Hüseynov Arzu Sadıq oğlu () — azərbaycanlı aktyor.
Həyatı Arzu Hüseynov 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Nərimanov rayonu, 45 saylı orta məktəbi bitirmiş, 1981–1983-cü illərdə əsgəri xidmətdə olmuşdur. 1985–1987-ci illərdə teatrda, kinostudiyada və televiziyada texniki işlərdə çalışsa da, çəkilən film və televiziya verilişlərinin bəzilərində epizodik rollarda iştirak etmişdir. 1987-ci ildə İncəsənət universitetinin rejissorluq fakültəsinə daxil olmuş və eyni zamanda Dövlət Gənclər Teatrına rejissor assistenti vəzifəsinə qəbul edilmiş, bir neçə tamaşada aktyor kimi iştirak etmişdir. 1993-cü ildə universiteti bitirmiş, İravan-Azərbaycan teatrında, Bakı Bələdiyyə teatrında və Speys telekanalında aktyor kimi çalışmışdır. 2002-ci ildə Əməkdar Artist fəxri adına layiq görülüb.
Hazırda Bəkı mədəniyyət idarəsinin nəzdindəki Satira teatrında fəaliyyətini davam etdirir.
Aktyor Sadıq Hüseynovun oğludur.
Filmoqrafiya Qanun naminə (film, 1968) Mən ki gözəl deyildim (film, 1968) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Hər şey yaxşılığa doğru Kənddən gələn var Nə gözəldir bu dünya... (film, 1999) Qeybdən gələn səs (film, 2002) Milli bomba (film, 2004) Yerlə göy arasında Sonuncu şahid (film, 2004) Ərazi (film, 2005) Təlatüm (film, 2006) Yoxlama (film, 2006) Gürzə (film, 2008) Qayınana (film, 2011) Ünvansız eşq (film, 2011) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: dişi ağrıyan xəstə) Sübhün səfiri (film, 2012) 10.Özgə-serial
11.Boyunbağı-serial
12.Anaya-serial
13.Ay yay-serial
14.Onu axtarıram-serial
15.Siqaretin ziyanı-rolik
16 Fağır kişinin yaman arvadı-serial
17.Yumorestik səhnələr
18.Məmişin məcaraları
19.Tapdıq Həsənovun sərgüzəştləri
20.Məsləhətxana
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:XXI əsr Azərbaycan aktyorları