Devid Kit Linç ( ) — amerikalı rejissor, musiqiçi və aktyor.

20 yanvar 1946-cı ildə ABŞ-nin Montana ştatının Missula şəhərində doğulan Linç eyni zamanda tanınmış bir rəssamdır. Hətta çox nadir hallarda mebel dizaynerliyi ilə də məşğul olur. Pensilvaniya İncəsənət Akademiyası və Amerika Film İnstitutunda təhsil alıb. 1977-ci il istehsalı olan ağ-qara filmi "Eraserhead" ilə tanınmışdır. "Dune" (eyni adlı roman əsasında) və "Blue Velvet" ilə çoxalan uğuru 90-cı illərin sonunda çəkdiyi "Lost Highway" filmi ilə zirvəyə çatmışdır. Bundan sonra "Mulholland Dr." və yoxlama xarakterli qısa filmlər çəkdi.

Filmlərində alçaq səsli gurultular, çürümüş əşyalar, pozulmuş personajlar və polyarlaşdırılmış qaranlıq dünyalar yaratması ilə film dünyasının diqqətini üzərinə yönəltmişdir.

16 yanvar 2025-ci ildə vəfat etmişdir.

Filmoqrafiya Fil adam (1980) Tvin Piks (1990) Adi hekayə (1999) Laki (2017)

Mükafatları

1991: American Film Institute - Franklin J. Schaffner Alumni Medal 1999: Avropa film mükafatı, The Straight Story

İstinadlar

Xarici keçidlər Rəsmi internet səhifəsi

Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:Eksperimental kinematoqrafçılar Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:ABŞ isveçliləri Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:ABŞ mesenatları Kateqoriya:Kaliforniya ssenaristləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ televiziya aktyorları Kateqoriya:XX əsr musiqiçiləri Kateqoriya:XXI əsr musiqiçiləri Kateqoriya:1970-ci illərin əks-mədəniyyəti Kateqoriya:ABŞ-nin mebel dizaynerləri Kateqoriya:XXI əsr rəssamları Kateqoriya:XX əsr rəssamları