Cozef Con Tomson ( () — britaniyalı fizik. O, elektronun hissəcik kimi davranışını nümayiş etdirən təcrübələrinə görə 1906-cı ildə fizika üzrə Nobel mükafatı almışdır.

Həyatı C.C. Tomson 18 dekabr, 1856-cı ildə İngiltərədə (Mançester ətrafında) anadan olmuşdur.

Tomson uşaqlıqda elmə həvəsli idi. O 14 yaşında, Ouen Kollecinə (indiki Mançester Universiteti) daxil oldu. Valideynlərinin məsləhəti ilə bu kolleci bitirdikdən sonra mühəndis firmasında çalışmağı planlaşdırırdı. Lakin 16 yaşında ikən atasını itirməsi mühəndis firmasında işə düzəlmək üçün lazım olan ödənişin yığılmasına mane oldu. 1876-cı ildə Tomson müsabıqədə qalib gələrək sonrakı təhsil üçün təqaüd aldı və Kembric Universitetinə (Triniti Kollec) daxil oldu və ömrünün sonuna qədər bu universitetin üzvü oldu.

1880-ci ildə o, Kavendiş Laboratoriyasında işləməyə başladı. 1884-cü ildə laboratoriyanın direktoru vəzifəsi vakant olanda Tomson (28 yaşında) həmin vəzifəyə təyin olundu. Bu təyinat çoxlarını təəccübləndirsə də Kavendiş Laboratoriyası üçün uğurlu oldu. Tomsonun rəhbərliyi müddətində orada elektrik cərəyanına və atomun təbiətinə aid əhəmiyyətli təcrübələr aparıldı. Bu fəaliyyətin nəticəsində karyerasını həmin laboratoriyada başlamış yeddi fizik apardıqları tədqiqatlara görə Nobel mükafatına layiq görüldülər, 27 nəfər isə Kral Cəmiyyətinə üzv seçildilər. Tomson özünün ruhlandırıcı və məhsuldar rəhbərlik üslubu ilə laboratoriya üzvlərinin dərin rəğbətini qazanmışdı.

1890-cı ildə Tomson Kavendiş Laboratoriyasında çalışan fizik xanımla– Rose Paget ilə ailə qurdu. Onların bir oğlu və bir qızı dünyaya gəldi. Onların oğlu (George Paget Thomson) sonradan tanınmış fizik oldu və tədqiqatlarına görə 1937-ci ildə Nobel mükafatı aldı.

Peşəkar fəaliyyəti Tomson Kavendiş Laboratoriyasında direktor kimi işə başlayandan sonra burada əsas tədqiqatlar elektrik cərəyanının təbiətinin öyrənilməsi istiqamətində aparılırdı. Tomsonun əsas maraq obyekti isə katod şüaları idi. 1890-cı illərin əvvəllərində bir neçə ölkədə fiziklər katod şüalarının təbiətini öyrənməklə məşğul idilər. Katod şüalarının neqativ yüklü hissəciklər olduğu artıq məlum idi. Lakin bu hissəciklərin nə olduğu hələ dəqiqləşməmişdi.

thumb|right|350px|Katod şüası (mavi xətt) elektrik sahəsinin təsiri ilə əyilir (sarı).

Tomson catod borusu ilə bir neçə təcrübə apardıqdan sonra belə nəticəyə gəldi ki (1897), katod şüaları ölçüləri atomdan çox kiçik olan hissəciklərdən ibarətdir və o, bu hissəcikləri "korpuskul" adlandırdı. Onun təklif etdiyi bu ad sonradan başqa fiziklər tərəfindən "elektron" termini ilə əvəz edildi.

Elektronların kəşfi fizikada böyük irəliləyiş idi, çünki o göstərdi ki, atom ən kiçik hissəcik deyil. Fiziklər yeni kəşfə əsaslanaraq atomun quruluşu haqda fikir yürütməyə başladılar və atomun müxtəlif modellərini təklif etdilər. Bu modellərdən biri atomu içində mənfi yüklü elektronlar yerləşmiş müsbət yüklü sfera kimi təsvir edirdi. Formasına görə bu model fiziklər arasında "gavalı pudinqi" (plum pudding) adını aldı. Bu model Ernest Rutherfordun (Rezerford) protonu kəşf etməsi ilə birdəfəlik rədd edildi. Tomson kalsiumun radioaktiv izotopunu, hidrogenin bir elektronu olduğunu kəşf etmişdir.

Tomson 1906-cı ildə qazların elektrik keçiriciliyinə aid nəzəri və eksperimental tədqiqatlarına görə Nobel mükafatı aldı. O 1908-ci ildə Cəngavər Tituluna layiq görüldü. 1918-ci ildə Tomson Triniti Kollecinin Masteri vəzifəsinə təyin edildi. və ömrünün sonuna qədər bu vəzifədə çalışdı.

Həmçinin bax Atom

İstinadlar

Xarici keçidlər The Cathod Ray Tube site History and Physics Instruments Cavendish Laboratory J. J. Thomson

Kateqoriya:Elementar hissəciklər Kateqoriya:Britaniya fizikləri Kateqoriya:Eksperimental fiziklər Kateqoriya:London Kral Cəmiyyətinin üzvləri Kateqoriya:İngilis anqlikanlar Kateqoriya:SSRİ Elmlər Akademiyasının fəxri üzvləri Kateqoriya:Cəngavər bakalavrları