Müxlis Mirsabir oğlu Cənizadə (26 noyabr 1928 – 10 dekabr 1972) — Azərbaycanın teatr, kino və dublyaj aktyoru, bədii qiraətçi, Azərbaycan SSR əməkdar artisti (1960).“Ekranın cazibəli aktyoru”: [Müxlis Cənizadə haqqında] //Ekran-efir.- 2015.- 10 aprel.- S.8.

Həyatı Müxlis Cənizadə 26 noyabr 1928-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr Texnikumunu və Dövlət Teatr İnstitutunu bitirib (Kazım Ziyanın kursu). 1953-1963-cü illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Müxlis Cənizadə dövrünün teatr və kino aktyoru, təkrarsız bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi tanınıb. 1961-ci ildən ömrünün sonunadək Dövlət Teatr İnstitutunda dərs deyib. Teatr İnstitutunun Tədris Teatrında “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Üləmalar” və s. tamaşalara quruluş verib. Azərbaycan Radiosunun “Qızıl fond”unda və Dövlət Səsyazma Fondunda Müxlis Cənizadənin ifasında bədii qiraət nümunələri saxlanılır. SSRİ kinematoqrafçılarının istehsalı olan “Sonuncu qum təpəsi” (Последний дюйм, Lenfilm / Rusiya, 1958, rejissor: Teodor Vulfoviç, Nikita Kurixin), “Namus uğrunda” (Из-за чести, rejissor: Artaşes Ayrtyan, Ermənistanfilm, 1956) filmlərində çəkilib. Əməkdar artist (1960) Müxlis Cənizadə 1972-ci ildə ağır xəstəlikdən vəfat edib.

Filmoqrafiya Bakının işıqları (film, 1950) Bəxtiyar (film, 1955) - rol: Kərim Bir məhəllədən iki nəfər (film, 1957) Bir qalanın sirri (film, 1959) - film səsləndirən: Elşən (Gündüz Abbasov) Bizim küçə (film, 1961) - film səsləndirən: Rasim (Gündüz Abbasov) Dəli Kür (film, 1969) - rol: Kipiani Əhməd haradadır? (film, 1963) - film səsləndirən: Şofer Əhməd (Elxan Qasımov) Ən vacib müsahibə (film, 1971) - rol: Ənvər müəllim Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) Əsl dost (film, 1959) - rol: Əsəd Fətəli xan (film, 1947) - film səsləndirən Görüş (film, 1955) - rol: Ənvər Xatirələr sahili (film, 1972) - film səsləndirən: Prokuror (Ə. Sultanov) İstintaq davam edir (film, 1966) - film səsləndirən: Çingizov (Kamal Xudaverdiyev) İyirmialtılar (film, 1966) "Kazbek" qutusu (film, 1958) - rol: "Kirpi" əməkdaşı Qızmar günəş altında (film, 1957) - rol: Sürücü Leyli və Məcnun (film, 1961) O olmasın, bu olsun (film, 1956) Onu bağışlamaq olarmı? (film, 1959) - rol: Baş leytenant İbrahimov Sehrli xalat (film, 1964) - film səsləndirən: Eynulla müəllim (Lütfi Məmmədbəyov) Səhər (film, 1960) - film səsləndirən: Rəşid (M. Hüseynov) Sonuncu qarış (film, 1958) (Lenfilm) Torpaq. Dəniz. Od. Səma (film, 1967) - film səsləndirən: Murad (Rafiq Tağıyev) Ulduz (film, 1964) - film səsləndirən: Bəxtiyar (Hacımurad Yagizarov) Ulduzlar sönmür (film, 1971) Yenilməz batalyon (film, 1965) - rol: Nəriman Tağıyev

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53; 169.

Xarici keçidlər İzlə sayt YouTube

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:XX əsr teatr rejissorları Kateqoriya:Azərbaycan teatr aktyorları