Polux Məhəmməd oğlu Poluxov () — həkim, Gürcüstan SSR əməkdar həkimi (1984).

Həyatı 200px|thumb|left|Sadaxlı kənd xəstəxanasının divarında xatirə lövhəsi. Polux Poluxov 1932-ci ildə Borçalı rayonunun Sadaxlı kəndində doğulmuşdur. Kənd orta məktəbini bitirmişdir. 1951-1957-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində ali təhsil almışdır. Sadaxlı kənd xəstəxanasında həkim (1957-1961), baş həkim (1961-2002) və həkim (2002-2008) işləmişdir. Sadaxlı kəndinin ilk azərbaycanlı ali təhsilli həkimi idi. Ona el arasında "qoca həkim" də deyirdilər. 51 il ərzində həkimin şəfalı əlləri minlərlə insanı həyata qaytarmış, ölümün-xəstəliyin əlindən qurtarmışdır.

Polux Poluxov xidmətlərinə görə, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətinin diplomunu və 1982-ci ildə SSRİ səhiyyə əlaçısı adını almışdır. 1984-cü ildə Gürcüstan SSR əməkdar həkimi fəxri adına layiq görülmüşdür. Gürcüstan azərbaycanlıları arasında əməkdar həkim adını alan ilk mütəxəssisdir. 2010-cu ildən Sadaxlı kənd xəstəxanası onun adını daşıyır.

İstinadlar

Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Gürcüstan SSR əməkdar həkimləri Kateqoriya:Gürcüstan azərbaycanlıları