Zeynal Əliabbas oğlu Cabbarov () — Azərbaycan şairi, publisist, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1972).
Həyatı Zeynal Əliabbas oğlu Cabbarzadə 1920-ci il dekabrın 31-də Bakının Bilgəh kəndində dənizçi ailəsində doğulmuşdur. Şairin atası Əliabbas kişi ömrünün sonunadək bu kənddə yaşamışdır. Orta məktəbi bitirdikdən sonra fəhlə fakültəsində təhsil almışdır (1934–1937). APİ-nin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1937–1941). Eyni zamanda "Balıq cəbhəsi" qəzeti redaksiyasında işləmiş (1938–1939), "Krasnı kurinets" ("Qırmızı kürçaylı") qəzeti redaksiyasına dəyişilmişdir (1939–1940). 1940-cı ilin yanvar-iyun aylarında Şamaxı rayonunun Mədrəsə kənd orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur.
İkinci Dünya müharibəsi başlanan il avqustun 1-də səfərbərliyə alınmış, 1941–1942-ci illərdə piyada məktəbində kursant olmuş, Kiçik leytenant rütbəsi ilə 416-cı atıcı piyada diviziyasında hərbi xidmətini davam etdirmişdir. Naursk rayonunda hərbi əməliyyatda ağır zədələndiyindən eşitmə və görmə qabiliyyətini itirmişdir. 1943-cü ildə hərbi xəstəxanadan Baş leytenant rütbəsində tərxis olunmuşdur. thumb|250 px|right|Bakıda Zeynal Cabbarzadə 1959-cu ildən 1977-ci ilədək yaşamış olduğu evin divarında xatirə lövhəsi. Heykəltəraş Natiq Əliyev
Yaradıcılığı Kiçik yaşlarından yaradıcılığa başlamışdır. Onun "Puşkin" adlı ilk mətbu şeri 1937-ci ildə dərc edilmişdir. İkinci Dünya müharibəsi illərində və sonra coşğun yaradıcılıq fəaliyyəti göstərmişdir. 1943-cü ilin aprelindən 1948-ci ilin oktyabr ayınadək Azərbaycan Yazıçılar İttifaqında "Natəvan" adına klubun müdiri, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, "Pioner" jurnalının məsul katib vəzifələrində işləmişdir. 1950-ci ildən ömrünün sonunadək məsul redaktor olmuşdur. Bu müddətdə dəfələrlə Azərbaycan LKGİ MK-nın rəhbər orqanlarına seçilmişdir. Onun ilk kitabı "Xanıman"da cəbhə şeirləri toplanmışdır (1946). Xidmətlərinə görə bir sıra medal və Fəxri fərmanlarla təltif edilmişdir.
1977-ci il yanvarın 20-də Bakıda vəfat etmişdir.
Əsərləri Xanıman. Bakı: Azərnəşr, 1946, 56 səh. Əfzələddin və şah. Bakı: Uşaqgəncnəşr, 1947, 16 səh. Şerlər. Bakı: Uşaqgəncnəşr, 1950, 20 səh. Çinar. Bakı: Uşaqgəncnəşr, 1952, 86 səh. Bahar gəlir. Bakı: Uşaqgəncnəşr, 1954, 76 səh. Dnepr sahillərində. Bakı: Uşaqgəncnəşr, 1956, 58 səh. Arzular. Bakı: Azərnəşr, 1958, 120 səh. Yaylaqda. Bakı: Azərnəşr, 1960, 100 səh. Sizin səsiniz. Bakı: Azərnəşr, 1963, 86 səh. Məni bağışlayın. Bakı: Azərnəşr, 1965, 124 səh. Dostum, gəl sözə bax. Bakı: Azərnəşr, 1966, 382 səh. Bizim metro. Bakı: Gənclik, 1968, 24 səh. Güllər (şeirlər, nəğmələr, poemalar). Bakı: Azərnəşr, 1974, 224 səh. Uca dağ başında. Bakı: Gənclik, 1980, 222 səh. Bizim dünya. Bakə: Yazıçı, 1985, 160 səh. Atasının oğlu (şeirlər və poemalar). Bakə: Gənclik, 1986, 72 səh.
Şeirlərinə yazılmış mahnılar İslam Rzayev — "Ay qız" mahnısı — musiqi: Cahangir Cahangirov Rauf Adıgözəlov — "Neyləsin" mahnısı — musiqi: Vasif Adıgözəlov Anatollu Qəniyev — Yel əsər ("Yenilməz batalyon" filmindən Teymurun mahnısı) — musiqi: Cahangir Cahangirov Rəşid Behbudov — Bakı — musiqi: Tofiq Quliyev Akif İslamzadə — Axşam mahnısı — musiqi: Tofiq Quliyev Şövkət Ələkbərova — Laylay ("Ögey ana" filmindən) — musiqi: Tofiq Quliyev Şövkət Ələkbərova — İlk bahar — musiqi: Tofiq Quliyev "Qaya" vokal ansamblı — Toy mahnısı — musiqi: Tofiq Quliyev Mirzə Babayev — Sən mənimsən, mən sənin — musiqi: Tofiq Quliyev Şövkət Ələkbərova — Çay — musiqi: Emin Sabitoğlu Rübabə Muradova — İntizar (Canıma qəsd eyləyən) — musiqi: Səid Rüstəmov Rəşid Behbudov — Sürəyya — musiqi: Səid Rüstəmov "Çiçəklən, Vətənim" (1964) — musiqi: Xəyyam Mirzəzadə və E. Mahmudov "Dostluq Nəğməsi" ("Qardaş olub Hayastan-Azərbaycan" olaraq məşhurdur) (1987) — musiqi: Andrey Babayev
Uşaq mahnılar "Canbala" qrupu — Bahar gəlir. Musiqi: Fikrət Əmirov Qatar. Musiqi: Fikrət Əmirov Quzum. Musiqi: Fikrət Əmirov
Filmoqrafiya Səadət yolu ilə (film, 1956) Ulduz (film, 1964) Əbədi qardaşıq (film, 1965) Bakıda küləklər əsir (film, 1974) Görüş (film, 1955) Bizim Cəbiş müəllim (film, 1969) Telefonçu qız (film, 1962) Ögey ana (film, 1958) Koroğlu (film, 1960)
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Publisistlər Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Bilgəhdə doğulanlar Kateqoriya:SSRİ şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:XX əsr publisistləri Kateqoriya:SSRİ publisistləri Kateqoriya:Azərbaycan publisistləri