Turançılıq, turanizm — bütün türk xalqlarının birliyini nəzərdə tutan siyasi ideoloji inanc. Bütün türklərin bir dam altında toplanmasının tərəfdarı olan düşüncə sistemi olan turançılıq ilk olaraq finlər, macarlar, estonlar və Rusiya tərkibindəki fin-uqor xalqları ilə bərabər mancurlar, monqollar və türkdilli xalqların birləşməsi məqsədilə ortaya atılmışdır. Türkçü və turançı şəxslərdən Ziya Gökalp isə "Türkçülüyün əsasları" adlı əsərində turancılığın heç də macarları, monqolları, mancurları, finləri birləşdirmək məqsədi güdmədiyini bildirmiş, turançılığı türk xalqları ilə məhdudlaşdırmış və onu türkçülük kimi işlətmişdir.Gökalp Ziya, Türkçülüğün Esasları, s.: 25.
Ziya Gökalp bir şeirində turançılıq baxışlarını aşağıdakı beytlə əks etdirmişdir:
center|thumb|300x300px|“Turan” nəzəriyyəsi altında birləşmiş “Altay” və Ural dilli bölgələri göstərən Avrasiyanın xəritəsi. Rusiyada 1905-ci il inqilabından əvvəl azərbaycanlı və tatar ziyalıları tərəfindən dəstəklənmiş bu ideologiya, Türkiyədə 1908-cı ildə II Məşrutiyyətin elan edilməsindən sonra yayılmağa başladı. İttihad və tərəqqi partiyasının rəhbərləri arasında Ziya Gökalpın irəli sürdüyü turançılıq baxışları əsas götürülmüşdür. O dövrün Osmanlı komandanlarından biri olan Ənvər paşa isə 1918–1922-ci illərdə keçmiş Rusiya İmperiyasının ərazisində turançılıq fikrini canlandırmağa çalışarkən şəhid olmuşdur.
Həmçinin bax • Türkçülük
İstinadlar
Xarici keçidlər Turania.org.
Kateqoriya:Siyasət Kateqoriya:Terminologiya Kateqoriya:Politologiya Kateqoriya:Turançılıq Kateqoriya:Macar milliyətçiliyi Kateqoriya:Asiya tarixi Kateqoriya:Psevdotarix Kateqoriya:Rusofobiya