"Dirijor" () — rejissor Anje Vaydanın filmi.
Məzmun
Gənc istedadlı skripka ifaçısı Marta ABŞ-yə təhsil almağa gəlir. O, burada bir vaxtlar anası ilə məhəbbət hekayəsi yaşamış məşhur dirijorla tanış olur. Con Lyasoski uzun mühacirətdən sonra doğma şəhərinə baş çəkmək və yerli simfonik orkestrlə çıxış etmək qərarına gəlir. Bu orkestrə Martanın əri Adam rəhbərlik edir. Onun bu orkestrlə məşqi zamanı iki dirijor arasında böyük fərq olduğu görünür. Müdrik, xeyirxah maestro Lyasoski və lovğa, zalım Adam bir-birindən çox seçilir. Böyük musiqiçinin gəlişi gənc cütlüyün ailə münasibətlərində də öz əksini tapır.
Mükafatlar və nominasiyalar
Mükafatlar
1980-ci ilin Beynəlxalq Berlin kinofestivalının mükafatı:
Ən yaxşı kişi roluna görə "Gümüş Ayı" mükafatı – Anje Severin
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifi : Anje Kiyovski Rejissor : Anje Vayda Operator : Slavomir İdzyak Musiqisindən istifadə edilən bəstəkar : Lüdviq van Bethoven (Simfoniya No. 5)
Rollarda
Con Gilqud – Con Lyasoski Kristina Yanda – Marta Anje Severin – Adam Petrik Yan Seserski – Martanın atası Mariya Severin – Merisiya Yuzef Frızleviç – qubernator Yanuş Qayos – böyük məmur Meri Enn Krasinski – Martanın rəfiqəsi Anna Lopatovska – Anna Meyvis Uolker – Lilian Tadeuş Çexovski – Tadzio Marek Dombrovski – məmur Stanislav Qurka Yeji Kleyn Eljbeta Stjalkovska Yeji Şmidt Voysex Vısoski Stanislav Zatloka Andrea Ferreol
Kateqoriya:Polşa filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:Anje Vaydanın filmləri Kateqoriya:1980-ci ilin filmləri Kateqoriya:Polyakca filmlər Kateqoriya:1980-ci ilin dram filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:Klassik musiqi və musiqiçilər haqqında filmlər