Mirzə Rza Əlizadə (Tam adı: Mirzə Rza Mahmudəli oğlu Əlizadə ) — Tiflis şəhər ibtidai məktəbinin müəllimi.
Həyatı Mirzə Rza bəy Əlizadə 1875-ci ildə Borçalı qəzasının Faxralı elində dünyaya gəlmişdir. Tiflis Əliyyə məktəbində oxumuş, 1890–1895-ci illərdə Qori seminaryasında təhsil almışdır.
Ailəsi Məmmədəlizadələr (Kovxalılar) nəslindən idi. Bölgədə tanınan axund Qazi Ələsgər onun əmisi idi. Mirzə Rza Əlizadənin mühəndis təhsilli Hidayət adlı oğlu və Səltənət adlı qızı olmuşdur.
Fəaliyyəti Seminariyanı bitirdikdən sonra, 1895-ci il sentyabrın 6-dan 1899-cu ilin yayına qədər Telavi-Qaracalar məktəbində müəllim olmuş, sonra Borçalı qəzası barışdırıcı münsifi (мировой посредник) yanında tərcüməçi, 1917–1918-ci illərdə Borçalı qəza komissarı Əbdürrəhim bəy Haqverdiyevin yardımçısı, 1918–19-cu tədris ilində Tiflis Puşkin adına Azərbaycan şəhər məktəbinin müdiri işləmişdir.
Mirzə Rzanın Gürcüstan Demokratik Respublikası qurulanda orada Azərbaycan xalq məktəbləri inspektoru vəzifəsini tutur. Və məktəblərin inkişafında xüsusi rol oynamışdır.
Onun bu məsul vəzifəyə namizədliyini Gürcüstan hökumətinə 1919-cu ildə Gürcüstan Azərbaycanlıları Milli Şurası parlamentin Azərbaycan firqəsinin təşəbbüsü ilə qaldırılmış və şuranın sədri Əlimirzə Nərimanov M.R.Əlizadəni belə səciyyələndirmişdi:
Avqustun 1-də o, Qarayazı, Görarxı, Qızılhacılı, Sarvan, Sadaxlı, Arıxlı, Tecis, Soyuqbulaq, Muğanlı məktəblərinin sənədlərini qəbul etmişdi.Gürcüstan Dövlət Mərkəzi Arxivi, saxlama vahidi 767, səh. 12
Mirzə Rza pedaqoji təşkilatçılığına "Vozrojdenye" qəzetində "Gürcüstanın müsəlman müəllimlərinə açıq məktub"la çıxış etməklə başlamışdır. O bu məktubunda qeyd edirdi ki:
1919–20-ci dərs ili başlamazdan əvvəl var olan Azərbaycan məktəblərinə müəllim göndərmək gərəkliliyi meydana çıxanda Mirzə Rza ən yaxşı çıxış yolu kimi qısasürətli pedaqoji kursların açılmağını təklif etmiş, sentyabrın 3-də aşağı dərəcəli təhsil ocaqları baş rəisinə raportla müraciət edib azərbaycanlı müəllimlər hazırlayan kursların açılmağı gərəkliliyini müfəssəl əsaslandırdıGDMA, s. v. 767, s. 44. 1919-cu il dekabrın 31-də şəhərdəki üç Azərbaycan məktəbində 389 nəfər şagird oxuduğunu və onların müəyyən qisminin təhsili davam etdirmək istədiyini bildirmişdi, bu məsələnin çözümü məqsədilə Tiflis şəhərində müsəlmanlar üçün hökumət hüququnda yüksək dərəcəli ibtidai məktəbin açılmağını zəruri saymışdı. 1920-ci il dekabrın 16-da inspektor adıkeçən məktəbdən belə məktub aldı:
Azərbaycan aşağı ibtidai məktəblərinin tədris planını Mirzə Rza tərtib etmişdi. Burada məcburi fənnlər sırasında Azərbaycan dili dururdu. Azərbaycan dili dərsləri Gürcüstan Müsəlman Milli Şurasının, inspektor Mirzə Rza Əlizadənin, qəza məktəb şöbələrinin hazırladıqları proqramlar, Bakıda və Tiflisdə çap olunmuş dərsliklər əsasında keçilirdi.
Sovet işğalından sonra Mirzə Rza Əlizadə 1921–1931-ci illərdə Gürcüstan maarif komissarlığında Azərbaycan məktəbləri üzrə baş təlimatçı işləmiş, Borçalı ellərində müəllimliklə məşğul olmuşdu. Mirzə Rza bəy Məhəmməd Əmin Rəsulzadə ilə dostluq əlaqələrinə, 1918-ci ildə Azərbaycan Milli Hökumətinin təşkilində iştirakına və Türk millətinin azadlığı uğrunda çıxışlarına görə Sovet dövründə siyasi təqiblərə məruz qalmış, 1934-cü ildə M. Ə. Rəsulzadənin məsləhəti ilə mühəndis təhsilli oğlu Hidayət və qızı Səltənətlə birlikdə Türkiyəyə mühacirətə getmişdir. 1942-ci ildə orada vəfat etmişdir.
Haqqında Onu məktəb və seminarya yoldaşı, Səməd bəy Acalov o dövrü belə xatırlamışdı:
Mənbə Gülnara Qocayeva-Məmmədova, Gürcüstan Azərbaycanlılarının təhsili tarixi: Yüz yaşlı məktəblər, Tbilisi, Qlobal-Print, 2002 Gürcüstan Milli Arxivi, fondlar 745, 767: Gürcüstan Demokratik Respublikası Xalq Təhsili Nazirliyi fondu, 1918–1921 "Грузия" (Qruziya – Gürcüstan), gündəlik siyasi və ədəbi qəzet, rus dilində, Tiflis 1918–1921 "Возрожденье" (Vozrojdenye – Dirçəliş), gündəlik siyasi və ədəbi qəzet, rus dilində, Tiflis 1919
İstinadlar
Kateqoriya:Gürcüstan pedaqoqları Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar