Monqol — Rusiyanın, Almaniyanın və Qazaxıstanın birfə istehsalı olan kinofilm. Rejissoru Sergey Bodrov, ssenari müəllifi Arif Əliyevdir.Алиев Ариф Тагиевич , Ариф Алиев , Алиев, Ариф Тагиевич
Məzmun Filmin epiqrafında monqol məsəli durur: "Uşağı zəif sanma, o pələng övladı ola bilər". Hakim və sərkərdə Temuçin, aclıqdan, səfalətdən, əsarətdən, oddan-alovdan keçib, Çingiz xan kimi tanındı. Onu ələ keçirmək istədilər, onu satdılar, namusu ilə oynadılar. Sınmadı. Öz yoluna davam etdi. Bu film Çingiz xanın yaşam yolu haqqındadır.
Yesugey bahadur 9 yaşlı oğlu Timuçin ilə Monqol çöllərində Merkit qəbiləsinə gəlin seçməyə gedirlər. Beləcə Esuqei Xaqan Merkitlərlə illərlə davam edən düşmənçiliyə son verib barış əldə edə biləcək. Ancaq Timuçin yolda dincəlmək üçün dayandqları qəbilədən qız seçir. Bu vəziyyət Merkitlər ilə barışa mane olacaq.
Rollarda Tadanobu Asano — Çingiz Xan/Temuçin Çuluuni Xulan — Börtə Sun Hongley — Camuka Ba Sen — Yesügey
Çəkiliş qrupu Rejissor — Sergey Bodrov Prodüserlər — Sergey Selyanov, Anton Melnik İcraçı prodüser — Ssenari müəllifi — Arif Əliyev, Sergey Bodrov Bəstəkar — Toumas Kantelinen Operator — sergey Trogimov, Roxier Stoffers Rəssam — Daşi Namdakov Montaj — Zak Stenberq Geyim üzrə rəssam — Karin Lor
Mükafatları Film 2007-ci ildə Nika mükafatına layiq görülüb.
Film 2008-ci ildə ən yaxşı əcnəbi film nominasiyasında Oskara namizəd olub.
Filmlə bağlı təzadlar Çingiz xanın Tanqutların əsirliyində olması və Börtənin namusu hesabina onu azad etməsi müəlliflərin uydurmasıdır.
İstinadlar
Xarici keçidlər Film haqqında Filmin rəsmi saytı
Kateqoriya:Rusiya filmləri Kateqoriya:Almaniya filmləri Kateqoriya:Qazaxıstan filmləri Kateqoriya:2007-ci ilin filmləri Kateqoriya:Rusiyanın tarixi filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Almaniyanın dram filmləri Kateqoriya:İngilis dilində bioqrafik dram filmləri Kateqoriya:İngiliscə Almaniya filmləri Kateqoriya:2007-ci ilin dram filmləri Kateqoriya:Real hadisələr əsasında çəkilmiş macəra filmləri Kateqoriya:Romantik filmlər Kateqoriya:Dramlar Kateqoriya:New Line Cinema filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Rusiyanın dram filmləri Kateqoriya:Çingiz xan Kateqoriya:XII əsr haqqında tarixi filmlər Kateqoriya:Orta əsrlər haqqında filmlər Kateqoriya:Müharibə filmləri