Məzmun Filmdə Bakıda keçirilən XXI Ümumittifaq kinofestivalı günlərində mətbuat konfranslarının keçirilməsi, festival iştirakçılarının Bakının tədris və sənaye müəssisələrində, Naxçıvanda, Gəncədə zəhmətkeşlərlə görüşləri canlandırılmış, kinorejissor Oqtay Mirqasımovun "Şeytan göz qabağında" bədii filminə görə Baş mükafata layiq görülməsi öz əksini tapmışdır. Burada festival iştirakçıları respublikamızdakı görüşlərdən aldıqları təəssüratlardan, eyni zamanda yenidənqurma şəraitində kino xadimlərinin vəzifələrindən söhbət açırlar.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Xamiz Muradov, Rafiq Yüzbaşov Ssenari müəllifi: Xamiz Muradov Operator: Vladimir Konyagin, Sərdar Vəliyev, Köçəri Məmmədov, Elxan Əliyev Səs operatoru: Şamil Kərimov

Kateqoriya:1988-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Salnamə (film studiyası)