Montsa (, Monscia, , tar. ) — İtaliyanın Lombardiya regionunda şəhər. 122 000 əhalisi var.

Montsa şəhəri Po çayının bir qolu olan Lambro Çayı üzərində Milano şəhərinin 15 km şimal-şimal-şərqində qurulmuşdur.

Montsa Lombardiya regionunun üçüncü böyük şəhəridir və bu regionun bir altbölümü olan Brianzanın inzibati, sənaye və iqtisadi mərkəzidir. Montsada avtomobil yarışması və yan fəaliyyətlərindən başqa tekstil sənaye və çap sənaye də inkişaf etmişdir.

İdman Montsa avtodromu — əfsanəvi avtomototrek, uzun müddətdir dünyada ən sürətli hesab edilmişdir; Formula-1 İtaliyanın Qran-prinin keçirildiyi yer.

Tanınmış şəxsiyyətlər Cuzeppe Lonqi (1766–1831) — italyanlı qravör və yazıçı.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Bələdiyyənin rəsmi saytı

Kateqoriya:İtaliya şəhərləri