Faiq Balağa oğlu Ağayev () — Azərbaycanın estrada müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008).

Həyatı Faiq Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir..

Yaradıcılığı Peşəkar səhnəyə 1988-ci ildə gəlmişdir. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olmuşdur.Faiq Ağayev ad günündə məxsusi jest edib — Day.az Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanmışdır.Народный артист Фаик Агаев собирается вновь побить рекорды — az.sputniknews.ru Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlmişdir.

Bundan sonra Faiq Ağayevin peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır.

1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. Həmçinin, 2012–2013-cü illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti kimi çalışıb.

1995-ci ildə müğənninin "Ola bilməz" adlı ilk albomu çıxır. Bu albomdan sonra 1996-cı ildə çıxan "Səni əvəz eləmir", 1998-ci ildə çıxan "Vəfasızım", 2000-ci ildə buraxılan "Faiq Ağayev – Seçmələr", 2000-ci ildə çıxan "Minilliyin sonu…", 2004-cü ildə işıq üzü görən "Tam məxfi" və 2006-cı ildə dərc olunan "Faiq Agayev — Albom Kolleksiyası" albomları müğənninin diskoqrafiyasını davam etdirir.

1998-ci ildə Faiq Ağayev üçgünlük "10 il Sizinlə" solo konsertinə görə "İlin konserti" nominasiyasında, 1999-cu ildə isə "Dəşti" klipinə görə "İlin klipi" nominasiyasında "Humay" Milli Mükafatının sahibi olur. Həmçinin 1999-cu ildə o, "İlin müğənnisi" nominasiyasında "Grand" Milli Mükafatını qazanır.

2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Faiq Ağayevə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilir.

2000-ci ildə "İlin müğənnisi" nominasiyasında "Qızıl Mikrofon" Milli Mükafatını qazanan Faiq Ağayev, 2001-ci ildə "İlin müğənnisi", "İlin albomu" ("Minilliyin sonu…") və "İlin konserti" ("Əsrin və minilliyin son konserti") nominasiyalarında "Grand" Milli Mükafatı sahibi olur.

2007-ci il 7–12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olur.

2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı verilmişdir.

2012-ci ilin 27–30 dekabr tarixlərində Faiq Ağayevin Heydər Əliyev Sarayında 4 günlük anşlaqlı "VİDA" solo konsertləri keçib. Pərəstişkarlar arasında "Cənab Qızıl Şlyager" adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib.

2013, 2015, 2018-ci illərdə Beynəlxalq "Eurovision" mahnı müsabiqəsinin Azərbaycan milli münsiflər heyətinin üzvü olub. 2019-cu ildə "Eurovision" mahnı müsabiqəsinin canlı yayımında Azərbaycan milli münsif heyətinin xallarını elan etmişdir.

2015-ci ildə AzTV-də yayımlanan lisenziyalı "Səs Azərbaycan" (The Voice Azerbaijan") teleşousunda ustad münsif olmuşdur.

Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 28 oktyabr 2000 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 17 sentyabr 2008 "Qızıl Mikrofon" Milli Mükafatı "Grand" Milli Mükafatı "Humay" Milli Mükafatı "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı — 2023 fevral

Diskoqrafiya

Mahnılar Uşaq kimi (2016)

Albomlar Ola bilməz (1995) Səni əvəz eləmir (1996) Vəfasızım (1998) Minilliyin sonu (2000) Tam məxfi / Совершенно секретно (2004)

Kliplər +TarixAd1996Səni Əvəz EləmirSənə Də Qalmaz1998Sən Elə BilirdinHəsrətimsənYuxu Görmək İstəyirəm1999Dəşti2000Aldatdı MəniKor Ərəbin Mahnısı2002Sən Gəlməz Oldun2003AzərbaycanDahi2003İlhama Səs Veririk2003Ayrılma Məndən2004Pəncərə2005Yalan2006Neyləyim2006Ömür Bumu2006Bağışlaram SəniBiləydin Kaş2011Bal KimiSevgi Qəfəsdir2012Əlvida2018Gözüm Dəyməsin Sənə2020Sən Qalibsən!2021Səni Əvəz Eləmir (Remake)2022Deyə...2022Demedim Mi2022Öyrəşdim...2023Dönmə Geri (Remake)2023Dahi (Klassik Versiya)2024Anaya Məktub / Bəlkə Də ft. PRoMete 2024Azərbaycan (Remake) ft. DJ Khalig

Filmoqrafiya Qış nağılı I/II (film, 2001/2002) Adam ol! (film, 2005) (tammetrajlı bədii film) rol: müğənni Faiq "Kəklikotu" filmi

Solo konsertlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycanlı müğənnilər Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycanın pop müğənniləri