Kim Ki Duk (, Konseviç sistemində — Kim Qidok; ) — Cənubi Koreya kinorejissoru, Venesiya kinofestivalının "Qızıl şir" mükafatı laureatı ("Pyeta" filminə görə).
Həyatı Kim Ki Duk 1960-cı il dekabr ayının 20-də Cənubi Koreyanın Kyonsan-Pukto əyalətinin Ponxva uyezdindəki Sobyonni kəndində anadan olub. Maddi çətinliklər üzündən 9 yaşındaykən məktəbdən ayrılaraq fabriklərdə çalışmağa başlayıb. 20 yaşında hərbi dəniz qüvvələrinə qatılır və 5 il orduda çavuş olaraq xidmət edir.
1990-cı ildə Fransaya köçən Kim Ki Duk burada rəssamlıq edərək öz həyatını keçirir. Və həvəsi olduğu — filmlərə ssenarilər yazır. Bir neçə mükafatlara layiq görülür. 1993-cü ildə Cənubi Koreyaya qayıdan Kim, burada film ssenariləri yazmağa başladı və 1995-ci ildən Korean Film Council'da iki mükafat birdən qazanır.
Karyerası Kim, 1996`cı ildən kiçik büdcəli Timsah adlı filmiylə ilk kino rejissor kimi fəaliyyətinə başladı. Heç bir Kino təhsili almayan Kim bu filmi ilə Koreyalı film tənqidçilər tərəfindən tənqid atəşinə tutuldu. 2004`cü ildə Samariyalı Qız film ilə Berlin Beynəlxalq Film Festivalı`nda, Boş Ev filmi ilə də Venesiya Kino Festivalı`nda Ən yaxşı rejissor mükafatını aldı. 2011`ci ildə Arirang filmi ilə Kann Film Festivalı`nın Un Certain mükafatları bölümündə ən yaxşı film mükafatını qazandı. Hal-hazırda isə filmsevərlər tərəfindən tanınan Art-Xaus janrını təmsil edən filmlər arasında ən çox izlənilən rejissorlardan biridir.
Filmografiya YılAzərbaycanca AdıOrijinal AdıKoreyaca Oxunuşu1996Timsah악어Ag-oVəhşi Heyvanlar야생동물 보호구역Yasaeng dongmul bohoguyeog1998Quşyuvası oteli파란 대문Paran daemun2000Real Fiction실제 상황Shilje sanghwangAda섬Seom2001Naməlum Ünvan수취인불명Suchwiin bulmyeongPis Oğlan나쁜 남자Nabbeun namja2002Sahil Keşikçisi해안선Haeanseon2003Yaz, Yay, Payız, Qış... və Yaz봄, 여름, 가을, 겨울 그리고 봄Bom yeoreum gaeul gyeoul geurigo bom2004Samariyalı Qız사마리아SamariaBoş Ev빈집Bin-jip2005Yay활Hwal2006Zaman시간Shi gan2007Nəfəs숨Soom2008Röya비몽Bimong2011Arirang아리랑ArirangAmin아멘Amen2012Piyeta통증Pieta
Mükafatlar Ən Yaxşı Rejissor, Samariyalı Qız, Berlin Beynəlxalq Film Festivalı (2004) Ən Yaxşı Rejissor Boş Ev, Venesiya Kino Festivalı (2004) Ən Yaxşı Film, Ariang, Kann Film Festivalı, Un Certain Regard (2011)
Rejissorluq xaricində çalışmaları Beautiful (2008, senarist/yazar) Rough Cut (2008, senarist/yazar)
İstinadlar
Kateqoriya:COVID-19 pandemiyasından vəfat edənlər Kateqoriya:XX əsrin ssenaristləri