Kamran Dadaş oğlu Məmmədov () — filologiya elmləri doktoru, professor.Flora Xəlilzadə. Ömrün izləri. "Azərbaycan" qəzeti, 1 sentyabr, 2012-ci il.

Həyatı Kamran Dadaş oğlu Məmmədov 21 dekabr 1922-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbin yeddiillik sinfini bitirdikdən sonra, 1936-1938-ci illərdə Bakı Pedaqoji Texnikomunda təhsil almışdır. O, təhsilini Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində davam etdirmişdir. Kamran Məmmədov 1938-1941 illərdə bu ali məktəb ocağında oxumuşdur. O, 1941-1942 illərdə II Dünya Müharibəsində iştirak etdiyi üçün təhsilini yarımçıq qoymağa məcbur olmuş, 1943-cü ildə ağır yaralandıqdan sonra hərbi qospitalda müalicə almışdır. Daha sonra Kamran Məmmədov 1943-1945 illərdə ali təhsilini Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) başa vurmuşdur.

Kamran Məmmədov 1944-1945 illərdə Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində ədəbi redaktor, 1945-1947 illərdə Uşaqgəncnəşrdə şöbə müdiri, 1945-1951 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA Nizami adına Ədəbiyyat İnstitutu) Dil və Ədəbiyyat İnstitutunda aspirant, elmi işçi işləmişdir.

Kamran Məmmədov eyni zamanda 1948-1952 illərdə Pedaqoji Xarici Dillər İnstitutunda baş müəllim işləmişdir.

Kamran Məmmədov Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunda (indiki AMEA Nizami adına Ədəbiyyat İnstitutu) bir müddət baş elmi işçi vəzifəsində çalışdıqdan sonra, 1961-1986 illərdə "XX əsr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1986-cı ildən ömrünün sonuna kimi Nizami adına Ədəbiyyat İnstitutunda elmi məsləhətçi olmuşdur.Əmin Əfəndiyev. Klassik ədəbi irsimizi tədqiq edən nəsillərin estafeti. "Ədəbiyyat qəzeti" 28 dekabr 2012-ci il, №48.

Kamran Məmmədov "Əməkdar elm xadimi" (1982), "Qabaqcıl maarif xadimi"(1982)fəxri adlarına layiq görülmüş, "Şərəf nişanı", 2-ci dərəcəli Vətən müharibəsi ordenləri və medallarla təltif olunmuşdur.

O, Azərbaycan və Türkiyə Ensiklopediyalarının üzvüdür.

Kamran Məmmədovun rəhbərliyi altında 12 namizədlik dissertasiyası müdafiə edilmiş, 70-ə qədər namizədlik və doktorluq dissertasiyalarına rəsmi opponent olmuşdur.

Kamran Məmmədov 6 aprel 1989-cu ildə Bakıda vəfat etmişdir.

Elmi fəaliyyəti Kamran Məmmədovun XIX-XX əsrlər Azərbaycan ədəbiyyatına dair monoqrafik tədqiqatları, ədəbi-tənqidi məqalələri vardır.

O, 1971-ci ildə Azərnəşrdə çap edilən ikicildlik Əbdürrəhim bəy Haqverdiyevin "Seçilmiş əsərləri"nin, 1984-cü ildə nəşr olunan Qasım bəy Zakirin "Seçilmiş əsərləri"nin tərtibçisidir.

Kamran Məmmədov üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin (1957-1960) müəlliflərindən biridir.

Kamran Məmmədov eyni zamanda bədii nəsr, xatirə və publisistikaya aid əsərlərin də müəllifidir.

Əsərləri Ə.Haqverdiyev. Bakı, 1955 Qasımbəy Zakir. Bakı, 1957. Nəcəfbəy Vəzirov. Bakı, 1963 Əbdürrəhimbəy Haqverdiyev. Bakı, 1970 XIX əsr Azərbaycan şeirində satira. Bakı, 1975 Yusif Vəzir Çəmənzəminli. Bakı, 1981. Qasım bəy Zakir. Bakı, 1984 Yusif Vəzir Çəmənzəminli. Bakı, 1987. XX əsr Azərbaycan gülüşü. Bakı, 1989. Nəcəf bəy Vəzirov. (Əsəri çapa hazırlayan: filologiya elmləri namizədi Dilara Məmmədova). Bakı, 1995. Yuxusuz illər. Bakı, 1969 Ömrün izi. Bakı, 1976 Dünyamız uşaq gözündə. Bakı, 1983 Azərbaycan yazıçılarının həyatından dəqiqələr. Bakı, 1971 Azərbaycan yazıçılarının həyatından dəqiqələr. Bakı, 1979

Mənbə http://www.kataloq.net/v2/shexsler/KAMRAN-MƏMMƏDOV-223 Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı, 1987 Flora Xəlilzadə. Ömrün izləri. "Azərbaycan" qəzeti, 1 sentyabr, 2012-ci il. Əmin Əfəndiyev. Klassik ədəbi irsimizi tədqiq edən nəsillərin estafeti. "Ədəbiyyat qəzeti" 28 dekabr 2012-ci il, №48. Ehtiram Səfərov. Unudulmaz alim. "525-ci qəzet", 29 noyabr, 2012-ci il.

Ədəbiyyat

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Şuşa alimləri Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar