SSRİ rublu — Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) 1923-cü ildən 26 dekabr 1991-ci ilədək pul vahidi. RSFSR-in birinci rublları 1919-cu ildə kredit biletləri kimi buraxılıb. SSRİ əskinazlarının çoxunun dizaynını rus qravyoru və rəssamı İvan Dubasov işləyib.

SSRİ-də 1924-cü ildən 1991-ci ilədək 10 rubladək olan pul nişanları Dövlət xəzinə biletləri, 10 rubldan yuxarı nominallar isə — SSRİ Dövlət Bankı biletləri adlanırdı. 1991-ci ildən sonra isə bütün əskinazlar SSRİ Dövlət Bankı biletləri adlanmağa başladı.

1 yanvar 1961-ci ildə SSRİ-də pul islahatından sonra 1 rubl 0,987412 qram qızıla bərabər götürülürdü, ancaq bunu etmək mümkün deyildi.

SSRİ-nin dağılmasından sonra rubl tədricən dövriyyədən çıxmağa başladı. SSRİ rublunu dövriyyədən çıxaran ən sonuncu ölkə Tacikistan oldu (10 may 1995-ci il).

SSRİ rublları 1961–1991-ci illər 1961-ci il buraxılışı Təsviri Valyuta Üz təsviri Arxa tərəfin təsviri 200px 200px 1 rubl 200px 200px 3 Ruble 200px 200px 5 rubl 200px 200px 10 Ruble 200px 200px 25 rubl 200px 200px 50 rubl 200px 200px 100 rubl

1991-ci il buraxılşı Təsviri Valyuta Üz təsviri Arxa tərəfin təsviri 200px 200px 1 rubl 200px 200px 3 rubl 200px 200px 5 rubl 200px 200px 10 rubl 200px 200px 50 rubl 200px 200px 100 rubl 200px 200px 200 rubl 200px 200px 500 rubl 200px 200px 1000 rubl

SSRİ-nin 15 müttəfiq respublikalarının dillərində rublun adları dil Milli dildə Transliterasiya rubl kopeyka rubl kopeyka rus dili rubl kopeyka — — Ukrayna dili карбованець копійка karbovanes kopiyka Belorus dili рубель капейка rubel kapeyka Özbək dili сўм тийин sum tiyin Qazax dili сом тиын som tiın Gürcü dili მანეთი კაპიკი maneti kapiki Azərbaycan dili манат гəпик manat qəpik Litva dili rublis kapeika rublis kapeyka Moldavan dili рублэ копейкэ ruble kopeyka Latış dili rublis kapeika rublis kapeyka Qırğız dili сом тыйын som tıyın Tacik dili сӯм танга sum tanqa Erməni dili ռուբլի կոպեկ rubli kopek Türkmən dili манат көпүк manat köpük Eston dili rubla kopikas rubla kopikas

Mənbə SSRİ sikkələrinin kataloq və qalereyası SSRİ-nin birinci rublları (1923-cü il). Əskinaz qalereyası SSRİ əskinazlarının tam ensiklopediyası

Kateqoriya:SSRİ pulları Kateqoriya:SSRİ iqtisadiyyatı Kateqoriya:1923-cü ildə yarananlar Kateqoriya:Dövriyyədən çıxmış pullar Kateqoriya:SSRİ tarixi Kateqoriya:Rubl Kateqoriya:1921-ci ildə Rusiyada yarananlar