Evangelista Torriçelli (; ) — XVII əsrdə yaşamış italyan fizik və riyaziyyatçı. Torriçelli 1643-cü ildə hava təzyiqini ölçmək üçün civəli barometr cihazını icad etmişdir.

Uşaqlıq vaxtlarından dəqiq elmlərə maraq göstərməyə başlamışdır. 1627-ci ildə Roma şəhərinə getmiş və burada hidravlika elminin banilərindən olan Benedetto Kastelli ilə birlikdə işləmişdir. Benedetto Kastelli Qalileo Qalileyin tələbələrindən bir idi və Evangelista Torriçelli də 1641-ci ildən etibarən Qalileo Qalileylə məktublaşmağa başlamışdır. Həmin ildə Kastellinin məsləhətlərindən sonra Qalileo Qaliley Evangelista Torriçellini Toskana şəhərinə dəvət etdi. Torriçelli Toskana şəhərinə gəldikdən, bir neçə həftə sonra Qalileo Qaliley vəfat etdi. Toskana knyazı şəhərdə elmi işlərlə məşğul olmağı Qalileo Qalileyə tapşırmışdı, onun ölümündən sonra bu vəzifəyə Evangelista Torriçelli gətirildi. 1644-cü ildə Torriçelli tərəfindən Həndəsə və Mexanika bölmələrinə aid olan bir kitab nəşr edildi.

Riyaziyyat sahəsində olan böyük bir boşluğu dolduran bu kitabda, eyni zamanda Qalileo Qalileyin mexanika sahəsində olan iki işi də yer almışdır. Torriçellinin həndəsə və mexanika sahəsində olan fəaliyyətinə ilk dövrdə heç kim önəm vermirdi. Onun əsas məqsədlərindən biri hava təzyiqini ölçmək üçün cihaz ixtira etmək idi. O, ilk dəfə olaraq hava təzyiqini şüşə qablara doldurulmuş civə vasitəsilə etmək qərarına gəlmişdir. Bununla da dəniz səviyyəsində 1 sm²-ə düşən təzyiq 1033 q/sm² olaraq müəyyən edildi. Həyatının sonrakı dövründə müəllimi olmuş Qalileo Qalileyin teleskopunun üzərində işləmişdir. 1643-cü ildə Evangelista Torriçelli hava təzyiqini ölçmək üçün civəli barometri kəşf etdi.

Evangelista Torriçelli 1647-ci ilin 5 oktyabr tarixində Florensiyada 38 yaşında vəfat etmişdir.

Mənbə "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.611

Kateqoriya:İtaliya alimləri Kateqoriya:İtalyan alimlər Kateqoriya:İtaliya fizikləri Kateqoriya:İtalyan fiziklər Kateqoriya:İtaliya riyaziyyatçıları Kateqoriya:İtalyan riyaziyyatçılar Kateqoriya:İtaliyada doğulanlar Kateqoriya:İtaliyada vəfat edənlər Kateqoriya:Roma şəxsləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri