alt=Papa Fransiskin Azərbaycana olan apostol səfərindən|thumb|Papa Fransiskin Azərbaycana olan apostol səfərindən Fransisk (əsl adı: Xorxe Mario Berqolyo; ; ) — 266-cı Roma Papası, 2013-2025-ci illərdə Vatikanın rəhbəri. Cənubi Amerikadan və Yezuitlər ordenindən olan ilk papa.
Həyatı Xorxe Mario Berqolyo 1936-cı il dekabrın 17-də Buenos-Ayresdə dəmiryolçu işləyən italiyalı emiqrant ailəsində dünyaya gəlib. Ailənin 5 uşağının ən kiçiyi olub. Kimya üzrə texnik diplomu alıb. Buenos-Ayresdə Villa Devoto seminariyasında təhsil alıb. Yezuitlər ordeninə 11 mart 1958-ci ildə daxil olub. Çilidə noviziat mərhələsi (Monax ordeninə daxil olmaq üçün sınaq müddəti) keçib. Sonra da Buenos-Ayresdə müqəddəs İosif kollecində təhsilini davam etdirib. Buenos-Ayresin üç kollecində ədəbiyyat, fəlsəfə və dinşünaslıq dərsləri keçib. İtalyan dilində sərbəst danışır.
1969-cu ildə Berqolyo Argentina paytaxtındakı San-Migel kollecinin dinşünaslıq fakültəsinin professoru təyin olunub. 1970-ci illərdə Argentinanın yezuitlər ordenində müxtəlif vəzifələr tutub. 1973–1979-cu illərdə Argentinanın provensialı olub. 1986-cı ildə Almaniyada doktorluq dissertasiyasını müdafiə edib, vətəninə ruhani və Kordova arxiyepiskopluğunun mənəvi direktoru olaraq dönüb.
1992-ci ildə Buenos-Ayresin köməkçi yepiskopu təyin edilib. 1997-ci ildə Buenos-Ayres arxiyepiskopunun koadyuttoru (yepiskopluğun varislik hüququna sahib olan yepiskopu) təyin olunub. 1998-ci ildə kardinal Kvarrasino öldükdən sonra onun vəzifələrini icra etməyə başlayıb. Papa II İohan Pavel 2001-ci ildə ona kardinal rütbəsi verib.
Xorxe Mario Berqalio 14 mart 2013-cü ildə Roma papası seçilib. Roma papası seçildikdən sonra Fransisk adını qəbul etmişdir.
21 aprel 2025-ci ildə vəfat edib. 26 apreldə Böyük Məryəm Ana kilsəsində dəfn olunub. Papa bu kilsədə dəfn olunan səkkizinci pontifik və 17-ci əsrdən sonra dəfn edilən ilk papa oldu.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:XXI əsr papaları Kateqoriya:Buenos-Ayresdə doğulanlar Kateqoriya:İtalyanəsilli argentinalılar Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Xristianlıq Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:Poliqlotlar