Ayan Oqtay qızı Mirqasımova () — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2017), Azərbaycan Respublikasının əməkdar artisti (2000).
Həyatı Ayan Oqtay qızı Mirqasımova (Ayan Mirqasım) 5 may 1969-cu ildə Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbini bitirib (1986). Moskvada ÜDKİ-nin kino və teatr aktyorluğu ixtisasında (Aleksey Vladimiroviç Batalovun sinfində) təhsil alıb (1986–1990). 1991-ci ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. Teatrda aktrisalıqla yanaşı xoreoqrafiya quruluşlarını da verir. Xarici film istehsalçılarının filmlərində də çəkilib: "Kiçik" (1993, Özbəkfilm, rej: Rano Kubayeva) və "Yelləncək" (2005, NTV, Rusiya, serial, rejissor: Vyaşeslav Nikiforov) filmlərində yer alıb.
Mükafatları "Apofiqey — 99" teatr mükafatı tamaşaçı rəğbəti nominasiyası, I Beynəlxalq Madrid Kinofestivalında "ən yaxşı qadın rolu" mükafatı, XII Beynəlxalq Daşkənd Kinofestivalının "qızıl zanbaq", MDB və Baltrikyanı ölkələrin Açıq Kinofestivalının "Qorqipiya" mükafatı laureatı, "Humay" mükafatçısıdır. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 31 iyul 2017-ci ildə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 9 may 2024-cü ildə, 8 may 2025-ci ildə və 7 may 2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür. 31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
Kinorejissor Oqtay Mirqasımovun qızıdır. AMEA-nın ilk prezidenti, tibb elmləri doktoru Mir Əsədulla Mirqasımovun nəvəsidir. Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı Mirələsgər Mirqasımovun qardaşı qızıdır.
Filmoqrafiya İnsanlar, atlar, təkərlər (film, 1979) — rol: Uşaq Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980) — rol: Nailə Ötən ilin son gecəsi (film, 1983) — rol: Dilarə Avqust gələndə (film, 1984) — rol: Nailə Araqarışdıran (film, 1987) — rol: Rəna Özgə vaxt (film, 1996) — rol: Leyla Otel otağı (film, 1998) — rol: Rəna Nə gözəldir bu dünya... (film, 1999) — rol: Səbinə Yuxu (film, 2001) — rol: Bahar Ovsunçu (film, 2002) — rol: Mədinə Məkanın melodiyası (film, 2004) — rol: Rəna Biz qayıdacağıq (film, 2007) — rol: Nərgiz Biz qayıdacağıq (veriliş, 2007) (II) Günaydın, mələyim! (film, 2008) — rol: Mədinə Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013) Zəng (film, 2015) Hədiyyə (qısametrajlı film, 2017)
İstinadlar
Mənbə Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 817.
Xarici keçidlər "Sənətkarın taleyi"nin uğurlu səhnə həyatı
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Mirqasımovlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları