Məryəm Sahra Uzərli (; ) — Möhtəşəm əsr serialında Hürrem Sultan rolu ilə tanınan türk əsilli almaniyalı aktrisa.
Həyatı Ailənin üçüncü uşağı olan Məryəm Üzərlinin atası türk, anası almandır. Hamburqun Schauspielstudio Frese'də aktyorluq təhsili alıb. İki böyük qardaşı və bir bacısı vardır. Almaniyada bir çox filmdə rol almışdır. 172 sm boyunda olan gənc aktrisa 8 ay davam edən seçmələr sonrasında Meral Okay'ın yazdığı Teymur Savcı'nın prodüserliyini etdiyi 2011-ci ilin iddialı seriallarından olan "Möhtəşəm yüzil" serialında Qanuni Sultan Süleymanı Xalid Ergenç oynayarkən, Xürrəm rolunu canlandırmışdır. Aktrisanın ana dili Alman dilidir bununla yanaşı əla səviyyədə ingilis dili bilir. Türk dilini isə Möhtəşəm Yüzil serialında olarkən Xürrəm Sultan kimi danışacaq qədər inkişaf etdirmişdir. Atıcılıq, üzmə və basketbol idmanları ilə məşğul olub.
2011-ci ildə Xürrəm Sultan rolu üçün iki dəfə Ən yaxşı qadın aktrisa və bir dəfə də Televiziya Ulduzları xüsusi mükafatına layiq görülmüşdür. 2012-ci ildə isə Dram sahəsində Ən yaxşı qadın aktrisa mükafatına layiq görülmüşdür.
Gənc aktrisa 2012-2013-cü illərdə Elidor Türkiyə reklamının siması olmuş və bir çox neçə Elidor reklamına çəkilmişdir.
2013-cü ildə Möhtəşəm Yüzil serialında Xürrəm sultan rolunun ifaçısı-Məryəm Uzərli Tükənmişlik sindromuna yaxalanaraq, serialdan ayrılmışdır.
Maraqlı faktlar Boyu: 172 sm Çəkisi: 65 kq 1 il könüllü olaraq xərçəng xəstəsi uşaqlara baxıcılıq edib.
Karyerası
Filmləri
Filmlər Ölkə İl Filmin adı Rolu İzahı Janrı 2008 Inga Lindström Britta Köməkçi aktyor Teleserial 2009 Das total verrücktes Wochenende Köməkçi aktyor kino 2009 The Line Anna Qısa Film 2009 Sterne über dem Eis Tələbə Köməkçi aktyor kino 2010 Journey of No Return Hostes Köməkçi aktyor kino 2010 Ein Fall für zwei Ankel Köməkçi aktyor Teleserial 2011-2013 Möhtəşəm Yüzil Xürrəm Sultan Baş rol ifaçısı Teleserial
Həmçinin bax Möhtəşəm əsr (teleserial, 2011)
İstinadlar
Mənbə Milliyet.com.tr: Magazin: Haber: Hürrem'i hiç böyle görmediniz! — yayınlanma tarihi: 01 Ekim 2011. Hurriyet.com.tr: Tüm Magazin Hattı Haberleri: Onu ancak ölüm durdurur — yayınlanma tarihi: 27 Ocak 2011. DiziTube.tv: Meryem Uzerli Biyografisi ve resimleri
Xarici keçidlər Rəsmi facebook səhifəsi Meryem Uzerli: The Magnificent Hürrem Sultan (English) Meryem Uzerli Hayran Sitesi Meryem Uzerli Fan Sitesi
Kateqoriya:Türkiyə aktrisaları Kateqoriya:Almaniyada doğulanlar Kateqoriya:XXI əsr Türkiyə aktrisaları Kateqoriya:Qızıl Kəpənək mükafatı laureatları Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Almaniya film aktrisaları Kateqoriya:XXI əsr Almaniya aktrisaları Kateqoriya:Almaniya film aktrisaları Kateqoriya:Türkiyə film aktrisaları