Devid Brayan (; əsl adı David Bryan Rashbaum) — ABŞ musiqiçisi. Bon Jovi qrupunun pianoçusu.

Devid Brayan Raşbum 7 fevral 1962-ci ildə Nyu Cersidə doğulmuşdur. 7 yaşında piano çalmağa başladı. Edison'daki J.P. Stevens liseyindən məzun oldu. Culliard'da professor olan Emery Hack ilə 13 il işləyən musiqiçin atası Eddi Raşbum trompet çalırdı.

1983-ci ildə Con Bon Covi, Mercury Records ilə albom razılaşması etdikdən sonra liseydən bəri dostu olan Devidi qrupa çağırması ilə Culliard'dakı təhsilini yarıda buraxdı və Devid, Bon Jovi qrupunun pianoçusu olaraq yoluna davam etdi.

90-cı illərin sonlarında, Brayan evdə bir mişar qəzasında az qala barmaqlarını itirmişdi. 1 il davam edən reabilitasiya və müalicənin ardından, Brayan barmaqlarını hərəkət etdirmə bacarığını yenidən qazandı və piano çalmağa davam etdi.

Diskoqrafiya Solo albomları 1991 - Netherworld 1995 - On a Full Moon 2000 - Lunar Eclipse Kateqoriya:Toni mükafatı laureatları Kateqoriya:ABŞ musiqiçiləri