Kəmalə Hüseynova (tam adı: Kəmalə Müzəffər qızı Hüseynova; ) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2011).
Həyatı Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1986–1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində ali təhsil almışdır. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlamışdır. Artıq dördüncü kursda Kəmalə Hüseynova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuşdur. O zaman birbaşa baş rolda, Əli Əmirlinin "Ərizə" tamaşasındakı Reyhan rolunda çıxış etmişdir. 1 avqust 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür.
30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 8 may 2025-ci ildə və 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 dekabr 2018-ci il tarixində Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Teatr sahəsindəki rolları 1. Reyhan — ("Ərizə", Əli Əmirli) 2. Fira — ("Məhəbbət, Şeytan və Lambada",Marat Haqverdiyev) 3. Fira — ("Ləyaqət", Marat Haqverdiyev) 4. Femida — ("Cəza", Əli Əmirli) 5. Gülyanaq — ("Ağ div, Qara div", Əli Səmədli) 6. Diva — ("Cənnətin üç alması", Nicat Kazımov) 7. Sona — ("Ağ Dəvə", Elçin) 8. Dayə — ("Ələddinin sehrli çırağı", Nicat Kazımov) 9. Küpəgirən — ("Mağara", Aygün Həsənoğlu) 10. Kleya – ("Ezop", Qilyerme Fiqeyredo) 11. Jannina – ("Məzəli hadisə", Karlo Qoldoni) 12. Ana qaz – ("Ana qaz", Rəsul Rza) 13. Xavər – ("Olmuş əhvalat", Aqşin Babayev) 14. Pəri cadu – ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev) 15. Zeynəb – ("Məkkəyə gedən yol" C. Məmmədquluzadə) 16. Mələk ("Mən səni sevirəm – M. S. S" Ə. Əmirli) 17. Ledi Montekki ("Romeo və Cülyetta" U. Şekspir) 18. A – ("Mən gəldim, qızlar" L. Nuren) 19. Zərnigar — ("Miras" H. Mirələmov) 20. Gültəkin Sarabiskaya- ("Qatarın Altına Atılan Qadın", Afaq Məsud)-Akademik Milli Dram Teatrının səhnəsində 21. Raifə — ("Ünvansız qatar", Ə. Əmirli) 22. Qadın — ("Cəza", Tamara Vəliyeva) 23. Dilarə — ("Şəhərin qış gecələri", Anar) 24. İrina Nikolayevna Arkadina — ("Qağayı", A. P. Çexov) 25. 30024 Şükriyyə Axundzadə — "Kod adı V. X. A" (M. Ələkbərzadə)
Filmoqrafiya Araqarışdıran (film, 1987) Kişi sözü (film, 1987) Sahilsiz gecə (film, 1989) O dünyadan salam (film, 1991) Etiraf (film, 1992) Hökm (film, 1994) Ana qaz (film, 2005) QAZ (film, 2005) Məhkumlar (film, 2006) Azarkeş (film, 2008) Bir ovuc torpaq (film, 2009) Ölüm növbəsi (film, 2009) Məhkumlar (2012) Tək olanda qorxma... (teleserial, 2013) Zəng (film, 2014) Vicdan haqqı (teleserial, 2016) Ögey ana (teleserial, 2017) Təhminə və Zaur (teleserial, 2018) Qara yazı (teleserial, 2019) Yad gəlin (teleserial, 2019) Ata ocağı (teleserial, 2023(6-cı mövsüm)) 22. Xəyanət (teleserial,2023)
23. Gizli yara (teleserial, 2023)
İstinadlar
Xarici keçidlər Kəmalə Hüseynova: "Həmin qadağa mənim aktrisa olmağıma geniş şərait yaratdı…" Gənc Tamaşaçılar Teatrında "Müharibə" tamaşasının premyerası baş tutub Əcnəbi seriallara maraq daha sürətlə artır Azərbaycanlı aktrisa: "Bəs həyat yoldaşımın vicdanına nə gəlib?" — FOTOSESSİYA
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər