Vladimir İqoreviç Arnold (, ) — elmin dinamik sistemlər, hamar inikasların məxsusiyyət nəzəriyyəsi, topologiya, cəbri həndəsə və klassik mexanika kimi sahələrində çalışmış Rusiya riyaziyyatçısı"Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.604.

Həyatı Atası, riyaziyyatçı İqor Vladimiroviç Arnold (1900—1948) RSFSR Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü və Moskva Dövlət Universitetinin professoru olmuşdur. Anası, mədəniyyətşünas Nina Aleksandrovna Arnold (1909—1986) Puşkin muzeyində işləmişdir.

Hələ Moskva Dövlət Universitetinin üçüncü kursunda təhsil alarkən müəllimi Andrey Kolmoqorov ilə birlikdə Hilbertin on üçüncü problemini həll edərək dünya riyaziyyat ictimaiyyəti tərəfindən tanınmağa başlayan Arnold 1961-ci ildə namizədlik, 1963-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun "Klassik və səma mexanikasında hərəkətin dayanıqlılığı məsələləri" adlı doktorluq dissertasiyası sonralar yaradıcıları Kolmoqorov, Arnold və Mozerin şərəfinə adlandırılmış KAM-nəzəriyyənin əsas mənbələrindən biri olmuşdur.

Arnold 1961-ci ildən 1986-cı ilə qədər Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində, 1986-cı ildən ömrünün sonuna qədər Steklov adına Riyaziyyat İnstitutunda, 1993-cü ildən 2004-cü ilə qədər isə paralel olaraq Paris-Dofin Universitetində işləmişdir. Rusiyalı alimlər arasında ən çox istinad olunan alimdir.Мемориальный список , Индексы цитирования работ российских учёных.

Əsas mükafatları Moskva riyaziyyat cəmiyyətinin mükafatı (1958) Lenin mükafatı (1965, Andrey Kolmoqorov ilə birgə) Kraford mükafatı (1982, Luis Nirenberq ilə birgə) Volf mükafatı (2001) Rusiya Federasiyasının Dövlət mükafatı (2007) Şao mükafatı (2008, Lüdviq Faddeyev ilə birgə)

Fəxri adları Arnold 1984-cü ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1990-cı ildə isə həqiqi üzvü seçilmişdir. Həmçinin London Riyaziyyat Cəmiyyətinin (1976) fəxri üzvü, ABŞ Milli Elmlər Akademiyasının (1983), Paris Elmlər Akademiyasının (1984), London Kral Cəmiyyətinin (1988), Amerika Fəlsəfə Cəmiyyətinin (1990) xarici üzvü olmuşdur.

1981-ci ildə kiçik planetlərdən biri onun şərəfinə 10031 Vladarnolda adlandırılmışdır.

İstinadlar

Xarici keçidlər Steklov adına Riyaziyyat İnstitutunun saytındakı şəxsi səhifəsi Moskva Kəsilməz Riyazi Təhsil Mərkəzinin saytında ona həsr olunmuş səhifə Math-Net.ru portalındakı səhifəsi

Kateqoriya:Moskva Dövlət Universitetinin professorları Kateqoriya:Ukrayna yəhudiləri Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Cəbrşünaslar Kateqoriya:SSRİ riyaziyyatçıları Kateqoriya:XX əsr riyaziyyatçıları Kateqoriya:XXI əsr riyaziyyatçıları Kateqoriya:Paris Universitetinin müəllimləri