Vilyam Morqan Şuster (; ) — ABŞ iqtisadçısı, İranda Məşrutə hərəkatında iştirak etmiş mülki şəxs.

Həyatı 1911-ci ilin may ayında Morqan Şuster köməkçiləri ilə İrana gəlir. Rəsmən o, dövlət xəzinəsində baş xəzinədar vəzifəsini tutmalı və maliyyə işi ilə məşğul olmalı idi. 12 iyun 1911-ci ildə İran Milli Məclisi Morqan Şusterin qanun layihəsini təsdiq etdi. Az müddətdən sonra İranın bütün maliyyə işləri Morqan Şusterin nəzarəti altında idi.

Həzrəti İmam Rzanın Məşhəd şəhərindəki türbəsi işgalçi Rusiya qoşununun top atəşinə hədəf oldu. Rusların bu cinayeti, Amerikalı Morqan Şuster tərəfindən İran baş xəzinədarlığı özəl jandarma gücünün təşkil edilməsi ardından gerçəkləşdi. Amerikalı birinin İranda belə bir məsuliyyətə gətirtilməsini xoş qarşılamayan Rusiya dövləti İran şahlığına ültimatium verdikdən sonra ordu Məşhəd şəhərində İmam Rza türbəsini topa tutdu.

Qaleriya

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:1960-cı ildə vəfat edənlər Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:ABŞ jurnalistləri Kateqoriya:1877-ci ildə doğulanlar Kateqoriya:İran Məşrutə inqilabının tərəfdarları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ vəkilləri