Cənnətin uşaqları () — İran kinorejissoru Məcid Məcidinin 1997-ci ildə çəkdiyi film.

Məcid Məcidi bu filmi çəkərək 1999-cu ildə Oskar mükafatına namizədliyi qazanır. Bundan əvvəl İran kinematoqrafiyası belə bir uğuru heç vaxt yaşamamışdır. İlk İran filmi idi ki, Oskar mükafatına namizədlər sırasına daxil olmuşdu. Təəssüf ki, bu film mükafat qazana bilmir. Ancaq buna baxmayaraq film çox güclü ekran işi kimi dəyərləndirilir.

Cənnətin uşaqları — sənədli film janrında çəkilmiş və insanın həyata baxışını dəyişəcək gözəl bir filmdir.

Məzmun Məzmun kifayət qədər sadədir. Günlərin bir günü Əli bacısının ayaqqabısını itirir. Ancaq ailə çox kasıb olduğundan nə balaca qız, nə də balaca oğlan bu barədə atalarına demirlər. Çətinliyin öhdəsindən özləri gəlməyə çalışırlar.

Bu film — həyatın mənasını əks etdirən kiçik dəyərlər haqqındadır. İnsanı qayğı, kasıblıq, kömək və sevgi kimi dəyərlər haqda düşündürməyə məcbur edir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İran filmləri Kateqoriya:1997-ci ilin filmləri Kateqoriya:İran haqqında filmlər Kateqoriya:1997-ci ilin dram filmləri Kateqoriya:Uşaqlar haqqında filmlər Kateqoriya:Dramlar Kateqoriya:Komediya-dram filmləri Kateqoriya:Ailələr haqqında filmlər Kateqoriya:Qardaş-bacılar haqqında filmlər Kateqoriya:İranda çəkilən filmlər