thumb|right|Qəbələ rayonunda yerləşən göllərdən biri olan Tufangöl.

Tufangöl

— Dəmiraparan çayının sol qolu Tufançayın sağ qolunun mənbəyindən 4 km şimalda, dəniz səviyyəsindən 3,277 m yüksəklikdə yerləşir. Buzlaq (moren) mənşəyli olan Tufangölün ətrafı dağlarla əhatə olunmuş, qar və buzlaq suları ilə qidalanan şirin sulu göldür.Gölün uzunluğu 160 m, eni 125 m, dərinliyi 5,6 m -ə, çoxsulu dövürdə sahəsi 3,8 hektara çatır. Tufan gölün suyu yay aylarında şəffaf olur və 2 m-ə qədər gölün dibi aydın görünür. Iyul ayında gölün suyunun t 0 – u +10 0 – dən yüksək olur. Rayonun dağ yaylaqlarının Şimal sərhəddində yerləşən Tufan gölün əhatəsi ilin 8 – 9 ayı buludlu, qarlı, çovqunlu keçir. Bəzən qar örtüyü bütün il ərzində əriməyə macal tapmır. Bu yerlərə bələd olan köçəri maldarlar (yerli əhali) Tufan gölü Nuhun gölü kimi tanıyırlar. Tufangöl Böyük Qafqaz dağlarının Azərbaycan hissəsinin Başsuayrıcı silsiləsində, Qusar və Qəbələ rayonlarının sərhəddində, Dəmiraparan çayının sol qolunun mənbəyinin yuxarı hissəsində yerləşir. Dəmiraparançayının sol qolundakı Tufançay Tufangöldən qidalanır. Belə ki, gölün səviyyəsindən bir qədər aşağıdan, dağın guney yamacında heç bir buzlaq və bulağın olmadığı yerdən gölün suyu sanki dağın döşünü yararaq axır və Tufançayın mənbəyini əmələ gətirir. Qəbələnin Laza kəndindən gölə getmək nisbətən çətindir. Qubanın Xınalıq kəndindən Şahyaylağına yolsuzluq maşını ilə gedib daha sonra 7 km məsafəni piyada qət edərək gölə çatmaq mümkündür. Bu iki kənddən başqa Şahyaylağından da Tufangölə qalxmaq mümkündür. Tufangöldən şimal-qərb istiqamətində bir neçə gölün yanyana olduğu Turfan gölləri vardır ki, onlar da çox ecazkar və mənzərəli ərazidə yerləşir.

Həmçinin bax Azərbaycan gölləri

Xarici keçidlər Azərbaycan gölləri Azərbaycanın gölləri Coğrafi mövqeyi Rayonun iqlimi. Əsas iqlim tipləri. Rayonun iqliminin təsərrüfat, krort – turizm və sağlamlıq baxımından əhəmiyyəti

İstinadlar

Kateqoriya:Qəbələ rayonunun gölləri Kateqoriya:Kürün hövzəsi