Böyük Zirə adası — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın keçmiş adı Nargin olmuşdur. Həmçinin "Cəhənnəm adası" və "İlan adası" (səhv salma: Zmeinı adası) kimi tanınıb.

Tarixi

Etimologiya Böyük Zirə adasının adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" () sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adalarının əksər adlarını dəyişmişdilər. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib. Bu ad Fin körfəzində yerləşən Nargin (estonca, dar boğaz) adasına bənzədiyi üçün verilib. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ada yenidən Böyük Zirə adlandırılmağa başlanılıb.

XIX əsr Böyük Zirə mayakı 1884-cü ildə Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə fəaliyyətə başlayıb. Mayak gecə Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandırır və dənizçilər üçün əsas bələdçi rolunu oynayırdı.

XX əsr thumb|2008-ci ildə Böyük Zirə mayakının dənizdən görünüşü.

1915-ci ildən 1940-cı ilədək əvvəlcə Çar Rusiyası, sonra da SSRİ hakimiyyəti Böyük Zirə adasında on minlərlə Qafqaz cəbhəsindən əsir götürülən Osmanlı İmperiyası əsirlərinə və azərbaycanlılara qətlə yetirib. Ada Birinci Dünya müharibəsinə qədər Çar Rusiyasının həbs düşərgəsi olmuşdu. 1905-ci ildə burada həbs düşərgələri salınmışdı. Çar Rusiyası ona xəyanət edən, cinayət törədən əsgərini ən ağır cəzaya məhkum edəndə Böyük Zirə adasına sürgün edirdi. Birinci Dünya müharibəsi dövründə 10 mindən çox türk əsgəri və mülkü şəxsi Nargin adası həbs düşərgəsinə gətirilmişdi. Xalq yazıçısı Qılman Musayev yazırdı:

Nəriman Nərimanov Bakı Şəhər Dumasına üzv seçiləndən sonra həmfikirləri ilə Dumada komissiya yaradıb Böyük Zirə adasına göndərilməsi məsələsini tələb etdi. Dumanın "Təhqiqat komissiyası"nın üzvləri — Nəriman Nərimanov, Əbdülbağı Məmmədov, Ağaməhəmməd İbrahimov, Mürsəlov, Almaniya, Danimarka və İsveçrə səfirliklərinin əməkdaşları Böyük Zirə adasına gedir, orada əsirlərin vəziyyətindən və saxlanma şəraitindən dəhşətə gəlmişdilər. Nərimanov adada 700-ə qədər səksən yaşında qocaların, 2 yaşından 15 yaşına qədər körpə uşaqların olduğunu və bunların hamısının Qafqaz cəbhəsindən gəldiklərini bildirərək sözlərini bu cümlələrlə tamamlamışdır:

Ertəsi gün Nərimanovun "Hümmət" qəzetində (28 noyabr 1917-ci il) "Göz yaşı tökdürən Cəzirə" məqaləsi dərc olundu. Nərimanov ürəkağrısı ilə yazırdı:

Duma Nərimanovun rəhbərlik etdiyi komissiyanın Tiflisə, Qafqazın Mərkəzi İnzibati İdarəsinə göndərdiyi təcili teleqramın cavabında Nargin hərbi düşərgəsindən ən ağır xəstələrin çıxarılmasına və adada yaşayan əsirlərə xeyriyyə cəmiyyətlərinin köməyinə icazə verilirdi. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Nargin hərbi düşərgəsində komissiyanın müəyyən etdiyi 300 xəstə — türk, alman, avstriyalı hərbi əsiri şəhərdə 16-cı lazaretdə yerləşdirdi. Nargində əsir sifəti ilə yaşamaqda olan 130 nəfər körpə Bakıya gətirilib Çəmbərəkəndin qabağındakı mülkdə yerləşdirildi. Bunu "Möhtaclara yardım" Cəmiyyəti öz öhdəsinə alıb və hər bir məxarici boynuna götürdü.

1917-ci ildə cəbhədə türk əsgər və zabitlərinə kömək göstərilməsində din xadimi Ağa Əlizadənin müstəsna xidmətləri olub. Məhz onun xalqa müraciətindən sonra insanlar Təzəpir məscidinə gələrək türk əsgərlərinə yardım toplamağa başlayıblar. Bunun nəticəsində, bir həftə ərzində əsirlərə o qədər yardım toplanmışdı ki, ərzaq, dərman və paltarları Böyük Zirə adasına daşımaq üçün bir ay vaxt lazım olmuşdu.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətindən sonrakı fəalları, həm də Stalin repressiyası qurbanlarını Nargin və Bulla adalarında güllələmiş, bəzilərinin cəsədlərini oradan Xəzər dənizə atmışdılar.

Sovet İttifaqı dövründə adada hərbi hava qüvvələrindən müdafiə bazası yerləşirdi və bura ittifaqın mühüm strateji nöqtəsi sayılırdı.

İkinci dünya müharibəsinin əvvəlində Böyük Zirə adasında yerləşən bu mayak alman aviasiyasının diqqətini çəkməmək üçün partladılıb. 1958-ci ildə mayak bərpa olunub və indiyədək fəaliyyət göstərir. Mayakın hündürlüyü 18 metrdir. Mürəkkəb optik-naviqasiya sistemi ilə təchiz edilib. Mayak günəş batareyaları ilə təmin edilir. 1907-ci ilədək mayakın funksiyasını Bakıda Qız qalası yerinə yetirib.

1950-ci illərdə Nargində xidmət etmiş general-polkovnik Vladimir Dmitriev 2006-cı ildə internet saytına müsahibəsində adanın hərbi əhəmiyyətindən danışır:

1980-ci illərin sonlarından başlayaraq Sovet ordusu Nargin adasından çıxmağa başladı. 1990-cı ildə Sovet qoşunları adadan çıxanda Azərbaycan prezidentin iqtisadi məsələlər üzrə müşaviri Vahid Axundov, Nazim Muradasilov və Kamal Amiraqov "Adalar" adında şirkət yaradıb, həm donanmanın rəhbəri, həm də Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin son sədri Sənan Əlizadə ilə müqavilə bağladılar və Nargini 25 illiyinə icarəyə götürdülər.

XXI əsr

Coğrafiya Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir.

İstinadlar

Xarici keçidlər

Mehparə. "Bilinməyən tarix, Nargin adası əsarəti": TRT ortaq tariximizin bir dramını günümüzə gətirir: [kanalın çəkilişlərinə başladığı eyniadlı film haqqında] //Mədəniyyət.- 2015.- 15 iyul.- S.11.

Kateqoriya:Azərbaycan adaları Kateqoriya:Xəzər dənizi adaları Kateqoriya:Bakı arxipelaqı Kateqoriya:Azərbaycanın kimsəsiz adaları Kateqoriya:Böyük Zirə Kateqoriya:Bakı coğrafiyası