Elxan Pərviz oğlu Cəfərov () — Azərbaycan kino aktyoru, rejissoru və ssenaristi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2016).“Dolu” Qaxda nümayiş olunub: [Qax rayon Mədəniyyət evində quruluşçu rejissor Elxan Cəfərovun eyniadlı filmi nümayiş etdirilmişdir] //Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 12. 2025-ci ildən Azərbaycan Respublikasının Kino Agentliyinin müşaviridir.
Həyatı Elxan Pərviz oğlu Cəfərov 29 aprel 1967-ci ildə Bakı şəhərində rejissor Pərviz Cəfərovun və jurnalist Mailə Muradxanlının ailəsində anadan olmuşdur. Ailə "Azərbaycanfilm" kinostudiyasının əməkdaşları üçün tikilmiş, studiyaya yaxın binada yaşayırdı. Cəfərov beş yaşından kinostudiyada böyüdüyünü, buna görə uzun müddət "Kinostudiyanın Mauqlisi" adlandırıldığını deyib.
1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya institutuna daxil olmuşdur. 1985–88-ci illərdə SSRİ hərbi dəniz donanması sıralarında hərbi qulluqda olmuşdur. İnstitutun aktyorluq fakültəsində Aleksey Batalovun kursunda təhsil almış, 1990-cı ildə institutda təhsil alan ikinci azərbaycanlı aktyor qrupunun tərkibində məzun olmuşdur.
İnstitutu bitirdikdən sonra 1992-ci ilə qədər Vaqif İbrahimoğlunun yaratdığı "Yuğ" teatrında aktyor kimi çalışmışdır. Bir müddət Azərbaycan Dövlət Dram Teatrında da aktyor olmuşdur. 1993–1994-cü illərdə aktyorluqdan rejissorluğa keçmək qərarına gəlmişdir. 1995–1997-ci illərdə Dövlət Tele-Radio verilişləri nəzdindəki "Proloq" studiyasının bədii rəhbəri işləmişdir. Azərbaycan televiziyasında və özəl studiyalarda çalışmışdır.
Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyəti sədrinin müavinidir. 2025-ci il mayın 1-də Mədəniyyət Nazirliyinin əmri ilə Azərbaycan Respublikasının Kino Agentliyinə müşavir təyin edilmişdir.
Həyat yoldaşı aktrisa Gülzar Qurbanovadır.
Fəaliyyəti Elxan Cəfərov hələ uşaq yaşlarında kinoya çəkilməyə başlamış, qısa müddətdə azyaşlı qəhrəman kimi 10–12 filmdə rol almışdır. Onun ifa etdiyi uşaq rolları arasında Vladimir Popkovun "Hazır olun, Əlahəzrət" (1978) uşaq filmindəki baş rol — şahzadə Delixyar Surambuka da var.
1995-ci ildən rejissor kimi fəaliyyət göstərir; filmlərlə yanaşı klip və reklam çarxları çəkir. Rejissor kimi tanınmış işləri arasında "Dolu", "Yarımçıq xatirələr" və "Cümhuriyyətin 9 şəkli" filmləri var. Reklam sahəsindəki işlərindən biri beynəlxalq reklam festivallarında Qran-pri qazanmış "Qızlara ağ yaraşır" (2023) sosial çarxıdır. Son illərdə "Cənnət yuxusu" (2025) bədii-sənədli filmini, "Akinak" (2026) tammetrajlı bədii filmini və memar Əcəmi Naxçıvaniyə həsr olunmuş "Daşlara həkk olunmuş tale" (2026) bədii-sənədli filmini çəkmişdir.
Bir çox sənədli filmi və animasiya filmini səsləndirmişdir.
Ad və mükafat "Dolu" filminə görə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015) Azərbaycanın Əməkdar incəsənət xadimi (29 iyul 2016-cı il) "Cümhuriyyətin 9 şəkli" filminə görə "Cümhuriyyətin 100 illiyinə həsr olunmuş ən yaxşı audiovizual əsər" nominasiyasında "Qızıl Pəri" mükafatı (2018)
Filmoqrafiya Mənbə:
Aktyor kimi Sevinc buxtası (film, 1977) (tammetrajlı bədii film) (rol: Atamoğlan) Şir evdən getdi (film, 1977) (tammetrajlı bədii film) (rol: Rüstəm) Hazır olun, Əlahəzrət (film, 1978) (tammetrajlı bədii film) (rol: şahzadə Delixyar Surambuka) Bağçada rahat yer (film, 1978) (qısametrajlı bədii film) (rol: Fazil) Mən mahnı qoşuram (film, 1979) (tammetrajlı bədii film) (rol: Nadir) Qəribə adam (film, 1979) (tammetrajlı bədii film) (rol: uşaq) Bağ mövsümü (film, 1985) (tammetrajlı bədii film) (rol: Adil) Təxribat (film, 1989) (tammetrajlı bədii film) (rol: Zaur) Kənar adamlar (film, 1992) (tammetrajlı bədii film) (rol: Ayaz) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (tammetrajlı bədii film) (rol: Zaur) Qonşu qadın (film, 2015) (qısametrajlı bədii film) (rol: qadının əri)
Rejissor kimi Məhbus (film, 1995) (qısametrajlı bədii televiziya filmi) Əlvida (film, 2007) (tammetrajlı bədii film) Qarabağdır Azərbaycan (film, 2009) (sənədli-bədii film)Qəzənfəroğlu, M. "Qarabağdır Azərbaycan" filmi nümayiş etdirildi: [Rejissor Elxan Cəfərovun çəkdiyi eyni adlı film haqqında] //Xalq qəzeti. - 2009.- 27 fevral.- S.7. Əlavə təsir (film, 2010) (tammetrajlı bədii film) Dolu (film, 2012) (tammetrajlı bədii film) Düşmən laylası (film, 2014) (qısametrajlı bədii film) Yarımçıq xatirələr (film, 2015) (tammetrajlı bədii film) Canavar ovu (film, 2017) (qısametrajlı sənədli film) Cümhuriyyətin 9 şəkli (film, 2018) (qısametrajlı sənədli film) 20 yanvarda doğulanlar (film, 2022) (tammetrajlı bədii film) Cənnət yuxusu (film, 2025) (bədii-sənədli film) Akinak (film, 2026) (tammetrajlı bədii film) Daşlara həkk olunmuş tale (Memar Əcəmi) (film, 2026) (bədii-sənədli film)
Reklam çarxları Qızlara ağ yaraşır (2023) (sosial reklam çarxı)
Ssenari müəllifi kimi Məhbus (film, 1995) (qısametrajlı bədii televiziya filmi) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (tammetrajlı bədii film) Qarabağdır Azərbaycan (film, 2009) (sənədli-bədii film)
Filmi səsləndirən kimi Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) (səs: Basat) Bəyaz həyat (film, 2003) (səs: Riyad) Azərbaycan xalçası (II) (film, 2009) (qısametrajlı sənədli film) Azərbaycan Odlar Yurdu (film, 2009) (tammetrajlı sənədli film) Bir addım (film, 2009) (qısametrajlı bədii film) Fırtınalar qoynunda keçəcək bir ömür (film, 2011) (qısametrajlı sənədli film) Hüseyn xan Naxçıvanski. Qayıdış (film, 2014) (qısametrajlı sənədli film) Qatil (film, 2015) Əbədi ezamiyyət (film, 2016) (sənədli film) Haray (IV) (film, 2019) (qısametrajlı sənədli televiziya filmi)
İstinadlar
Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:"Qızıl Pəri" mükafatı laureatları Kateqoriya:XX əsr Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları