Seyid Cəmaləddin Vaiz İsfahani () — ruhani, inqilab xadimi.

Həyatı 1862-ci ildə İranın İsfahan şəhərində doğulmuş, 1908-ci ildə Tehranda vəfat etmişdir. O, İsfahanın qədim seyid nəsli olan Sədrlər ailəsindən çıxmışdı. Sədrəlmühəqqiqin ləqəbini daşıyırdı.

Dini – dünyəvi təhsilini valideynlərindən, üləmalardan və məktəbdarlardan almış, ərəb, fars, türk dillərini müstəqil öyrənmişdir. İran inqilabının (1906–11) iştirakçısı olmuşdur.

Seyid Cəmaləddin Vaiz İsfahani 1906-cı ilin 9 iyulunda Tehranda digər natiqlər -Şeyx Məhəmməd Vaiz və Mirzə Nəsrullah Məlikülmütəkəlliminlə tutulmuşdu.Mirzə Yəhya Dövlətabadi, Həyati Yəhya və ya tarixi-müasiri-İran, II cild, Tehran, 1327, səh.66.

Mənbə Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.

İstinadlar

Həmçinin bax Seyid Məhəmmədəli Camalzadə

Xarici keçidlər

Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:İsfahanda doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər Kateqoriya:Musəvilər Kateqoriya:Sədrlər Kateqoriya:İran jurnalistləri