərərləşdirməyi bacarır və Su Yunqun jiletindən çıxarılır. Bu ərəfədə Karter və Senq arasında atışma baş verir. Mübarizənin sonunda atış əsnasında Karter Seni öldürməyə nail olur. Tomas Qriffin isə pullar olan çantanı götürərək binanı tərk etmək istəyir, lakin bu zaman Li ona mane olur. Çantadakı pullar bina zalına dağılır və Tomas fontanın üzərinə düşərək ölür. Li isə Karterin sayəsində qırmızı rəngdən ibarət olan bayrağın üzərinə düşür. Artıq Solon Hanın qızı Su Yunq onun yanına geri qaytarılmışdır. Konsulluq Karter və Lini dincəlmək üçün Honq Konqa göndərir.

Rollarda Aktyor/aktrisa Rol Qeydlər Ceki Çan Li müfəttiş Kris Taker Ceyms Karter müfəttiş Tzi Ma Solon Han konsul Tom Uilkinson Tomas Qriffin/Cuntao mafiya bandasının başçısı Elizabet Penya Tanya Conson partladıcı üzrə mütəxəssis Culiya Hsu Su Yunq konsulun qızı Filip Beyker Holl Uilyam Dayel kapitan Reks Linn Den Vitni FTB agenti Mark Rolston Uorren Rass FTB agenti Ken Leunq Senq Cuntaonun adamlarından biri Kris Penn Klayv Kod Barri Şabaka Henli Bobbi Con Houks Staki

Qonorarlar Ceki Çan — $ 1 500 000Hər trilogiyada gəlir yığımını çıxmaq şərtilə Ceki Çanın honorarı Kris Takerə nisbətən 2 dəfə az olub. Kris Taker — $ 3 000 000Kris Taker Imdb.com saytında, Yoxlanılıb: 21 noyabr 2014

İstinadlar

Kateqoriya:ABŞ filmləri Kateqoriya:Döyüş incəsənət filmləri Kateqoriya:Ceki Çanın filmləri Kateqoriya:ABŞ-nin polis detektiv filmləri Kateqoriya:ABŞ-də uşaq oğurluğu haqqında filmlər Kateqoriya:Honkonq haqqında filmlər Kateqoriya:ABŞ-nin döyüş incəsənət filmləri Kateqoriya:1998-ci ilin ABŞ filmləri Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:İngiliscə dost komediya filmləri Kateqoriya:FTB haqqında filmlər Kateqoriya:İngilis dilində cinayət komediya filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:ABŞ-nin cinayət komediya filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:New Line Cinema filmləri Kateqoriya:İngilis dilində döyüş komediya filmləri Kateqoriya:ABŞ-nin baddi komediya filmləri Kateqoriya:İngiliscə triller filmləri Kateqoriya:ABŞ-nin döyüş komediya filmləri