Məşədi Əziz bəy oğlu ƏzizbəyovƏzizbəyov Məşədi Əzim-bəy oğlu — Böyük Sovet Ensiklopediyasından məqalə və ya Məşədi bəy Əzizbəyov () — Azərbaycanda inqilabi hərəkatın görkəmli xadimi, ilk marksist azərbaycanlılardan biri; BSE-nin birinci nəşrinə əsasən, o, türk inqilabçı ziyalılar nəslinə aid idi. O, "Hümmət" təşkilatının rəhbərlərindən biri idi, RSDFP(b)-ın üzvü və "Ədalət" Sosial Demokrat Partiyasının MK-ın üzvü olmuşdur, Bakı Şəhər Dumasının qlasnısı, quberniya komissarı və Bakı XKS-nin Daxili İşlər Komissarının müavini olmuşdur (1918).

Məşədi Əzizbəyovun inqilabi fəaliyyəti təhsil aldığı Peterburq şəhərində başladı. RSDFP-a qoşularaq, "Vetrova nümayişləri"ndən birində də daxil olmaqla siyasi çıxışlarda iştirak edirdi. Birinci rus inqilabının fəal xadimlərindən idi, həmin dövr ərzində "Hümmət" təşkilatının üzvü və daha sonra onun tanınmış simalarından biri oldu. İran inqilabçılarına dəstək göstərirdi; fəaliyyətində bilavasitə iştirak etdiyi "Nicat" Bakı Müsəlman Maarif Cəmiyyəti ilə sıx əlaqədə olurdu. Yeraltı inqilabi işini qanuni fəaliyyətiylə məharətlə uyğunlaşdırırdı. Bakı Şəhər Dumasının üzvü idi. Bakı Kommunasının görkəmli simalarından biri kimi Sovet hakimiyyətini qurmaqla yanaşı, Bakının müdafiəsini təşkil etməkdə də çoxlu işlər görmüşdür. "26 Bakı komissarı" sırasında edam edildi.

Həyatı

Soyu 196x196px|thumb|left|Məşədi Əzizbəyovun anadan olduğu ev. Bakının Əlövsət Quliyev küçəsində yerləşir Məşədi Əzizbəyov 6 (18) yanvar 1876-cı ildə (hicri təqvimi ilə 10 zülkədar 1254-cü ildə) Bakının Asiya küçəsindəki (sonralar Pyotr Montin küçəsi, hazırkı 105 nömrəli ev, Əlövsət Quliyev küçəsi) 117 (131) nömrəli evdə usta Əzizbəy Əzimbəyovun (1844–1889) ailəsində anadan olmuşdur. Anası Səlminaz Hacı İmaməli qızının tək övladı idi. Valideynlərin hər ikisi heç bir təhsil almamışdılar.

Onu şəxsən tanıyan insanlar Məşədi Əzizbəyovun kasıb bir ailədən gəldiyini bildirirdi; bu məlumata bioqrafik tipli də daxil olmaqla Sovet nəşrlərində rast gəlinir. "SSRİ-də vətəndaş müharibəsi və hərbi müdaxilə" ensiklopediyasında qeyd olunur ki, o, fəhlələrdən idi.Гражданская война и военная интервенция в СССР: Энциклопедия. — М., 1983. — С. 27. Bununla birlikdə, sənədlərin birində M. Əzizbəyovun bəy oğlu olduğu göstərilir; bəy mənşəyinə daha bir işarə onun daşıdığı soyaddır. Üstəlik, onun həməsri Anastas Mikoyan yazırdı ki, M. Əzizbəyov varlı ailədən gəlir.

Məşədi Əzizbəyovun nəvəsi Mehdi Əzizbəyovun dediyinə görə, babası nəcib bir ailədən idi. Məşədi Əzizbəyovun atası Əzizbəy milyoner H. Z. Tağıyevin dostu idi, M. Əzizbəyovun özü isə milyoner Zərbəliyevin qızı ilə evlənmişdi; Əzizbəyov ailəsi Suraxanıda neft yataqlarına, Balaxanı küçəsində metaləridən zavoduna və Şüvəlanda 10 hektar əraziyə sahib idilər, lakin Sovet hakimiyyəti illərində Əzizbəyovun nəcib mənşəyi gizlədilirdi.

Onun atası 1888-ci ildə həbs olunmuş və Peterburqda keçirilən məhkəmədə ömürlük katorqa cəzasına məhkum edilmişdir. O, elə həmin il Sibir sürgünündə vəfat etdi. Mehdi Əzizbəyovun dediyinə görə, Əzizbəyi şərləmişdilər və onu sifarişlə Sibirdə qətlə yetirmişdilər.

Tələbəlik illəri 1883-cü ildə Məşədi ilk rus-tatar məktəbinə, 1889-cu ildə isə Bakı real məktəbinə daxil oldu, 1894-cü ildə oranın əsas şöbəni bitirdikdən sonra Tiflis real məktəbinin əlavə sinfinə keçdi, çünki xəstəlik səbəbindən iqlimi dəyişməli idi. Yaranan həyat şəraiti onu həmin il Bakı real məktəbinə köçürülməsi üçün Qafqaz təhsil dairəsinin popeçitelinə müraciət etməsinə səbəb oldu. Sonuncunu o, 1896-cı ildə bitirdi. O, Peterburq İnşaat Mühəndislər İnstitutuna daxil ola bilməyəndən sonra iki dəfə Peterburq Texnologiya İnstitutuna imtahan verdi, lakin qəbul ala bilmədi. Yalnız 1899-cu ildə M. Əzizbəyov Texnologiya İnstitutuna daxil ola bildi. Övladını oxumağa göndərmək üçün anası kiçik torpaq sahəsini girov qoymuşdu.

Peterburqda dolanmaq üçün vasitələri olmayan Məşədi Əzizbəyov təqaüd üçün Qafqaz təhsil dairəsinə və Bakı şəhər bələdiyyə başçısına müraciət etdi, lakin sorğusu rədd edildi. Bu vəziyyətdə o, özəl dərslər tədris etmək məcburiyyətində qaldı. Tələbə mühitində ona sevgi və hörmət bəslənirdi. Onu hətta Peterburq ali təhsil müəssisələri üzrə azərbaycanlı tələbələrinin həmyerlilər birliyinin rəhbəri seçmişdilər. Ali məktəb dostlarından biri mühəndis Y. B. Sarkisbəyov xatirələrində yazırdı: thumb|204x204px|Məşədi Əzizbəyov 1895-ci il tarixli fotosu

1901-ci ildə Peterburq Texnologiya İnstitutuna daxil olan digər məktəb yoldaşı Şahbaz bəy Rüstəmbəyovun xatirələrinə görə, M. Əzizbəyov onu tanımaq və necə yerləşdiklərini və nəyə ehtiyac duyduqlarını öyrənmək üçün yanına gəlmişdir. Onun fikrincə, Məşədi Əzizbəyov "bütün digər azərbaycanlı tələbələrdən daha çox acıqgözlü, bilikli və mədəni idi". O, tələbələrə daha çox kitab oxumağı məsləhət görürdü, xüsusən də rus klassiklərin əsərlərini. O, gənclərə ictimai həyatdan xəbərdar olmağı və siyasi mövzularla daha dərindən maraqlanmalarını tövsiyə edirdi, çünki özünün də dəfələrlə söylədiyi kimi "bu yolla ictimai fəaliyyətlərə hazırlaşmaq və öz xalqına fayda vermək mümkündür". M. Əzizbəyov sayəsində bir müddət təhsilinə fasilə verən Ş. Rüstəmbəyov ikinci kursa keçə bildi. Peterburqda olarkən M. Əzizbəyov teatrları (ən çox da Aleksandr Dram Teatrını), muzeyləri, kitabxanaları ziyarət edirdi.

İnqilabi fəaliyyətinə başlaması Məşədi Əzizbəyovun inqilabi fəaliyyətinin başlanğıcı kimi 1896-cı ildə İnşaat Mühəndisləri İnstitutuna daxil olmaq üçün Peterburqa gəldiyi vaxtı saymaq olar. Xüsusilə o vaxtlar o, Peterburq fəhlələrin qeyri-leqal marksist dərnəyinin dərslərinə qatılırdı.

1897-ci ilin mart ayında Peterburq tələbələri kursistka Mariya Vetrovanın Pyotr və Pavel qalasında özünüyandırması səbəbiylə nümayiş təşkil etdilər, həmin xanımın ölümü bir sıra "Vetrova nümayişləri"nin keçirilməsinə səbəb oldu. M. Əzizbəyov müsəlman tələbələri bu aksiyada iştirak etməyə təşviq etdi. Nümayişçilər cənazə duası oxumaq üçün Müqəddəs İsaak kafedralında yığışdılar, amma onlara bunu etməyə qadağa qoyuldu. Bu zaman Əzizbəyov tələbələrə "Keşiş yoxdursa, mülki olanı oxuyarıq" sözləri ilə müraciət etdi. Hər kəsin dilinə düşən bu çağırış tədricən "Əbədi xatirə" dini nəğməsi ilə əvəz olundu və bu oxuma ilə onminlik nümayiş baş kilsəni tərk etdi. Məşədi Əzizbəyov ətrafındakı qafqazlıları qruplaşdıraraq ümumi yürüşün önündə getməyə başladı. Aralarında atlı qorodovoyların da olduğu böyük polis dəstələri tədricən bu kütləni bir neçə yerə böldü; bir çox nəfər həbs olundu. M. Əzizbəyovun özü "Krestı" həbsxanasına düşdü. left|thumb|184x184px|Peterburqda Məşədi Əzizbəyov. XX əsrin əvvəli 1898-ci ildə Peterburqda RSDFP-yə qoşuldu. Alman tarixçi Yorq Baberovski sonradan onu milliyətçi kommunistlərə aid edirdi. Peterburq Texnologiya İnstitutunun tələbəsi ikən M. Əzizbəyov bir sıra inqilabi çıxışlar iştirak etmişdir. Onunla yalnız 1901-ci ildə tanış olan bir məktəb yoldaşının fikrincə, Məşədi Əzizbəyov dəyişmişdir. Ş. Rüstəmbəyovun xatirələrinə görə, nümayişlərin faydaları barədə sualına M. Əzizbəyov təxminən belə cavab verdi:

Həm Peterburq Texnologiya İnstitutuna girməzdən əvvəl, həm də təhsil aldığı müddətdə evə qayıdarkən o, burada aparılan inqilabi işlərə laqeyd qalmadı. Məsələn, 1898-ci ildə anasının xahişi ilə qısa müddətlik Bakıya gələrək o, fəhlə dərnəklərinin fəaliyyətində iştirak edirdi, gizli qəzet və jurnalların nömrələri ilə tanış olurdu və onların seçilmiş məqalələrini qiraət edərək təşviqatı ilə məşğul olurdu. Başqa səfərində Məşədi Əzizbəyov nümayişlərdə və siyasi çıxışlarda iştirak edirdi. Teatr xadimi, aktyor Murad Muradov xatirələrində bəhs edirdi ki, "1902-ci ildə biz sənətkar Ərəblinski ilə repetitsiyadan çıxdıq və gördük ki, indiki AHİŞ ilə üzbəüz küçədə qırmızı bayraqlı nümayiş keçirilir. Onların qabağında Əzizbəyov inqilabi mahnılar oxuyur. Onlar küçənin ortasıyla gedirdilər. Ərəblinski ilə biz onların ardınca getdik. İndiki Baksovetə yaxınlaşdıqda, dərhal atlı kazak peydə oldu və nümayişçilərin üzərinə getdilər". 1902-ci ildə M. Əzizbəyov yenidən tutuldu və Pyotr və Pavel qalasına salındı. thumb|Peterburq müsəlman tələbələr qrupu. M Əzizbəyov ikinci sıradadır (soldan birinci). Soldan sağa üçüncü sırada əyləşənlər: B. Cavanşir (2-ci), X. Məlik-Aslanov (3-cü) və M. Dahadayev (6-cı) Bu gənc illərində o, həmçinin marksizm banilərinin əsərlərini öyrənirdi. Şəxsən M. Əzizbəyova məxsus olan bəzi kitabların boş səhifə qıraqlarında onun qeydlərini yazırdı. Onun bioqrafiyasının tədqiqatçısı olan M. Qəziyevin fikrincə, həmin qeydlər onun dərin nəzəri biliklərini və dialektik və tarixi materializm məsələlərini dərk etmə qabiliyyətini sübut edir və həmçinin marksizm müxaliflərinin baxışlarına və konsepsiyalarına tənqidi münasibətinə işarə edir. Həmin kitablar sırasında Karl Marksın beş əsəri (onlar arasında "Siyasi iqtisadiyyatın tənqidinə", "Fəlsəfənin səfaləti", "Lui Bonapartın 18-ci brümeri"), Fridrix Engelsin iki əsəri (onlardan biri "Anti-Dürinq"), Vladimir Leninin "Rusiyada kapitalizmin inkişafı" monoqrafiyası, britaniyalı naturalist Alfred Vollesin "Ecazkar əsr" əsəri və s. yer alır.

Onun başqa bir bioqrafı və onunla şəxsən tanış olan Sultanməcid Əfəndiyev Məşədi Əzizbəyovu marksizmin böyük nəzəriyyəçisi kimi görmürdü, amma qeyd edirdi ki, "qətiyyətlə inanmış bolşevik" olan M. Əzizbəyov iştirak etdiyi hər bir işə "fantastik şövq və temperament" qatırdı. M. Əzizbəyovun özü də inqilabçı demokratların əsərlərinin onun dünyagörüşünün formalaşmasına təsirini xarakterizə edərək, söyləmişdir ki: "Səlminaz ilk anamdısa, Çernışevskinin "Nə edim?"i ikincidir". Onların hər ikisi məni böyüdüb yetişdirmişdir".

Birinci rus inqilabı zamanı Rus-yapon müharibəsi səbəbindən Texnologiya İnstitutu 1904-cü ilin sonunda müvəqqəti olaraq bağlandı. M. Əzizbəyov təhsilini yarımçıq qoyaraq Bakıya qayıtdı. Evə qayıtdıqdan sonra "1905-ci ildə mühazirə dinləmək haqqını ödəmədiyi üçün institutdan qovuldu".

Onun gəlişi monarxiyaya qarşı inqilabi çıxışların başlanğıcına təsadüf etdi. Qafqazda ermənilərlə azərbaycanlılar arasında qarşıdurmalar baş verdi. İctimaiyyət və xüsusilə inqilabçılar bu hadisənin sövq edilməsinə və yol verilməsinə görə çar hakimiyyətini günahlandırdı. Bakıda olan M. Əzizbəyov fəal şəkildə millətlərarası qarşıdurmanın qabağını almağa çalışırdı. İfadə protokollarından aydın olur ki, o, bütün günü qızışdırılmış və silahlanmış camaat arasında silahsız dayanaraq öyüd verirdi. Protokolda bunun bir çox insanı xilas etdiyi qeyd olunur, Məşədi Əzizbəyov isə "əsas sakitləşdirən" kimi təsvir olunur.

Y. B. Sarkisbəyovun xatirələrinə görə, yaşadığı rayonda o, bir çox ermənini evində və tanışlarında gizlədərək xilas etdi. Y. B. Sarkisbəyov yazırdı ki, Məşədi Əzizbəyov deyərdi: "nə ermənilər, nə də türklərin baş verənlərdən günahı yoxdur. Günah əhalinin bir hissəsini digərinə qarşı qışqırtan rejimdədir". Onun qəti inamını şahid qismində verdiyi ifadələrdən müşahidə etmək olar. Dindirilmə zamanı o, millətlərarası ziddiyyətlərin bu hadisələrin səbəbi olduğunu fikrini əminliklə rədd edir. Üstəlik, özü kazakların bir qrupu digərinə qarşı necə qışqırtdığını gördüyünü və bir çox tanışlarını ziyarət edərək, heç bir yerdə mümkün toqquşmalardan bəhs olunmadığını söyləmişdir. Məşədi Əzizbəyov deyərdi: "Mən növündən asıllı olmayaraq istənilən milliyyət çəkişmələrin düşməniyəm.

Hümmət Partiyası Hökumət əleyhinə nümayişlərin keçirildiyi dövrdə o, onlarda fəal iştirak edirdi. Eyni zamanda "Hümmet" sosial-demokratik qrupuna qatıldı və daha sonra onun liderlərindən biri oldu. Jandarm məlumatında deyildiyi kimi, M. Əzizbəyov "bu təşkilatın görkəmli xadimi" idi. Qafqaz canişi dəftərxanasının xüsusi şöbəsinin gizli məlumatına əsasən, onun "Hümmət"dəki fəaliyyəti "əsasən siyasi cinayətkarlara dəstək verməyi ilə nəzərə çarpırdı (zaminə götürür, girov qoyur və s.)".