Сorc Valton Lukas-kiçik (; ) — Məşhur ABŞ rejissoru və milyarderidir. Onun şəxsi kapitalında 3,2 milyard dollar pulu vardır.
Həyatı Corc Lukas 14 may 1944-cü ildə ABŞ-nin Kaliforniya ştatının Modesto şəhərində anadan olmuşdur. Lukas peşəkar avtomobil yarışçısı olmağı xülya edərkən litseyi bitirdikdən dərhal sonra keçirdiyi yol qəzası səbəbiylə bundan imtina etdi və həyatı dəyişdi. Cənub Kaliforniya Universitetində Film İncəsənətini oxumağa qərar verən Lukas bu dövrdə çəkdiyi qısametrajlı filmlərdən biri olan THX-1138: 4EB (Electronic Labyinth) ilə Amerikan Milli Şagird Filmləri Festivalında ilk mükafatını qazandı. Bunun nəticəsində Warner Bros. şirkətində şagirdliyə başladı. Burada Frensis Ford Koppolanın idarə etdiyi "Finianın göy qurşağı" ("Finian's Rainbow", 1968) filminin çəkilişlərinə qatıldı. Koppola ilə yoldaşlıqları bu filmdən başladı. Birlikdə 1969-cu ildə "American Zoetrope" adlı bir şirkət qurdular. Etdikləri ilk iş də THX-1138: 4EB filminin uzun metrajlı versiyasını çəkmək oldu. Warner Bros. şirkətinin maliyyəyə etdiyi film kassada müvəffəqiyyət qazana bilmədi. Koppola "Ata" (1972) filmi üçün işə başlayınca Corc Lukas öz şirkəti olan "Lucasfilm Ltd." adlı şirkət qurdu. 1973-ci ildə ssenarisini yazdığı, öz həyatından da kəsiklər daşıyan "Amerikalı qraffit" filmini idarə etdi. Yalnız 780.000 mmin dollar büdcə ilə çəkilən, 50 milyon dollar gəlir qazanan bu filmlə Corc Lukas "Qızıl Qlobus mükafatı"nı qazandı. "Ən Yaxşı Film", "Ən Yaxşı Rejissor", "Ən Yaxşı Ssenari" daxil olmaq üzrə 5 budaqda Oskara namizəd göstərildi. Eyni il Corc Lukas "Fleş Qordon" və "Meymunlar Cəhənnəmi" filmindən təsirlənərək "Ulduz Döyüşləri"nin ssenarisini yazmağa başladı. 1975-ci ildə bu film üçün lazımlı olan vizual efektlerin yaradılacağı "ILM" (Industrial Light & Magic) şirkətini qurdu. "Star Wars" proyekti bir neçə studiya tərəfindən rədd edilsə də sonunda "Twentieth Century Fox" tərəfindən qəbul edildi. "Ulduz Döyüşləri" filmlərinin bütün seriyalarını müvəffəqiyyət əldə etdi. Bu filmlərin ardınca bir sıra digər filmlərin ssenarisini yazmış və rejissorluq etmişdir.
Filmoqrafiya İl Film Orijinal adı Qeydlər 1965 Frenheyt Freiheit Rejissor, ssenarist, operatorudur 1970 THX 1138 THX 1138 Rejissor, ssenarist 1973 Amerikalı qraffit American Graffiti Rejissor, ssenarist 1977 Ulduz müharibələri. Epizod IV: Yeni ümid Star Wars. Episode IV: A New Hope Rejissor, ssenarist, montajçı 1980 Ulduz müharibələri. Epizod V: İmperiya cavab zərbəsi endirir Star Wars: Episode V The Empire Strikes Back Prodüser, ssenarist 1983 Ulduz müharibələri. Epizod VI: Cedinin qayıdışı Star Wars: Episode VI Return of the Jedi Prodüser, ssenarist 1984 İndiana Cons və taleyin məbədi Indiana Jones and the Temple of Doom Prodüser, ssenarist 1989 İndiana Cons və son səlib yürüşü Indiana Jones and the Last Crusade Ssenarist, prodüser 1994 Radio ölkəsində qətl Accidental Hero Qeyl Qeyli 1999 Ulduz müharibələri. Epizod 1: Fantom təhlükəsi Star Wars: Episode I The Phantom Menace Morqan Adams 2002 Ulduz müharibələri. Epizod II: Klounların yürüşü Star Wars: Episode II Attack of the Clones Rejissor, prodüser, ssenarist 2005 Ulduz müharibələri. Epizod III: Sithin qisası Star Wars: Episode III Revenge of the Sith Rejissor, prodüser, ssenarist
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:Cənubi Kaliforniya Universitetinin məzunları Kateqoriya:Corc Lukas Kateqoriya:ABŞ buddistləri Kateqoriya:ABŞ kinooperatorları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:ABŞ milyarderləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:Ulduz müharibələri Kateqoriya:Buddizmi qəbul edənlər