Gəncə Texniki Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı.

İxtisaslar Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır: 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı. Mühasibat uçotu; Elektrik təchizatı; Nəqliyyatda daşımaların təşkili; Yol hərəkətinin təşkili; Rabitə qovşaqları və kommunikasiya sistemləri; Baytarlıq; Nəqliyyat vasitələrinin təmiri və servisi.

Ləğvi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli 30 nömrəli Qərarına əsasən Gəncə Texniki Kolleci Gəncə Humanitar Kolleci ilə birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır."Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli 30 nömrəli Qərarı. edu.gov.az

İstinadlar

Kateqoriya:Gəncə kollecləri Kateqoriya:2016-cı ildə ləğv olunanlar