Keyxosrov — Kartli çarı, şahzadə Levanın oğlu idi. Çar olmasına baxmayaraq heç vaxt Gürcüstanda olmadı və İranda yaşadığı üçün qəyyum olaraq yerinə VI Vaxtanq hakimlik edirdi.

Həyatı

1703-cü ildən bəri Səfəvi sarayında yaşayan Keyxosrov İsfahanın naibi və darğası kimi yüksək vəzifələrdə işləmişdi. 1709-cu ildə əmisi XI Georginin ölümündən sonra çar oldu. Çar həmin il Əfqanıstandakı Səfəvi ordusunun sipəhsaları, Bərdə və Təbrizin hakimi vəzifəsinə yüksəldildi. Mir Veys xandan intiqam almaq üçün 1709 və 1711-ci illərdə hücuma keçən çar məğlub olaraq öldürülmüşdü.

Ailəsi Giorgi adlı birinin qızı Ketevanla (ö. 3 may 1730) evlənmişdi. Övladları: David (1710-1738) Ana (ö. 1786) Xoreşan (ö. 1722) - Şah Sultan Səfəvi ilə evlənmişdi. Şahnəvaz

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Kartli çarları Kateqoriya:Baqrationlar Kateqoriya:Səfəvi əmir əl-üməraları Kateqoriya:Qullarağası Kateqoriya:İran gürcüləri