Sabir Məmmədov (tam adı: Sabir Novruz oğlu Məmmədov; ) — azərbaycanlı aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2025-ci ildən).

Həyatı Sabir Novruz oğlu Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. 1983-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir.

Fəaliyyəti Aktyor 1983-cü ildə təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilmişdir. 1989-cu ildən Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirmişdir. Sabir Məmmədov bir çox filmə çəkilmişdir.

Ad və mükafatlar Azərbaycan Respublikasının Əməkdar Artisti — 2002 Cəfər Cabbarlı mükafatı — 2002 Qizil Dərviş mükafati2010Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. apa.az, 16.04.2010. Prezident Mükafatı — 2005, 9 may 2012, 6 may 2015, 6 may 2016, 1 may 2017, 9 may 2018, 10 may 2019, 7 may 2020, 7 may 2021, 10 may 2022, 6 may 2023, 9 may 2024-cü il Azərbaycanın xalq artisti — 27 may 2018 “Edam günü" filmindəki roluna görə Golden FEMI Film Festivalın "tammetrajlı bədii filmdə ən yaxşı rola görə" nominasiyasında qızıl heykəlciyə layiq görülüb. 8 may 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Teatr səhnəsindəki rolları Sumqayıt Dövlət Dram teatrı Xoşbəxt adam ("Park", Rüstəm İbrahimbəyov) 1-ci ərizəçi ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə) Hüseyn ("Bəxt üzüyü", Vaqif Səmədoğlu) Toğrul ("Uca dağ başında", Vaqif Səmədoğlu) Xəlil ("Müvəqqəti ər", Rəşid Nuri Güntəkin)

Akademik Milli Dram Teatrı Səfər ("Gecə döyülən qapılar", Nəbi Xəzri) Kumar ("Qanqın böyük dalğası", C. Əfruz) Fərman ("Yalan", Sabit Rəhman) Şahmar ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev) Saday bəy ("Hökmdar və qızı", İlyas Əfəndiyev) Akkanad ("Sokratı anma gecəsi", Çingiz Aytmatov) İlus ("Burla xatun", Nəbi Xəzri) Teymur ağa, Lənkəran xanı ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə) Novruz bəy ("Aydın", Cəfər Cabbarlı) Sarvan ("Bu dünyanın adamları", Hidayət) Şair ("Kəllə", Nazim Hikmət) Horatsio ("Hamlet", Uilyam Şekspir) M. Ə. Sabir ("Hərənin öz payı", Xeyrəddin Qoca) Dulu Xaqan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə) Yavuz ("Afət", Hüseyn Cavid) Oğlan ("Qatil", Elçin) İsgəndər ("Ölülər", Cəlil Məmmədquluzadə) Seyid Hüseyn ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev) Rəşad ("İkinci səs", Bəxtiyar Vahabzadə) Fərəc ("Boy çiçəyi", İlyas Əfəndiyev) Rista ("Nazirin xanımı", Branislav Nuşiç) Oğul nəvə ("Generalın son əmri", Vaqif Səmədoğlu) Ata ("Müsyö İbrahim və Quran çiçəyi", Erik Emmanuel Şmitt) Hacı Baxşəli ("Ölülər", Cəlil Məmmədquluzadə) Şərif ("Almaz", Cəfər Cabbarlı) Nizami ("Qətibə İnanc", Məmməd Səid Ordubadi) Domeniko Soriano ("Filumena Marturano",Eduardo de Filippo ) I Mühəndis (“Əsrə bərabər gün”, Çingiz Aytmatov) Feyzulla Kəbirlinski ("Dantenin yubileyi", Anar Rzayev) Sarı ("Varlı qadın", Əli Əmirli) Kral ("Ledi Maqbet", Uilyam Şekspir)

Filmoqrafiya Aktyor kimi Babamızın babasının babası (film, 1981) (tammetrajlı bədii film) — Tapdıq Yeni evlənənlər (film, 1983) (qısametrajlı bədii film) — Rüstəm Şəhərli biçinçilər (film, 1986) (tammetrajlı bədii film) — Talıbın oğlu At ilinin birinci ayı (film, 1993) — əsgər Kamança (film, 1993)(televiziya tamaşası) — Əbdüləli Qaçaq Süleyman (film, 1994) (tammetrajlı film-tamaşa) — Murad Apardı sellər Saranı (film, 1996) (televiziya tamaşası) — igid Canavar balası (film, 1997) (tammetrajlı bədii televiziya filmi) — Ramiz Fatehlərin divanı (film, 1997) (bədii serial) Qırmızı qar (film, 1998) (tammetrajlı bədii televiziya filmi) — əsgər Yağışdan sonra (film, 1998) (bədii serial) — Əmin Qız qalası (film, 2000) (tammetrajlı bədii film) — Sabir Güllələnmiş heykəllər (film, 2002) (tammetrajlı bədii televiziya filmi) — əli məşəlli kişi Yumurta (film, 2003) (tammetrajlı film-tamaşa) — Şahin Bomba (film, 2005) (tammetrajlı bədii film) — Səlim Məhkumlar (film, 2006) (tammetrajlı bədii film) — Leylanın atası Laplandiyalı qonaq (film, 2009) Qayınana (film, 2011) (bədii serial) — Mayıl Pərvanələrin rəqsi (serial, 2012) (bədii serial) — Həsən Bir ovuc torpaq (2013) (bədii serial) — Paşa Sonuncu fəsil (teleserial, 2013) (bədii serial) — əmi Nabat (film, 2014) (tammetrajlı bədii film) Cehizsiz gəlinlər (film, 2016–2017) (bədii serial) Şollerin arxivi (film, 2018) Həmrəylik günü (film, 2022) — Zakir Bu şəhərdə kimsə yoxdur (serial) — Ağabəy

Səsləndirdiyi filmlər Ailə (film) (tammetrajlı bədii film) (qaçqın) (Məbud Məhərrəmov) Güllələnmə təxirə salınır!... (film, 2002) (tammetrajlı bədii film) ("Gəncəli Adış") (Cahangir Novruzov)) Cavid ömrü (film, 2007) (tammetrajlı bədii film) (Cəfər Cabbarlı) (Vüqar Əhmədov)) Cavad xan (film, 2009) (tammetrajlı bədii film) (Qasım Bəy) (Rövşən Kərimduxt) Sübhün səfiri (film, 2012) (tammetrajlı bədii film) (Şah Abbas) (Şamil Süleymanlı) Əbədi ezamiyyət (film, 2016) (tammetrajlı sənədli film) (Məhəmməd Məhərrəmov) (Tahir Əliyev) Küçələrə su səpmişəm (film, 2004) (Əziz kişi) (Vidadi Əliyev) Hökmdarın taleyi (film, 2008) (Məmməd xan) (Şahmar Qəribli) Dərvişin qeydləri (film, 2013) (Fərəc ağa) (Cəfər Namiq Kamal) Yox Bir - Çikaqoda Bir Gecə (film 2025) (qısametrajlı bədii film)

Mətn oxuduğu filmlər Həqiqətin özü (film, 2008) (tammetrajlı sənədli film) IX korpus (film, 2012) (qısametrajlı sənədli film) Erməni vandalizmi (2021) (sənədli film)

İstinadlar

Xarici keçidlər Əməkdar artist Sabir Məmmədovun doğum günüdür Vaqif Səmədoğlu: "Əlin sınaydı, sanitar". İfa: Sabir Məmmədov

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları