Məmməd (İrəvanlı) Cəfərov - aşıq

Həyatı

Məmməd (İrəvanlı) Cəfərov 1894-cü ildə İrəvan quberniyasında Keşişkənddə anadan olmuşdur.

O, öz tərcümeyi-halında yazır: “1904-10-cu illərdə muzdurluqla yaşamışam. 1910-1914-cü illərdə Ukraynanın Tuva vilayətində su kəməri tunelində işləmişəm... 1914-1917-ci illərdə Bakıda Musa Nağıyevin neft buruqlarında fəhlə işləmişəm... 1917-1920-ci illərdə erməni-Azərbaycan savaşında Bakıdan İrəvana getdim. Orada da yaşamaq mümkün olmadı. 1920-1926-cı illərdə Gədəbəy mahalında yaşamışam...”

Didərginlik həyatı yaşadığı bu illərdə aşıq Məmməd Cəfərov dərdini saza söyləmiş, onunla həmdərd olmuş, yaşayış yerini dəyişmiş, Ağdamın Qərvənd kəndində məskunlaşaraq həm təsərrüfatla məşğul olmuş, həm də aşıq sənətini özünə peşə seçmiş, el şənliklərində çalıb-oxumuşdur.

İstinadlar

Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.

Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Dərələyəzdə doğulanlar