Avstriya tarixi- Avstriyanın tarixi.

Orta əsrlər

Avstriya və Osmanlı imperiyası Avstriyanın Macarıstanda təkbaşına ağalığa nail olmaq cəhdi, 1664-cü ildə Osmanlı imperiyası ilə müharibəyə səbəb oldu. Avstriyalıların möhkəmləndirmiş olduqları və alınmaz saydıqları Uyyar qalası alındı. Avstriya imperatoru təkbaşına türklərlə vuruşa bilməyəcəyini anlayaraq, Vatikandan və Avropa dövlətlərindən yardım istədi, lakin türklər bəzi qalaları aldıqdan sonra Avstriya ordusunu darmadağın etdi. Nəticədə Avstriya imperatoru sülh təklif etdi. Osmanlı dövləti ilə Avstriya arasında bağlanmış sülh müqaviləsinə görə Avstriyanın ələ keçirilmiş Uyyar və başqa qalaları geri qaytarıldı.

Avstriya ilə sülh bağlandıqdan bir neçə il sonra Osmanlı dövləti Ukraynada nüfuz dairəsi üstendə Polşa ilə müharibəyə başladı. Beş il davam edən bu müharibədə türklər qələbə qazandılar. Polyaklar osmanlıların Ukrayna üzərində hakimiyyətini qəbul etdilər.

1681-ci ildə Avstriya ilə münasibətlər yenidən pisləşdi. Osmanlılar Vyanaya yürüş təşkil etsələr də heç bir nəticə hasil olmadı. Vyana ətrafında türk ordusunun məğlubiyyəti Avropada böyük sevincə səbəb oldu. Bir sıra xristian dövlətləri bu fürsətdən istifadə edərək, türkləri avropadan qovub çıxarmaq planını həyata keçirməyə başladılar. Papa təkidlə bu dövlətləri Osmanlı imperiyasına qarşı birləşməyə çağırdı. 1684-cü ildə Avstriya, Polşa, Venesiya və Malta "Müqəddəs birlik" adlanan ittifaq təşkil etdilər.

1686-cı ildə ittifaq ordusu şiddətli müqavimətdən sonra Budapeşti tutdu. Bu şəhərin itirilməsi osmanlılar arasında böyük çaxnaşmaya səbəb oldu. Nəticədə, düşmənlər Macarıstanın çox hissəsini, Belqradı, Dalmaçiya və Bosniyanın da bəzi hissələrini ələ keçirdilər.

Ağır məğlubiyyətlərdən sonra Osmanlı hökuməti bir neçə cəbhədə vuruşmağın mümkünsüzlüyünü anladı. 1699-cu ildə Belqradın Karlovitsa qəsəbəsində Osmanlı hökumətinin və müttəfiq dövlətlərin nümayəndələri toplandılar. 4 aylıq müzakirələrdən sonra Avstriya, Polşa və Venesiya ilə ayrı-ayrılıqda 25 il müddətinə müqavilələr imzalandı. Rusiya ilə də 3 il müddətinə saziş imzalandı.

Avstriya ilə bağlanmış müqaviləyə əsasən bütün Macarıstan, habelə Xorvatiyanın bir hissəsi Avstriyaya keçdi.

Polşa ilə bağlanmış müqaviləyə görə Podolya əyaləti və Ukrayna Polşaya verildi. Polyakların krım xanlarına ödədikləri illik xərac ləğv olundu.

Venesiya ilə bağlanan müqaviləyə görə Moreya yarımadası və Dalmaçiya sahilləri venesiyaya keçdi. Karlovitsa müqavilələri ilə Osmanlı imperiyası tarixdə ilk dəfə olaraq xeyli ərazi itirdi.

Qısa bir müddətdən sonra baş vermiş Osmanlı-Avstriya müharibəsi (1716) isə İngiltərə və Fransanın vasitəçiliyi ilə 1718-ci ildə Pojarevatsk müqaviləsi ilə nəticələndi. Bu müqaviləyə görə Serbiyanın və Bosniyanın şimal hissəsi Avstriyaya verildi. Moreya yarımadası Osmanlı dövlətində qaldı.

Əldə etdiyi ərazilərlə kifayətlənməyib, 1735-ci ildə hərbi əməliyyatlara yenidən başlayan Avstriya bütün Serbiya ərazisini, habelə Bosniya və Hersoqovinanı ələ keçirməyə can atırdı. Düşmən qoşunları türklərin bir sıra yaşayış məntəqələrini ələ keçirdilər. 1739-cu ildə Avstriya ilə Belqrad müqaviləsi bağlandı. Müqavilənin şərtlərinə görə, Avstriya Belqrad şəhərini, Serbiya və Bosniyanın şimal hissəsini geri qaytarmağa məcbur oldu.

Beləliklə, XVIII əsrin ortalarında Osmanlı dövləti Avstriya ilə apardığı uğurlu döyüşlərdən sonra şərəfli bir müqavilə imzalanmasına nail oldu. Fransa bu müharibədə öz iqtisadi maraqları naminə Türkiyəni müdafiə edirdi. Buna cavab olaraq, 1740-cı ildə Fransaya əvvəllər verilmiş kapitulyasiya imtiyazları genişləndirildi.

Avstriya-Macarıstan imperiyası

Avstriya-Macarıstan 1867–1918-ci illərdə mövcud olmuş imperiyadır. Avropanın çoxmillətli imperiyalarından olan bu imperiyanı Habsburqlar sülaləsi idarə edirdi. Avstriya-Macarıstan imperiyasi Birinci Dünya müharibəsində Almaniya, Osmanlı imperiyaları və Bolqarıstanla müttəfiq idi. 1919–1920-ci illərdə Antanta dövlətlərilə imzalanan Sen-Jermen, Trianon müqavilələrilə bağlı olaraq imperiya dağıldı.

İkinci Dünya müharibəsi illərində Avstriya Respublikaısı II Dünya Muharibəsi ərəfəsində Hitler tərəfindən 1938-ci ildə də Almaniyaya birləşdirildi. Muharibədən sonra Almaniyanın məğlub olması ilə Avstriya Amerika Birləşmiş Ştatları, SSRİ, Böyük Britaniya və Fransa tərəfindən işğal edildi. 1955-ci ildə bu dövlətlərlə bağlanan sülh müqaviləsi nəticəsində dövlət birləşdirildi və müttəfiq dövlətlərin qoşunları oradan çıxarıldı.

Müharibədən sonrakı Avstriya 1945-ci ilin martında Sovet silahlı qüvvələri Avstriya ərazisinə daxil oldular. Avstriyanın faşist zülmündən azad edilməsində 80 min sovet əsgəri həlak oldu.

Sovet qoşunlarının Avstriyaya daxil olduğu ilk gündən Avstriya demokratik ölkə kimi dirçəlməyə başladı. Avstriya Xalq Partiyası (AXP) və Avstriya sosialist partiyası (ASP) öz fəaliyyətlərini canlandırdılar. Avstriya Kommunist Partiyası (AKP) açıq fəaliyyətə keçdi. 1945-ci ilin aprelin 27-də sosialist, xalq, kommunist partiyalarının nümayəndələrindən və bitərəflərdən ibarət Müvəqqəti hökumət təşkil edildi. Hökumətin başında Avstriya sosial-demokratlarının görkəmli nümayəndəsi K. Renner dururdu. AKP-nin sədri İ. Kopleninq vitse-kansler oldu. Ölkədə Həmkarlar İttifaqı birliyi də təşkil edildi. Hökumət Avstriyanın müstəqilliyi bəyannaməsi ilə sıxış etdi. Hökumət həmçinin müəssisələrdə ictimai özünüidarə institutlarının təşkili, hitlerçi nasional-sosialist partiyasının qadağan edilməsi, hərbi və faşist canilərinin məsuliyyətə cəlb edilməsi, zəhmətkeşlərin iqtisadi maraqlarının müdafiəsi üçün fəhlə və qulluqçuların palatasının bərpası, nasist fəallarının mən-zillərinin faşizm qurbanlarına verilməsi haqqında və s. mütərəqqi qanunlar qəbul edilməsinə nail oldu. 1945-ci ilin iyulunda SSRİ, ABŞ, İngiltərə və Fransa Avstriyada dördtərəfli nəzarət mexanizmi haqqında saziş imzaladılar. Onlar qərara aldılar ki, Avstriya müstəqil, demokratik, sülhsevər dövlət kimi bərpa edilməlidir. 1945-ci ilin noyabrın 25-də Avstriyada parlamentə seçkilər keçirildi. Seçkilərdə ən çox səsi AXP aldı (49,8%). Təşkil edilən hökumətin tərkibinə AXP-dən 8, ASP-dən 6, AKP-dən 1 nümayəndə və iki bitərəf daxil oldu. Hökumətin baş naziri isə AXP-nin lideri L. Fiql oldu. Respublikanın prezidenti K. Renner oldu. Yeni hökumət elan etdi ki, o ölkənin demokratikləşməsi sahəsində tədbirlər həyata keçirəcək, nasizmin kökünü kəsəcək, iqtisadiyyatı bərpa edəcək və əhalinin həyat şəraitini yaxşılaşdıracaqdır.

Avstriya üzrə İttifaq Soveti 1946-cı ilin yanvar-iyun aylarında bir sıra razılaşdırılmış qərarlar qəbul etdi. Bu qərarlar içərisində dövlət aparatının denasifikasiyası, hərbi və yarımhərbi təşkilatların buraxılması, Avstriya hökumətinin hüquqlarının genişləndirilməsi daha mühümləri idi.

1946–1955-ci illərdə koalisiyalı hökumətin siyasəti. Ölkənin iqtisadi siyasəti, əsasən, kapitalın mövqeyinin bərpa edilməsinə yönəldilmişdi. Bununla belə, 1946-cı ilin iyulun 26-da və 1947-ci il martın 26-da parlament üç iri kommersiya bankının, 33 səhm kompaniyasının, o cümlədən metallurgiya konserninin, kömür şaxtalarının və bir sıra digər müəssisələrin milliləşdirilməsi haqqında qanun qəbul etdi. Milliləşdirilmiş müəssisələrin əksəriyyəti alman inhisarlarına məxsus idi. Bu yolla mühafizəkar qüvvələr bu müəssisələrə özləri sərəncam verməyə başladılar. 1949-cu ildə 1938-ci illə müqayisədə müxtəlif malların qiyməti 4,7 dəfə, əmək haqqı isə cəmi 50% artdı. 1947-ci ilin dekabrında Avstriyada pul islahatı keçirildi. Əmanət kassalarında olan xırda məbləğlər ləğv edildi, banklara qoyulan iri məbləğlərə isə toxunulmadı. Nəticədə zəhmətkeşlər 7 mlrd. şillinq itirdilər. Vergilər əhəmiyyətli dərəcədə artdı 1949-cu ilin sonunda şillinqin devolvasiyası keçirildi. Ölkənin ərzaqla təminatı da çətin idi. Ancaq 1949-cu ilin ortalarında kartoçka sistemi ləğv edildi. 1948-ci ilin iyulunda Avstriya hökuməti "Marşall planı"na qoşuldu. Bu planın köməyi ilə iri burjuaziya öz mövqeyini möhkəmləndirdi. 1949-cu ildə sənaye müharibədən əvvəlki səviyyəyə çatdı. 1950–1951-ci illər ölkə iqtisadiyyatındakı yüksəliş 1952–1953-cü illərdə durğunluqla əvəz olundu. 1953-cü ilin sonundan yenidən iqtisadiyyatda canlanma müşahidə edilməyə başladı. Bu dövrdə ABŞ-nin Avstriya iqtisadiyyatında rolu artdı.1949–1952-ci illərdə ABŞ Avstriyaya 500 milyon dəyərində məhsul göndərmişdi. ABŞ-nin Avstriyaya verdiyi 918 milyon kredit ilk növbədə strateji xammal və material istehsalı ilə bağlı sahələrə sərf olunurdu. Mülki sahələr durğunluq keçirirdi. Onlar müharibədən əvvəlki səviyyəyə ancaq 1953-cü ildə çatdılar. Avstriyanın qərbində ABŞ hərbi obyektləri və aerodromları bərpa etdi. Avstriyanın Şərqi Avropa ölkələri ilə xarici siysət əlaqələrinin zəifləməsi onun iqtisadi inkişafına mənfi təsir göstərdi.

Avstriya hökuməti ordunun təşkilinə başladı. Ölkədə neofaşist təşkilatlar fəallaşdı. 1949-cu ildə faşist tipli partiya olan "Müstəqillərin ittifaqı" partiyası təşkil edildi. 1949-cu ilin parlament seçkilərində bu partiya 489 min səs tonladı. K. Rennerin ölümü ilə əlaqədar olaraq 1951-ci ildə Avstriyada keçirilən prezident seçkilərində ASP-nin nümayəndəsi Teodor Kerner qələbə çaldı. 1953-cü ildə ölkədə keçirilən parlament seçkilərində sosialist partiyası 1,7 milyon səs aldı. Kommunist partiyası, 1951-ci ilin noyabrında təşkil edilmiş Avstriya sosi-alist fəhlə partiyası ilə birlkdə 228 min səs aldı. Yeni hökumətə AXP-nin nümayəndəsi Yulius Raab başçılıq etdi. Bu hökumətin fəaliyyəti ölkədə heç bir dəyişikliyə səbəb olmadı.

Avstriyada fəhlə və demokratik hərəkatın vəziyyəti mürəkkəb idi. Bunu ilk növbədə qərb və şərq işğal zonalarında şəraitin müxtəlifliyi, xırda burjua ideologiysının təsiri, nasizmin qalıqları və s. ilə izah etmək olardı. 50-ci illərin əvvəllərində ölkədə tətillər artdı. Təkcə 1950-ci ilin avqust-sentyabr aylarında 90 iri müəssisənin fəhlələri əmək haqqının artırılmsı tələbi ilə çıxış etdilər. Ölkədə sülh uğrunda, müharibə əleyhinə hərəkat da gücləndi. 1950-ci ilin iyununda Vyanada sülh tərəfdarlarının I Ümumdünya konqresi keçirildi. Atom silahının qadağan edilməsi haqqında Stokholm bəyannaməsinə bir milyon avstriyalı da öz imzasını qoydu. 870 min adam isə böyük dövlətlər arasında sülh paktının bağlanması haqqındakı müraciətə qol çəkdi. 1952-ci ilin dekabrında Vyanada xalqların sülhü müdafiə Konqresinin keçirilməsi mühüm hadisə idi.

Fəhlə və demokratik hərəkatın təsiri altında 1952-ci ildə parlament aylıq pensiyalara əlavələr və əmək haqqından tutulan vergilərin azaldılması haqqında qanun qəbul etdi. Denasifikasiya prosesi həyata keçirillməyə başladı.

Avstriyanın SSRİ ilə Dövlət müqaviləsi Müharibə qurtardıqdan dərhal sonra SSRİ Avstriya ilə Dövlət müqaviləsinin bağlanması təklifi ilə çıxış etdi. Bu problemlə əlaqədar Qərb dövlətləri ilə kəskin mübarizə başlandı. 1945-ci ilin iyul-avqustunda keçirilən Potsdam konfransında SSRİ, ABŞ və İngiltərə Avstriyadan təzminat almaqdan imtina etdiklərini bildirdilər. 1947-ci ildə Moskvada keçirilən xarici işlər nazirlərinin konqresində Avstriyanın alman imperializmindən təhlükəsizliyini müdafiə et-məyə yönəldilmiş məsələdə tərəflər razılığa gəlidlər. 1949-cu ildə Parisdə xarici işlər nazirləri Avstriyadakı keçmiş alman aktivlərini SSRİ-yə vermək haqqında qərarı bəyəndilər. Bununla belə, Avstriya ilə Dövlət müqaviləsi bağlanmasına keçmiş müttəfiqlər arasında "qarışıq şəxslər", Avstriyanın silahlanmaya buraxılmaması, BMT-də yeri, onün müharibədən əvvəlki və müharibədən sonrakı borcu haqqında məsələlərdə razılığa gəlinməməsi mane olurdu. 1954-cü ilin əvvəllərində Berlində keçirilən xarici işlər nazirlərinin müşavirəsində Avstriya nümayəndələri bəyan etdilər ki, Avstriya hərbi bloklara qoşulmayacaq və öz ərazisində xarici dövlətlərin hərbi bazalarının təşkilinə icazə verməyəcəklər.

Xalq konqresi 1955-ci ilin martında Avstriyanın bütövlüyü və müstəqilliyi uğrunda mübarizə aparan Xalq konqresi təşkil edildi. 1955-ci ilin aprelində Moskvada aparılan Sovet-Avstriya danışıqları nəticəsində Avstriyanın bitərəf qalacağı öhdəliyini üzərinə götürməsi haqqında memorandum nəşr edildi.