200px|thumb|right|Məhəmmədəli bəy Məxfinin "Əhvalati-Qarabağ" (1888) əsəri Azərbaycanda elm — Azərbaycanda 140 elmi orqan, eyni zamanda 96 elmi institut fəaliyyət göstərir. Əsas elmi qurum Azərbaycan Milli Elmlər Akademiyasıdır.

Dəqiq elmlər

Astronomiya XIX əsr Azərbaycan alimi Abbasqulu ağa Bakıxanov 1839–1840-cı ildə farsca yazdığı "Əsrarül-mələküt" əsəri kosmoqrafiyanın köhnə və yeni qanunlarını müqayisə edir, məntiqi dəlilləri şifahi əfsanələrlə sübut edir, Yer kürəsi və digər səmavi cisimlərin vəziyyətini və mövqeyini tədqiq edir.Ахмедов Э. М. А. К. Бакиханов: эпоха, жизнь, деятельность. — Б.: Элм, 1989. XX əsrin ortalarında Məmmədəli Haşımzadə, Həbibulla Məmmədbəyli və Rəhim Hüseynov tərəfindən astronomiyaya aid terminlər tədricən yaradıldı və qərarlaşdırıldı.

Coğrafiya 200px|thumb|right|Abbasqulu ağa Bakıxanovun "Kəşf əl-Qəraib" əsəri (1830-cu illər) Alim Mahmud Şirvani 1562-ci ildə ərəb dilindən "Möcüzələr mirvarisi və qəribəliklər incisi" əsərini tərcümə etmişdir. On yeddi fəsildən ibarət olan tərcümədə dünyanın müxtəlif ölkələrinin, ayrı-ayrı dəniz və okeanlarının flora və faunasından bəhs edilir.

XVIII–XIX əsrlərdə yaşamış coğrafiyaşünas və səyyah Hacı Zeynalabdin Şirvani Yaxın və Orta Şərq ölkələrini, Hindistanı və Orta Asiyanı gəzərək farsca "Cənnət bağı səyahətləri", "Səyahət bağları", "Səyahət bağı" əsərlərini yazmışdır.Һаҹы Зејналабдин Ширвани / Под ред. Дж. Кулиева. — Азербайджанская советская энциклопедия: Главная редакция Азербайджанской советской энциклопедии, 1987. — Т. X. — С. 145. Onun qardaşı səyyah Hacı Məhəmmədəli Şirvani "İnsan şərəfi haqqında dəlil", "Həyatın başlanğıcı" və "Həqiqətlərin həqiqəti" əsərlərində gəzdiyi ölkələrin ictimai-siyasi tarixi, mədəni həyatı, fəlsəfi fikir, ədəbiyyat, təlim-tərbiyə məsələləri haqqında qiymətli məlumatlar vermişdir.Һаҹы Мәһәммәдәли Ширвани / Под ред. Дж. Кулиева. — Азербайджанская советская энциклопедия: Главная редакция Азербайджанской советской энциклопедии, 1987. — Т. X. — С. 145. XIX əsr Azərbaycan alimi Abbasqulu ağa Bakıxanov Amerikanın tarixi, fiziki və siyasi vəziyyətini təsvir edən "Kəşf əl-Qəraib" və dünyanın fiziki, siyasi və iqtisadi xəritələrinin olduğu "Ümumi coğrafiya"nın müəllifidir.А. К. Бакиханов. Сочинения, записки, письма / Вступительная статья, составление и подготовка текстов, а также примечания и указания Э. М. Ахмедова. — Баку: Элм, 1983. — С. 310. XIX əsr coğrafiya sahəsinə töhfə vermiş görkəmli Azərbaycan alimlərinə İsmayıl bəy Qutqaşınlı, İsa Sultan Şahtaxtinski, Məhəmməd ağa Şahtaxtinski misal göstərilə bilər.

XIX əsrin sonu-XX əsrin əvvəllərində təbiətşünas Həsən bəy Zərdabi "Kaspi", "Bakinskiye izvestiya", "Əkinçi" kimi qəzetlərdə Azərbaycanın sənaye, kənd təsərrüfatı və iqtisadiyyatına aid məqalələrini çap etdirir, torpağın şoranlaşması, su və iqlim ehtiyatlarından düzgün istifadə edilməsi ilə bağlı "Torpaq, su və hava" əsəri çap edilir. Qafur Rəşad Mirzəzadənin yazdığı "Qafqazın coğrafiyası", "Azərbaycan coğrafiyası" və "Ümumi coğrafiya" dərslikləri Azərbaycan coğrafiyasının öyrənilməsində əvəzsiz rol oynamışdır. XX əsrin əvvəllərində nəşr edilmiş digər diqqətəlayiq əsərlər Yusif Vəzir Çəmənzəminlinin "Tarixi coğrafi və iqtisadi Azərbaycan" və Məhəmmədhəsən bəy Vəliyev-Baharlınin iqtisadi coğrafiyaya aid yazdığı dərslikdir. 1939-cu ildə Azərbaycan Coğrafiya Cəmiyyəti, 1945-ci ildə AMEA Coğrafiya İnstitutu yaradıldı.

Azərbaycanda fiziki-coğrafiya sahəsində M. Süleymanov, İ. Əliyeva, M. Müseyibov, Ə. Məmmədov, Ə. Əyyubov, Ə. Mədətzadə, Q. Gül, T. Tatarayev, R. Məmmədov, iqtisadi və sosial coğrafiya sahəsində H. B. Əliyev, Ə. Hacızadə, N. Nəbiyev, B. Nəzirova, N. Babaxanov, A. Nadirov, T. Həsənov, M. Abramov, Y. Kotlyakov, A. Salmanov, R. Qasımov, E. Mehrəliyev, Ş. Göyçaylı, V. Əfəndiyev, Ş. Dəmirqayayev kimi alimlər qeyd edilə bilər.

Fizika Azərbaycan ərazisində e.ə. V minilliyin sonlarından etibarən başlayan Kür-Araz mədəniyyətinə məxsus dulusçuluq məmulatlarının tədqiqi göstərir ki, həmin dövr insanları ibtidai fiziki biliklərə malik olmuşlar. Onlar düzəltdikləri qablarda qara və boz rənglərdən istifadə etmək üçün yeni texnoloji üsul axtarıb tapmışlar. Məlumdur ki, gil qablar kürədə bişərkən gilin tərkibində olan dəmir duzları istiliyin təsiri nəticəsində dəmir oksidinə çevrilir. Dəmir oksidləri isə bişmiş qablara qırmızı, çəhrayı, qəhvəyi, sarımtıl qırmızı rənglər verir. Həmin dövr dulusçuları qabları bu rənglərdən azad edərək onlara qara və boz rənglər vermək üsulunu kəşf edərkən fiziki qanuna, maddələrin istidən genişlənib, soyuqdan sıxılması qanununa əsaslanmışlar. Azərbaycan sənətkarları metalların fiziki və kimyəvi xassələrinə bələd olmuş, onlardan müəyyən ərintilər hazırlaya bilmiş, e.ə. I minillikdə bürüncdən mis-qurğuşun, mis-manqan, mis-zərnix almağı bacarmışlar. Neft yataqları ilə zəngin olan Midiyada dünyada ilk dəfə olaraq neftin xassələri öyrənilmiş və quyudan neft çıxarmaq üçün xüsusi qurğu icad edilmişdir. Onlar neft və neft məhsullarından hərbi məqsədlər üçün yanan qarışıq hazırlamışlar. Bütün bu tarixi faktlara əsasən, deyə bilərik ki, midiyalılar fiziki bilklərə malik olmuşlar, çünki mayenin fiziki-kimyəvi xüsusiyyətlərini bilmədən bu cür qarışığı hazırlamaq mümkün deyildi.M. Seyidbəyli, G. Mehdiyeva, A. Bədəlova. Fizikanın tarixinə dair oçerk. Bakı, "Elm", 2018.

Orta əsrlərdə Azərbaycanda yaşayıb fəaliyyət göstərmiş, təbiət elmlərinə, eləcə də fiziki biliklərin inkişafına öz töhfələrini vermiş şəxslərdən biri Bəhmənyar ibn Mərzban əl-Azərbaycani (980–1066) olmuşdur. Bəhmənyar hərəkət, məkan və zaman kimi fəlsəfi kateqoriyaların şərhlərini vermiş, onların vəhdətini, bir-birindən ayrılışını göstərmişdir. O, mexaniki hərəkətdən əlavə kəmiyyətin və keyfiyyətin dəyişmələrinə də hərəkətin növü kimi baxmış, hətta fikri insanın "zehninin hərəkəti" adlandırmışdır. Bəhmənyar idrakda hissi və rasional momentlərin əlaqələrini düzgün şərh etmişdir.IX-XIII əsrlər Türk dünyasında təbiət elmləri. Bakı. "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2004. Bəhmənyar göstərir ki, cisim materiyadan və mövcud formadan təşəkkül tapır. Hərəkəti potensiallıqdan aktuallığa tədrici keçmə kimi səciyyələndirən və sükunət ilə qarşılıqlı surətdə nəzərdən keçirən Bəhmənyar yazırdı: "Hərəkət fasiləsizlik həddinə gəlib çatmaq, sükunət isə həmin müddətin (gəlib çatmanın) kəsilməsidir".Fərid Ələkbərli. Elmi biliklərin təşəkkülü və inkişafı tarixi. Azərbaycan Milli Ensiklopediyası "Azərbaycan". xüsusi cild. Bakı. Azərbaycan Milli Ensiklopediya Mərkəzi. 2007 Hərəkətin yalnız cisimlərdə mövcud olduğunu qəbul edən Bəhmənyara görə, "hərəkətdə olmayan heç nə sükunətdə ola bilməz, sükunət isə nisbidir." Beləliklə, o, hərəkət və sükunətin zamanla əlaqəsini qəbul edirdi. Düzxətli hərəkət təbii və məcburi olur. Təbii hərəkət öz təbiətinə məxsus qayəyə yönələn cisimdəki qüvvədən irəli gəlir. Məcburi hərəkət odur ki, onun hərəkətetdiricisi hərəkət edən cisimdən xaricdir. Bu, bəzən cəzbetmə ilə, bəzən də dəf etmə ilə baş verir.

Eynəlquzat Miyanəçinin cisim, hərəkət, zaman anlayışları haqqında izahatları olduqca maraqlıdır. Onun fikirlərinə əsasən, cisimlərin mühüm atributlarından biri hərəkətdir. Eynəlquzat Miyanəçi hərəkəti cisimdən ayırmayıb onun yalnız cisimdə vaqe olduğunu iddia etmişdi. Hərəkət ilə sükunəti qarşılıqlı şəkildə nəzərdən keçirən filosof yazırdı ki, "cismin bir anda yalnız bir oluşda movcuduğu mümkündür. Bir oluş isə bir məkandakından savayı ola bilməz. İki oluş bir məkanda, ya da iki məkanda vaqe edir. İndi əgər desək ki, hərəkət iki məkanda iki oluşun məcmusundan, sükunət isə bir məkanda iki oluşun məcmusundan ibarətdir, deməli, bir anda cisim heç cür nə hərəkətdə, nə də sükunətdədir, heç cür nə həmin hərəkətin, nə də sükunətin mövcudluğu ilədir, yəni bir anda hərəkət və sükunət olmur".

Şihabəddin Sührəvərdinin təlimində cisimləri və bütün maddi varlıqları təşkil edən substansiya materiyadır. "İlk materiya elə substansiyadır ki, o gah od, gah su, gah hava və gah da torpaq formasına keçir". Şihabəddin Sührəvərdi əsərlərində atomistik nəzəriyyəyə də toxunmuşdur: "bir qrup adamın fikrinə əsasən, cismi bölərkən elə həddə çatmaq olar ki, o, daha bundan sonra bölünə bilməz. Həmin qrup filosofların fikrincə, cisimlər ancaq molekulyar quruluşda hesab olunurlar". "Cisim bölünməz hissəciklərdən-atomlardan ibarət deyil" hökmü üzərində israr edən alim, təbiətdə boşluğun olmasına inamı da düzgün saymamışdır. O, cisimləri bəsit və mürəkkəb olmaqla iki qismə bölmüşdür. Bəsit cisimlər Yerdə bir ünsürdən və göydə efirdən, mürəkkəb cisimlər isə ünsürlərin qarışığından ibarətdir.T. S. Vahidov, İ. İ. Vahabov, V. T. Vahidov. Elm tarixindən oçerklər. Bakı. 2006.

Azərbaycan filosofu, təbiətşünas alimi, istimai-siyasi xadim Siracəddin Urməvi (1198–1283) hərəkət, zaman və məkan kateqoriyalarının hər birinin izahına "Nurların doğuşları" kitabında xüsusi fəsil ayırmışdır. S. Urməvi hərəkət haqqında danışarkən yalnız Şərq alimlərinin deyil, habelə qədim filosofların, o cümlədən Zenon, Platon, Aristotel və başqalarının müvafiq fikirlərini gözdən keçirmiş, əsasən, Birinci müəllimə əsaslanmışdır. Öz sələfləri kimi Siracəddin Urməvi də hərəkətin on kateqoriyadan dördünə — kəmiyyət, keyfiyyət, məkan və vəziyyətə görə baş verdiyini yazırdı.

Nəsirəddin Tusi "Əxlaqi-Nasiri" əsərində fizikanın təbii mütləq elm, səma və yer haqqında elm, yaranma və məhv olma haqqında elm, səma hadisələri haqqında elm, minerologiya, nəbatət, zoologiya, psixologiya kimi səkkiz prinsipi olduğunu və bu prinsiplər ətrafında zaman, məkan, hərəkət, sükunət, bəsit və mürəkkəb cisimlər, onların həcmini, tərkibini, sürətini, şəklini, keyfiyyətini dəyişməsi və bir maddədən digərinə keçməsi kimi hadisələrlə yanaşı, göy gurultusu, şimşək, yağış, qar, zəlzələ və s. kimi səma hadisələrinin, hətta insan hisslərinin də tədqiq edilməli olduğunu qeyd edirdi. Nəsirəddin Tusi fizika elmini onun dövründə təbiət elmləri kimi tanınan bu və ya digər qrup obyektiv əşya və hadisələri öyrənən elmlərin məcmusu kimi qəbul edirdi. "Mövcudatın bölgüsü və onun qisimləri" traktatında cismin qızdıqda genişlənməsi, soyuduqda isə, əksinə, sıxılması, canlı orqanizmlərin inkişafı, güclülüyün zəifliklə, sağlamlığın xəstəliklə əvəz olunması və s. hərəkət növlərinə misal çəkilir.

Molla Rəcəbli Təbrizi hərəkət kateqoriyasının tədqiqinə xeyli yer vermişdir. O, dəyişməni maddi varlıqların xassəsi hesab etmişdir. Onun fikrincə, materiya və formanın mövcudluğundan sonra cisimdə vücuda gələn nə varsa, dəyişmə və hərəkətlə bağlıdır. O yazırdı: "Cismin materiya və formadan təşəkkül tapdığı sübut edildikdə bizim üçün aşkar olur ki, cisimdə başqasını qəbul edən nəsə bir şey vardır. Həmin şey bəzən cisimdə mövcud olmayıb, sonradan onun üçün meydana çıxır. Bu isə yalnız hərəkətlə mümkündür".

XX əsrin əvvəllərində Azərbaycanda bütün elm sahələrində olduğu kimi, fizika elmi sahəsində də yerinə yetirilən elmi-tədqiqat işlərinin təşkili və yerinə yetirilməsinə rəhbərlik Rusiyadan dəvət olunmuş alimlər tərəfindən həyata keçirilirdi. Fizika üzrə elmi-tədqiqat işlərinin aparılmasında Rusiyadan dəvət olunmuş S. N. Usatıy, Y. B. Lopuxin, A. Q. Alfimov, İ. V. Kurçatov, V. Р. Juze və V. İ. Tixomirov kimi alimlərlə yanaşı R. B. Məlikov, B. R. Mirzoyev, A. Abaszadə, Z. İ. Əlizadə və M. H. Ramazanzadə kimi azərbaycanlı alimlər də iştirak etmişdilər.