Fatimə () və ya Fatimeyi-Zəhra () (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri.

Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö. 280) Fatiməyə aid xütbələri "Bəlağatun-Nisa" adlı kitabda nəql etmişdir. Fədək haqqındakı ona məxsus xütbəni Əbu Talib sülaləsi öz uşaqlarına öyrədirdilər.

İsmaili şiələrinin sülaləsi olan və X–XII əsrlərdə Misirdə və Şimali Afrikada hakimlik edən Fatimilər sülaləsinin adı məhz Fatimə ilə bağlıdır və bu onların Fatimənin nəslindən olduğunu göstərir.

Müsəlmanlar ondan danışarkən "Məsumə", "Cənnət qadınlarının seyyidəsi", və ya "Peyğəmbər qızı" deyirlər. Türk-İslam mədəniyyətində isə adından əvvəl "Həzrəti", "Xanım", adından sonra isə "salamullahi aleyha" və ya "radiallahu ənha" kimi deyimlərdən istifadə edilir. Yazıda "Hz. Fatimə (s.ə.)" formasında qısaldılan bu ifadələrlə ona qarşı sevgi və hörmət ifadə olunur.

Nəsil, Künyələr və Ləqəblər Fatimənin atası Məhəmməd, anası Xüveylid b. Əsəd b. Əbdülüzza b. Kusay b. Kilabın qızı Xədicədir. Fatimənin bir çox ləqəbləri var: Zəhra, Siddiqə, Tahirə, Raziyə, Mərziyyə, Mübarəkə, Bətül. Bunlardan ən çox məlum olanlarından biri olan "Zəhra" ləqəbi çox zaman adı ilə birlikdə Fatimeyi-Zəhra və ya ərəbcə tərkibi ilə Fatimətüz-Zəhra şəklində işlədilir. Öz adından belə çox istifadə edilən Zəhra, parlayan, parlaq, aydın və s. kimi mənalara gəlir. Fatimənin bir neçə künyəsi var. Bunlardan ən məşhurları bunlardan ibarətdir: Ümmü Əbiha, Ümmül-Əimmə, Ümmül-Həsən və Ümmül-Hüseynİbn Şəhri Aşub, "Mənaqib", c. 3, səh. 132Qummi, "Beytül-Əhzan", səh. 12 Digər ləqəb və künyələri: Bətül, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Muhaddəsə, Əşrəfətul-Nisa, Meymunə, Ümmül-Əimmə, Əl-Məvziya, Əl-Kübra, Səyyidətul-Nisail-Muminat, Əfdalul-Nisail-Əhlül-Cənnəti, Bizzatuz-Tahirə, Ümmü Muhsin.

Soyu İsmayılın nəslinin Ədnanilər (Adnanilər) qövmünün Qüreyş qəbiləsinin Bəni-Haşim tayfasının Bəni-Əbdülmüttəlib ailəsinə mənsubdur. Fatimənin atası Məhəmmədin soyu İbrahimdən gəlir.Müslim, "əs-Səhih", c. 4, səh. 1782, Fəzilətlər kitabı, hədis 2276Tirmizi, "Sünən", c. 6, səh. 5, hədis 3605 Əhməd ibn Hənbəl, "Müsnəd", c. 4, səh. 107, hədis 17027 ve 1708 İbni Hibban "əs-Səhih", c. 14, səh. 242, hədis 6333 İbn Sad, "Təbaqat", c. 1, səh. 20Şeyx Nömani, "əl-Qeybət", səh. 73–74, hədis 7 Rəvayət edilən soy silsiləsi bu şəkildədir: Fatimə, Məhəmməd, Abdullah, Əbdülmüttəlib (Şeybə), Haşim, Əbdülmanaf (Muğirə), Qusayy, Kilab, Mürrə, Kab, Lüey, Qalib, Fixr, Malik, Nadr, Kinanə, Xüzeymə, Müdrikə (Amir), İlyas, Mudar, Nizar, Maad, Ədnan (Adnan)İbni Hişam, "Sirə", c. 1, səh. 1–3 İbn Sad, "Təbaqat", c. 1, səh. 55–56Bəlazuri, "Ənsabul-Əşraf", c. 1, səh. 12Təbəri, "Tarix", c. 2, səh. 172–180Salih Suruç, "Kâinatın Efendisi Peygamberimizin Hayatı", Nesil Yayınları, səh. 40, 2013, ISBN 978-975-269-894-9

Doğumu və Ölümü Fatimə Məkkədə Məhəmmədin evində dünyaya gəlib. Ancaq Şiə və Sünni mənbələrində dünyaya gəlişi haqqında müxtəlif fikirlər vardır. Əhli-Sünnə mənbələri Fatimənin təvəllüdünü Məhəmmədin besətindən beş il əvvəl və Kəbənin bərpa olunduğu il kimi qeyd etmişdir.Ayəti, "Çəkideyi-Tarixi-Peyğəmbəri-İslam", səh. 35 Amma Kuleyni, Üsuli-Kafi kitabında belə yazır: "Zəhranın doğumu besətdən beş il sonra gerçəkləşmişdir." Yaqubi isə belə yazır: "Fatimə vəfat (şəhadət) edəndə 23 yaşında idi." Doğumunun Məhəmmədin besəti ilində olması fikri eyni zamanda Şeyx Tusinin, Fatimənin Əli ilə ailə quranda yaşının 13 (Hicrətdən beş ay sonra) olduğunu qeyd etdiyi fikirlə də üst-üstə düşür."Misbahül-Mütəhəccid", səh. 561Ayəti, "Çəkideyi-Tarixi-Peyğəmbəri-İslam", səh. 35–36 Şiə və Sünni mənbələrində Fatimənin nütfəsinin necə yarandığına dair hədislər var. Mənbələrə görə Məhəmməd Allahın əmri ilə, qırx gecə Xədicədən uzaq durmuş, ibadət və orucla keçən 40 günün ardından və Meraca çıxıb orada cənnət yeməyi, yaxud meyvəsindən yedikdən sonra Xədicənin yanına gəlmiş və o şəkildə Fatimənin nuru Xədicədə qərar qılınmışdır. Şiə və Sünni mənbələri Fatimənin hicrətin 11-ci ilində öldüyü barədə ittifaq etmişlər. Ancaq ay və gün barədə ixtilaf etmişlər. Bu məsələ haqqında bəziləri Fatimənin atasının vəfatından sonra 24 gün yaşadığı və bəziləri isə 8 aya qədər bu sayı uzatmışlar. Şiələr arasında məşhur fikir isə atasından 3 ay sonra dünyadan köçdüyü istiqamətindədir. Məhəmmədin 28 Səfərdə vəfat etdiyi düşünülsə, bu tarix 3 Cəmadiyülaxıra uyğun gəlir. Fatimənin doğum günü haqqındakı fərqli fikirlərin olması, təbii olaraq yaşadığı müddətinin nə qədər olduğunda da ixtilafların olmasına səbəb olur. Bu müddəti 18 ilə 35 arasında qeyd etmişlər. Əgər doğumu Məhəmmədin besətinin 5-ci ilinin Cəmadiyülaxır ayı olaraq götürülsə və ölümü hicrətin 11-ci ilində olsa, bu iki tarix arasındakı fasilə 18 il olur. Bu nəzər şiə imamları Məhəmməd Baqir və Cəfər Sadiqdən nəql edilən iki rəvayətə görədir.

Uşaqlığı Fatimə atası Məhəmmədin evində və onun dini təlim və tərbiyəsi altında yetişib. Uşaqlıq dövrü İslamın yetişməyə başladığı və rəqiblər tərəfindən müsəlmanlara məhdudiyyət qoyulan dövrlərdir. Bütünlüklə müsəlmanlar üçün imtahan və işgəncələrin olduğu dövrdür. Bu dövr quru və yandırıcı Şeb-Əbu Talib dərəsində aclıq, susuzluq və əzablarla keçən iqtisadi və sosial blokada və mühasirənin olduğu dövrdür. Bu dövrlər eyni zamanda Fatimənin yaxınlarını itirdiyi dövrdür: Anası Xədicə və eyni şəkildə atası Məhəmmədin ən önəmli himayəçisi olan Əbu Talibin həyatlarını itirdiyi dövrdür. Məhz bu dövrlərdə atası Məhəmmədi himayə etməsi və onu sakitləşdirməyinə görə atası ona "Ümmü Əbiha" (atasının anası) ləqəbini vermişdir. Bu da onun Məhəmmədin yanındakı dəyər və məqamını ortaya qoymaqdadır. Müsəlmanların Məkkədən Yəsribə (Mədinətun-Nəbi, sonradan sadəcə Mədinə) hicrətləri də bu dövrlərdə baş vermiş və sonralar bu hicrət İslam tarixinin (təqvimin) başlanğıcı olaraq qəbul edilmişdir. Məhəmməd Mədinəyə getdikdən sonra, ailəsi də oraya getdi. Bəlazuri belə yazır: "Zeyd b. Harisə və Əbu Rafi, Fatimə və Ümmü Gülsümü ora aparmaqla vəzifələndirilmişdi."Bəlazuri, "Ənsabul-Əşrəf", səh. 269 və 414 Ancaq İbn Hişam, Abbas ibn Əbdülmüttəlibin onları aparmaq üçün vəzifələndirildiyini yazmışdır.İbn Hişam, c. 4, səh. 29 Zəhra və Ümmü Gülsüm özlərini aparmaqla vəzifəli olan şəxslərlə bərabər dəvələrə minərək hərəkət ediblər. Bu zaman Məhəmmədin düşmənlərindən və davamlı olarak onu pisləyən Xuveyris b. Nuqeyz onların yanına gələrək dəvələrinə zərər verir. Dəvə qorxur və qaçır. Fatimə və Ümmü Gülsüm yerə düşürlər. İbn Hişam və başqa tarixçilər Fatimənin bu hadisədən aldığı yaranın nə olduğunu yazmayıblar, ancaq mənbələrə görə, Fatimə bu hadisədən yara almışdır.İbn Hişam, c. 4, səh. 30 Yaqubi isə belə yazıb: "Əli b. Əbu Talib onu Mədinəyə apardı." Digər şiə mənbələri də Yəqubinin yazdıqlarını təsdiq edir. Məsələn, Şeyx Tusi, "Əmali" kitabında Məhəmmədin Qubada gözlədiyini və "əmi oğlum (yəni Əli b. Əbu Talib) və qızım gəlməyənə qədər Mədinəyə girməyəcəyəm" dediyini yazmışdır. Şeyx Tusinin yazdığına görə, Fatimə ilə yanaşı Əlinin anası Fatimə binti Əsəd və Əbdülmüttalib b. Zübeyrin (Dəbaətin nəqlinə görə isə Zübeyrin) qızı Fatimə də Əli ilə birlikdə hicrət etmişlərdir.

Evlilik 200px|thumb|right|Fatimə və Əli Məhəmmədin hüzurunda evlənərkən ("Siyəri-Nəbi" əsərinin 1595-ci ilə aid şəkilli nüsxəsindən bir səhifə, Topqapı Sarayı Muzeyi, İstanbul, Türkiyə) Fatimənin evlənmək üçün çox elçisi olub. Məhəmmədin səhabələrindən Ömər, Əbu Bəkr, Əbdürrəhman ibn Əfv və s. kimiləri ona elçi olmuş, ancaq Məhəmməd qəbul etməmişİbn Səd, "Təbəqat", c. 8, səh. 11 və onlara cavab olaraq belə demişdir: "Fatimə daha kiçikdir. Əli Fatiməni istəyəndə Məhəmməd qəbul etmişdir.Nəsai, "Sünəni-Nəsai", c. 6, səh. 62 Məhəmməd Fatiməyə belə demişdir; زوّجتکِ أقدم الاُمة اسلاماً "Səni ilk müsəlman olan adamla evləndirirəm." Eyni şəkildə mühacirlərdən də bir qrup Fatiməyə elçi olmuş, ancaq Məhəmməd belə demişdir: "Fatimənin izdivaç işi Allahın əlindədir. Əgər o, münasib görər və münasib bilərsə o şəkildə edəcəkdir və mən ilahi hökmü gözləməkdəyəm." Fatimənin Əli ilə evliliyi hicrətin ikinci ilində Mədinədə baş verib. Məhəmmədin qızının mehriyyəsi təxminən 400 dirhəm olmuşdur. Əli əşyalarından birini sataraq bu pulu əldə edib. Bu əşyanın nə olduğu barədə müxtəlif iddialar vardır. Bəzi tarixçilər bunun qalxan, bəziləri qoyun dərisi yaxud Yəmən köynəyi və ya dəvə olduğunu yazmışlar. Əli əşyasını sataraq Məhəmmədin yanına gəlir. Məhəmməd pulu saymadan bir qismini Bilala verir və belə deyir: "Bu pul ilə qızıma gözəl ətir al". Geri qalan pulu Əbu Bəkrə verir və belə deyir: "Bu pulla qızımın ehtiyac duyduğu şeyləri təmin et". Əmmar Yasir və bir neçə yoldaşını da Zəhranın cehizi üçün münasib görülən şeyləri almaq üçün Əbu Bəkrlə göndərir. Şeyx Tusi Zəhranın cehizini bu şəkildə yazmışdır: 7 dirhəm dəyərində bir köynək, 4 dirhəm dəyərində bir hicab, Xeybər malı qara bir məxmər, xurma liflərindən düzəldilmiş bir divan, üstü xurma yarpaqları ilə hörülmüş divan, Misir kətanından məmulat, birinin içi liflə, o birinin isə yunla doldurulmuş iki döşək, içləri izhirdənMəkkə samanı, Burya bitkisi, bir növ incə yarpaqlı və dərman xüsusiyyəti də olan ətirli bir bitkidən doldurulmuş Taif dərisindən dörd balış, yundan düzəldilmiş bir pərdə, Həcər istehsalı bir həsirHəcərdə məqsəd, Bəhreyn mərkəzidir. Həmçinin Mədinə yaxınlığında yerləşən bir kəndin adıdır, bir əl dəyirmanı, mis bir paltar ləyəni, dəridən düzəldilmiş bir su qabı, taxta bir qab, süd sağmaq üçün bir kasa, su üçün böyük qab, qətranla örtülmüş mitəhrəçaydan, dəstəmaz qabı və təmizləmədə istifadə edilən şeylər, yaşıl bir səhəng və torpaqdan düzəldilmiş bir neçə ədəd saxsı qab. Evliliyin üzərindən bir neçə gün keçmədi ki, Fatimənin atasından uzaq qalmağı ona ağır gəlib. Fatimə uzun illər boyu onun yanında qalıb. Məhəmməd Xədicənin vəsfi haqqında belə buyurub: "Xədicənin yerini kim alacaq? İnsanlar məni inkar etdikdə o təsdiqləmiş, hamı məni tərk edəndə o Allahın dininə iman gətirmiş və var-dövləti ilə yardımçı olmuşdur". Buna görə də bəy və gəlinə öz evində yer verməyi qərara alır. Xədicədən olan və sağ qalan (bu yaşa qədər yaşayan) yeganə övladının hər zaman yanında olmasını istəyir. Ancaq o, Əlinin həyat yoldaşı olduğuna görə onun evində qalmalı idi. Məhəmməd öz evinə yaxın bir yerdə onlara bir yer hazırlamaq istəyir, amma Mədinə müsəlmanlarının əziyyətə düşmələri də mümkün idi. Sonda gəlin və bəyə öz evində yer verməyə qərar verir, ancaq bu çətin bir iş idi. Çünki Məhəmmədin evində iki qadın (Sevda və Aişə) yaşayırdı. Səhabələrindən Harisə b. Nöman bu hadisədən xəbərdar olaraq Məhəmmədin yanına gəlir və belə deyir: Mənim evlərimin hamısı sənə yaxındır. Özüm və nəyim varsa, hamısı sizindir. Allaha and olsun ki, malımı almağın mənə saxlamağından daha sevimlidir. Məhəmməd cavab olaraq belə deyir: "Allah sizi mükafatlandırsın." O gündən sonra Fatimə və Əli Harisənin evlərindən birinə köçür.İbn Səd, "Təbəqat", c. 8, səh. 22–23

Ailə həyatı 200px|thumb|left|Əli və Fatimənin toyu ("Siyəri-Nəbi" əsərinin 1595-ci ilə aid şəkilli nüsxəsindən bir səhifə, Topqapı Sarayı Muzeyi, İstanbul, Türkiyə)