Əbdül Mahmudov () — Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən).İbrahimova S. "Biz sənət adamları təzədən formalaşmalıyıq": [Kinorejissor Şeyx Əbdül Mahmudbəyov ilə söhbət] //Kaspi. — 2008. — 7 avqust. — S. 15–16. Şeyx Əbdül adı ilə də tanınır.
Həyatı Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir.
Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973).
1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib. Bir ara kinostudiyanın nəzdindəki kinoaktyor teatrının bədii rəhbəri olub.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276–277.
Əbdül Mahmudovun ulu babası Hacı Şeyx Mürsəl ağa XVII əsrdə Ərdəbildə Şah İsmayıl Xətainin ulu babası olmuş Şeyx Səfiəddin Ərdəbilinin darülfünununda ilahiyyat elmi üzrə təhsil almışdır. Sonradan göndərişlə Şamaxı şəhərinə gəlib.
Parkinson xəstəliyindən əziyyət çəkir.
Təltif və mükafatları "Azərbaycan SSR Dövlət mükafatı" — 26 aprel 1986 ("Atları yəhərləyin" bədii filminin rejissorluğuna görə) "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 1 avqust 2008 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1 avqust 2018 Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı — 2019 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2021-ci il
Filmoqrafiya Aktyor kimi Bir məhəllədən iki nəfər (film, 1957) Leyli və Məcnun (film, 1961) Əhməd haradadır? (film, 1963) (rol: kənd sakini) Uşaqlığın son gecəsi (film, 1968) (rol: milis işçisi) Şərikli çörək (film, 1969) (rol: bazardakı alıcı) O qızı tapın (film, 1970) (rol: mafioz qrupunun üzvü) Yeddi oğul istərəm... (film, 1970) (rol: Qasım) Axırıncı aşırım (film, 1971) (rol: Bəylər) Ən vacib müsahibə (film, 1971) (rol: Fikrət) Nəsimi (film, 1973) (rol: dərviş) Ömrün ilk saatı (film, 1973) (rol: fotoqraf) Çarvadarların izi ilə (film, 1974) (rol: Qərib) Qatır Məmməd (film, 1974) (rol: bolşevik) Dörd bazar günü (film, 1975) Sevinc buxtası (film, 1977) (rol: Əbdül) Diplom işi (film, 1979) (rol: qızın qardaşı) (qısametrajlı bədii film) Qəribə adam (film, 1979) (rol: Orxan) Qorxma, mən səninləyəm (rol: kisəçi) Ağlar-güləyən (film, 1988) (qısametrajlı sənədli-bədii film) Qətl günü (film, 1990) (rol: Tatar Təmir) Əlavə təsir (film, 2010) (rol: Nazim Şeydayev) Şəbəkə (film, 2011) (qısametrajlı bədii film) (rol: Gülzarın atası) Dmitrov küçəsi 86 (film, 2015) (qısametrajlı bədii film) (rol: polis mayoru) Zabit şərəfi (film, 2015) (qısametrajlı bədii film) (rol: polis polkovniki) Kəklikotu (film, 2017) (rol: polis rəisi)
Rejissor assistenti kimi Dağlarda döyüş (film, 1967)
İkinci rejissor kimi Bizim Cəbiş müəllim (film, 1969) Dəli Kür (film, 1969) Oxuyur Müslüm Maqomayev (film, 1971)
Rejissor kimi Qeyri-adi ov (film, 1974) (qısametrajlı bədii film) Firəngiz (film, 1975) Alıcının sərgüzəşti (film, 1976) (qısametrajlı bədii süjet — Mozalan № 31) Əcəmi Naxçıvani (film, 1976) (qısametrajlı sənədli film) Ömür-gün sevdası (film, 1976) (qısametrajlı sənədli-bədii film) Üzü küləyə (film, 1977) Şəhərlərin dostluğu (film, 1978) (qısametrajlı sənədli film) Həyatın mənası (film, 1979) (qısametrajlı sənədli film) Qanlı zəmi (film, 1985) Şəhərli biçinçilər (film, 1986) Doğma sahillər (film, 1989) Gecə qatarında qətl (film, 1990)
Ssenari müəllifi kimi Ömür-gün sevdası (film, 1976) (qısametrajlı sənədli-bədii film) Şəhərlərin dostluğu (film, 1978) (qısametrajlı sənədli film) Gecə qatarında qətl (film, 1990)
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Xarici keçidlər "Şəxsi əşyalar" verilişinin qonağı xalq artisti Əbdül Mahmudovdur — Vasif Ayanın müəllif layihəsi, YouTube Aydın Dadaşov. "Bizim kino". Kamil Rüstəmbəyovun "Axırıncı aşırım" filmi haqqında Əməkdar İncəsənət Xadimi Şeyx Əbdül Mahmudov — Gəlin Danışaq
Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Hacılar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Hacıqabul rayonunda doğulanlar Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Azərbaycan Milli Kino Mükafatı laureatları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:XX əsr Azərbaycan aktyorları