Vadim Getman adına Kiyev Milli İqtisadiyyat Universiteti () — Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən ali təhsil ocağı.
Tarixi Universitetin tarixi 1906-cı ildən başlanır. Hansı ki, həmin vaxt Kiyevdə ticarət kursları açılmışdır. KMİU-ti mövcud olduğu illər ərzində müxtəlif adları daşımışdır: ticarət institutu, D. S. Korotçenko adına Kiyev xalq təsərrüfatı institutu, maliyyə-iqtisadi institutu. Öz müasir adını universitet 2005-ci ildə almışdır.
Kiyev Milli İqtisadiyyat Universitetinin Ukraynada bir neçə filialları vardır: Krım iqtisadi institutu; Krivorojsk iqtisadi institutu; Kiyev iqtisadi kolleci; Kiyev informasiya sistemləri və texnologiyaları kolleci; Simferopol iqtisadi kolleci; Krivorojsk iqtisadiyyat və idarəetmə kolleci; Romensk kolleci.
Fakültələr və institutlar KMİU-nin növbəti fakültələrində tələbələrin hazırlığı həyata keçirilir: Maliyyə-iqtisadi (1906-cı ildə yaradılmış); İqtisadiyyat və idarəetmə (1945-ci ildə yaradılmış); Aqrar-sənaye kompleksi müəssisələrinin iqtisadiyyatı (1945-ci ildə yaradılmış) ; İqtisadi - qeydiyyat (1959-cu ildə yaradılmış); İnformasiya sistemləri və texnologiyalar (1964-cü ildə yaradılmış); Personalı idarəetmə və marketinq (1965-ci ildə yaradılmış); Beynəlxalq iqtisadiyyat və idarəetmə (1992-ci ildə yaradılmış); Hüquq (1993-cü ildə yaradılmış); İqtisadi - kredit (2003-cü ildə yaradılmış).
Kiyev Milli İqtisadi Universitetində belə institutlar fəaliyyət göstərir: İqtisadi inkişafın elmi -tədqiqat institutu; Maliyyə bazarı inkişafının Ukrayna institutu; Ali təhsil institutu; Maliyyə nəzarəti institutu; İqtisadiyyat üzrə ensiklopediya tədqiqatları institutu; Qlobal iqtisadi siyasət institutu; Kredit münasibətləri institutu; Fransa-Ukrayna menecment institutu; Aqrar sənaye kompleksinin iqtisadiyyat və menecment institutu; Maliyyə-innovasiya tədqiqatları institutu; Modelləşdirmə və iqtisadiyyatda informasiya texnologiyaları institutu; Hesab institutu; İctimai - əmək münasibətləri institutu; Hüquqi tədqiqatlar və qanun layihəsi işi institutu; Marketinq institutu; İnnovasiya sahibkarlığı institutu.
Reytinq Ali təhsil müəssisələrinin ümummilli "Kompas-2012" reytinqində KMİU üçüncü yeri tutur.
Ali məktəblərin "TOP-200 Ukrayna" reytinqində (2011/2012-ci il) Kiyev Milli İqtisadi Universiteti 10-cu yerdədir.
Xarici keçidlər
Kateqoriya:Ukrayna universitetləri Kateqoriya:1906-cı ildə yarananlar Kateqoriya:Kiyevdə təhsil Kateqoriya:Kiyev tikililəri Kateqoriya:Ukraynanın milli ali təhsil müəssisələri