Blaqoyevqrad — Bolqarıstanın cənub-qərbində şəhər, Blaqoyevqrad vilayəti və Blaqoyevqrad icmasının inzibati mərkəzi.
Köhnə adları Qorna Cumaya və Skaptopara olmuşdur. Hazırda Bolqarıstan Sosial Demokrat Partiyasının qurucusu (1891) və lideri Dimitr Blaqoyevin adını daşıyır.
Şəhərdə məşhur tütün fabriki, "Pirinsko Pivo" pivə fabriki, Müqəddəs Neofit Rilski Universiteti və Bolqarıstanda Amerika Universiteti yerləşir. Şəhər Serbiya, Yunanıstan və Makedoniya ilə yaxın məsafədə yerləşir, paytaxt Sofiya şimaldan 100 km məsafədə yerləşir. Struma avtomobil yolu (E 79), Yunanıstanı Avropa ilə birləşdirən dəmir yolu və Avropa nəqliyyat dəhlizi şəhərin ərazisindən keçir. Şəhərin təxmin 76.000 sakini var.Rəsmi əhali statistikası
Coğrafiyası Şəhər Struma çayının vadisində, dağlıq ərazidə yerləşir. Şəhər gözəl təbii şəraitdə yerləşir, bir çox mineral bulaqlar, mülayim mərkəzi Aralıq dənizi iqlimi və sulu dağ meşələrinə malikdir.
Əhalisi +Blagoevqrad şəhərinin əhali dinamikasıİl193419461956196519751985199220012011Əhali sayı111451600722826341775002365065714767114470881
+Əhalinin 2011-ci ilə qədər milli tərkibi:MiliyyətiİnsanFaizbolqarlar6267495,59%türklər1230,19%qaraçılar18132,77%digərləri6841,04%qeyri-müəyyən2710,41% Qardaşlaşmış şəhərləri Blaqoyevqrad aşağdaki şəhərlər ilə qardaşlaşmışdır: Batumi, Gürcüstan Çаkоveç, Xorvatiya Prilep, Şimali Makedoniya Akademqorodok, Rusiya Obern, Alabama, ABŞ Lund, İsveç Sekeşfexervar, Macarıstan Serez, Yunanıstan Jilina, Slovakiya
İstinadlar
Kateqoriya:Bolqarıstan şəhərləri Kateqoriya:Blaqoyevqrad