Azər Məmmədzadə () — Planet Parni iz Baku KVN Teatrının yönəldici prodüseri.
Həyatı Azər Məmmədzadə 11 sentyabr 1971-ci ildə Bakı şəhərində anadan olub.
1978 – 1988-ci illərdə Bakı şəhəri 23 saylı məktəbdə oxuyub. 1988-ci ildə Bakı Dövlət Universitetinə qəbul olub və 1993-cü ildə həmin universiteti bitirib. İxtisası: Riyaziyyatçı.
1995 – 1996-cı illərdə informasiya texnologiyaları üzrə təhsil alıb.
1991-ci ildən "Parni iz Baku" (“Bakılı oğlanlar”) ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olmuşdur.
2009-cu ildən “Planet Parni iz Baku” KVN Teatrının yönəldici prodüseridir.
Filmoqrafiya Bir dəfə Qafqazda (film, 2007) — Kazbekin dostu. Bir kəndin sevinci (2012) — Şahin. Qorxma, mən səninləyəm! 1919 (film, 2013) Ölülər XXI əsr (film, 2016) Ağanatiq (film, 2017) Məhəllə 3 (film, 2019)
Mənbə Münsiflər: Azər Məmmədzadə Arif oğlu yumorkuboku.az
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Parni iz Baku Kateqoriya:Azərbaycan komediyaçıları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları